/ / Azərbaycan və Bəhreyn arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
Azərbaycan və Bəhreyn arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
05.01.2018 [10:05]
Azərbaycan Respublikası və Bəhreyn Krallığı arasında əməkdaşlığın inkişafı yollarına dair danışıqlar aparmaq məqsədilə ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev Bəhreyndə işgüzar səfərdə olub.
Səfər zamanı R.Rzayev Bəhreynin xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini şeyx Abdullah bin Əhməd Al Xəlifə, ticarət, sənaye və turizm naziri Zayid bin Raşid Əl-Zəyyəni, daxili işlər naziri şeyx Raşid bin Abdullah Al Xəlifə və Bəhreyn Ticarət və Sənaye Palatasının sədri Xalid bin Əbdürrəhman Əl-Muəyyid ilə görüşüb.
Bəhreynin xarici işlər nazirinin müavini ilə görüşdə Azərbaycan və Bəhreyn arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib, siyasi münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın müxtəlif sahələrdə inkişafına dair fikir mübadiləsi aparılıb.
R.Rzayev Bəhreynin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, işğal olunmuş ərazilərin azad edilməsini və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılmasını tələb edən qətnamələrin qəbul edilməsindəki roluna, beynəlxalq təşkilatlar, xüsusən BMT və İƏT çərçivəsində Azərbaycanın mövqeyini daim dəstəklədiyinə görə Bəhreyn tərəfinə təşəkkürünü bildirib.
Bəhreynin ticarət, sənaye və turizm naziri ilə görüşdə ölkələrimizin ticarət və turizm sahələrində əməkdaşlığının inkişafına, habelə Bakı və Manama şəhərləri arasında birbaşa uçuşların təşkilinə dair fikir mübadiləsi aparılıb. Körfəz ölkələrinin vətəndaşlarının füsunkar təbiətə, mülayim iqlimə, qədim tarixə, zəngin mədəniyyətə və ləziz mətbəxə malik olan Azərbaycana böyük maraq göstərdiyi və son illərdə Azərbaycanın dünyanın turizm xəritəsində dinamik inkişaf edən istiqamətlərdən birinə çevrildiyi diqqətə çatdırılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin fevralından etibarən Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycana giriş vizasının rəsmiləşdirilməsi prosesinin asanlaşdırıldığı vurğulanıb. Azərbaycan vətəndaşları üçün Bəhreynə elektron vizanın rəsmiləşdirilməsinin ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığa töhfəsini verəcəyi qeyd olunub.
Bəhreynin daxili işlər naziri ilə görüş zamanı hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Ticarət və Sənaye Palatasının sədri ilə görüşdə isə Azərbaycan və Bəhreynin ticarət və sənaye palataları arasında əməkdaşlıq, iki ölkənin şirkətlərinin kənd təsərrüfatı, yeyinti sənayesi sahələrində əlaqələrinin inkişaf etdirilməsi və qarşılıqlı əmtəə dövriyyəsinin həcminin artırılması ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Səfər Bəhreynin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

