Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İsrail mətbuatında Azərbaycan Xalq Cümhuriyyəti haqqında məqalə dərc edilib

İsrail mətbuatında Azərbaycan Xalq Cümhuriyyəti haqqında məqalə dərc edilib

17.01.2018 [10:15]

“Jerusalem Post” qəzeti: Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir
Sovetlər dönəmində Azərbaycan - Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrün (1918-1920-ci illər) hadisələri təhrif edilib və Azərbaycan tarixində çox cüzi xatırladılıb. Həmin dövrdə arxiv sənədləri həmişə qapalı olduğundan, tədqiqatçılar həqiqi tarixi öyrənə bilmir və bunu bilənlər isə qəsdən xalqa zidd adlandırırdılar. Lakin Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra məxfi və tam məxfi arxivlər açıldı, tamam başqa nöqteyi-nəzər yarandı. Bu yeni nöqteyi-nəzər Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi tarixinə əsaslanırdı. Məlum oldu ki, sovet dövründə böhtan atılmış tarix əslində qürur və fəxarət mənbəyidir. İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinin 15 yanvar 2018-ci il tarixli nömrəsində dərc edilmiş “Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir” sərlövhəli məqaləsi bu barədədir.
Məqalə müəllifinin fikrincə, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycan xalqı, dövləti və cəmiyyəti üçün böyük əhəmiyyət kəsb edir.
İslam dünyasında ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də elan edildiyini yazan müəllif bildirib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd ediləcək. Azərbaycan Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. İl ərzində həm ölkədə, həm də onun hüdudlarından kənarda təntənəli tədbirlər keçiriləcək.
Arye Qut qeyd edir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan tarixində mühüm hadisə və şanlı səhifələrdən biri oldu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən işlər barədə yazan müəllif eyni zamanda qeyd edib ki, həmin dövrdə erməni daşnaklar Qarabağı işğal etmək məqsədilə soyqırımı aktları törətməkdə davam edirdilər. Arye Qut yazır: “Yaranmış vəziyyəti, Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzurda qanlı hadisələri nəzərə alaraq Azərbaycan hökuməti 1919-cu ilin yanvarında Qarabağ general-qubernatorluğu təsisatı yaratdı və X.Sultanovu Qarabağ general-qubernatoru təyin etdi. Ermənistanın xarici işlər naziri bununla əlaqədar narazılığını bildirdi, lakin Azərbaycan hökuməti bu narazılığı əsassız hesab edərək bəyan etdi ki, həmin vilayətlər Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Qarabağ general-qubernatoru öz fəaliyyətini belə bir mürəkkəb şəraitdə həyata keçirməli idi. Bir tərəfdən Ermənistanın iddialarına qarşı mübarizə, digər tərəfdən əvvəlcə ingilislərlə, sonra isə amerikanlarla gərgin münasibətlər şəraitində. Lakin ermənilər regionda sülhün bərqərar olmasına heç cür imkan vermirdilər”.
Arye Qut İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda qeyd edir ki, qanlı hərbi əməliyyat nəticəsində sovet Rusiyası tərəfindən Azərbaycanın işğal edilməsi faktına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti milli azadlıq hərəkatı tarixində böyük iz qoyub. O yazır: “Azərbaycan Xalq Cümhuriyyəti 23 ay davam etmiş fəaliyyəti dövründə əyani şəkildə göstərdi ki, hətta ən qəddar və zülmkar müstəmləkə rejimləri də Azərbaycan xalqının azadlıq ideyalarını və milli dövlətçilik ənənələrini məhv edə bilməyib”.

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30