/ / MSK YAP tərəfindən prezident seçkilərində namizədliyi irəli sürülən cənab İlham Əliyevin namizədliyinin təsdiq edilməsi barədə qərar qəbul edib
MSK YAP tərəfindən prezident seçkilərində namizədliyi irəli sürülən cənab İlham Əliyevin namizədliyinin təsdiq edilməsi barədə qərar qəbul edib
15.02.2018 [10:43]
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Fevralın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə MSK katibi Arifə Muxtarova Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat verib. Qeyd edib ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində Yeni Azərbaycan Partiyasının 2018-ci il 8 fevral tarixli VI qurultayının qərarı ilə Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyevin namizədliyi irəli sürülüb. Bildirib ki, namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2018-ci il fevralın 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülən namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən edib.
Komissiya qərara alıb ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilsin.
Sonra namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Anar Azər oğlu Umudovun, namizədliyi Liberal Demokrat Partiyası tərəfindən irəli sürülmüş Fuad Ağası oğlu Əliyevin, eləcə də namizədlikləri öz təşəbbüsləri ilə irəli sürülmüş Tural Feyruz oğlu Abbaslı və Zahid Məhərrəm oğlu Orucun namizədliyinin irəli sürülməsi təsdiq olunub.
Daha sonra Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə məsələyə baxılıb. Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov və həmin partiyanın İcra katibinin müavini Mübariz Qurbanlı səlahiyyətli nümayəndələr, İcra katibinin müavini, deputat Siyavuş Novruzov isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıblar.
Namizədliyi təsdiqlənmiş digər dörd namizədin də səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi səsə qoyularaq təsdiq edilib.
İclasda, həmçinin MSK sədrinin müavini Natiq Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsinin təşkili ilə bağlı nəzərdə tutulan işlər barədə məlumat verib.
Beynəlxalq təşkilatların, xarici ölkələrin diplomatik nümayəndəliklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

