"Yeni Azərbaycan" qəzeti icrasına başladığı layihə çərçivəsində tədbir keçirib
17.09.2009 [10:10]
Dünən Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə “Yeni Azərbaycan” qəzeti icrasına başladığı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrasına informasiya dəstəyi” layihəsi çərçivəsində tədbir keçirib.
SİA-nın məlumatına görə, tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, layihənin rəhbəri Hikmət Babaoğlu bildirib ki, Ulu öndər Heydər Əliyevin 1998 - ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə Azərbaycan mətbuatında dönüş yarandı. Onun sözlərinə görə, mətbuatda senzura ləğv olundu, mətbuatın inkişafı naminə borclar silindi, informasiyanın əldə olunmasında bəzi proseslər təkminləşdirildi. Daha sonra Azərbaycan mətbuatının inkişafına kömək məqsədilə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını deyən H.Babaoğlu vurğulayıb ki, bu fond da öz işini şəffaf, ədalətli təşkil etməklə mətbuatın inkişafı istiqamətində müvafiq addımlar atdı. Layihənin rəhbəri Hikmət Babaoğlu söyləyib ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı” nın icrası nəticəsində ölkəmizin bütün regionlarında böyük canlanma yaranıb, Proqramın uğurla həyata keçirilməsi bölgələrin sürətli inkişafına səbəb olub, əvvəllər heç bir istehsal sahəsi olmayan bəzi rayonlarda yeni müəssisələr, fabriklər yaradılıb, ən yüksək səviyyədə tikinti-quruculuq və abadlıq işləri aparılıb: “Davamlı inkişaf strategiyasına uyğun olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev 14 aprel 2009-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etməklə ölkəmizin növbəti illər üzrə inkişaf konsepsiyasını müəyyənləşdirmişdir”.
Layihə rəhbərinin sözlərinə görə, mətbuatda və ictimai rəydə gedən müzakirələrin monitorinqi təsdiqləyir ki, yeni Dövlət Proqramı ölkəmizin hərtərəfli inkişafının təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir: “Eyni zamanda, Dövlət Proqramının icrası gedişində yarana biləcək informasiya qıtlığı problemlərinin optimal həll variantlarının tapılması, bu barədə məlumatların müvafiq Dövlət strukturlarına çatdırılması sahəsində Kütləvi İnformasiya Vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Bu və digər amilləri nəzərə alaraq “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına informasiya dəstəyi” layihəsinin həyata keçirilməsi yeni Dövlət Proqramının icrası gedişində qarşıda duran vəzifələrin həllinə böyük fayda verə bilər”.
“öz hesabımıza həyata keçirdiyimiz “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına informasiya dəstəyi” layihəsinin I mərhələsi başa çatmaq üzrədir. Respublikamızın bütün kənd və rayonlarında görülən işlərlə bağlı ictimaiyyətə geniş məlumat vermişik. Bundan sonra isə Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasındakı abadlıq və quruculuq işləri bağlı informasiyaları respublika əhalisinə çatdıracağıq”, - deyə o söyləyib.
Daha sonra layihə rəhbəri görüləcək digər işlər haqqında da ətraflı məlumat verdi.
Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun nümayəndələri də iştirak edirdi.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

