ÇKP-nin XIX qurultayı Çinin qarşıdakı onilliklərdə strateji inkişaf yollarını müəyyənləşdirdi
01.12.2017 [10:30]
Bunu “Sinxua” Agentliyinin müxbirinə eksklüziv müsahibəsində Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov bildirib
Çinin “Sinxua” İnformasiya Agentliyi öz saytında Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzovun Çin Kommunist Partiyasının (ÇKP) XIX qurultayına həsr olunmuş eksklüziv müsahibəsini yerləşdirib.
“Sinxua”nın müxbiri ilə söhbətində S.Novruzov qeyd edib ki, Çin Kommunist Partiyasının oktyabr ayında keçirilmiş XIX qurultayı tarixə ölkənin və dünyanın siyasi həyatında mühüm hadisə kimi daxil oldu. “Qurultay ÇKP-nin XVIII qurultayından ötən beş il ərzində Çinin nailiyyətlərini, dünyada çox sürətlə yüksələn siyasi və iqtisadi mövqeyini əks etdirdi. Həmçinin qarşıdakı onilliklər üçün strateji inkişaf yollarını müəyyənləşdirdi”, - deyə komitə sədri vurğulayıb.
Deputatın fikrincə, XIX sessiya Çinin daxili və xarici siyasət sahəsində mühüm qərarların qəbul edilməsi, o cümlədən Çin Xalq Respublikasının Sədri Si Cinpinin yenidən ÇKP Mərkəzi Komitəsinin baş katibi, həmçinin MK-ya üzvlərin seçkiləri ilə təqdirəlayiqdir. O diqqətə çatdırıb ki, Si Cinpinin qurultaydakı məruzəsində Çinin daxili və xarici siyasət xəttinin müxtəlif aspektlərinə aydınlıq gətirilməsi ilə yanaşı, ölkənin inkişafında yeni mərhələnin başlanması da bəyan olunub.
S.Novruzov deyib: “Si Cinpinin Çinə rəhbərliyi dövründə, yəni 2012-ci ildən bu günədək iqtisadiyyat, siyasət, mədəniyyət, sosial və ekologiya sahələrində, cəmiyyətin rifah halının bütün parametrlər üzrə orta səviyyədə formalaşdırılmasında, islahatların dərinləşdirilməsində, hüquqi dövlət quruculuğunda və partiya idarəçiliyinin gücləndirilməsində uğurlar əldə edilib. Çinin daxili və xarici siyasəti hər bir çinli üçün layiqli həyat şəraitinin təmin olunmasına, həmçinin dünya birliyi ilə ahəngdar münasibətlərə, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə yönəlib”.
O, həmçinin vurğulayıb ki, ÇXR-in daxili və xarici siyasətində ən başlıca prinsiplərdən biri ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasına əsaslanan vahid Çin prinsipidir.
S.Novruzov qeyd edib ki, “Bir kəmər - bir yol” təşəbbüsünün (“İpək Yolunun iqtisadi kəməri” və “XXI əsrin Dəniz İpək Yolu”) reallaşdırılmasının davam etdirilməsi Çinin dünya iqtisadiyyatında hərəkətverici qüvvə rolunu daha da möhkəmləndirəcək. Onun fikrincə, dünya iqtisadiyyatını ÇXR-siz təsəvvür etmək qeyri-mümkündür. “Daxili ticarət həcminin genişlənməsi, ticarət və investisiya sahəsində liberallaşdırma nəinki Çinin, onunla əməkdaşlıq edən ölkələrin də maraqlarına cavab verir”, - deyə deputat bildirib.
Çinin daxili siyasət kursuna ayrıca toxunan S.Novruzov xüsusilə qeyd edib ki, beynəlxalq münasibətlərdə bu ölkəni təcavüzdən çəkinmək, daxili işlərə qarışmamaq meyilləri fərqləndirir.
Xəbər lenti
Hamısına baxİdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32

