Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi başa çatıb
23.11.2017 [10:06]
Parlamentin növbəti iclasında büdcə zərfinə daxil olan digər məsələlər müzakirə olunacaq
Dünən Milli Məclisin iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam etdirilib. Millət vəkili Musa Qasımlı bildirib ki, büdcənin gəlirlərinin gələn il 20 faiz artımla nəzərdə tutulması inkişafın göstəricisidir. Digər tərəfdən, layihəyə əsasən ölkəmizin 33 şəhər və rayonu daxili imkanlar hesabına özünü maliyyələşdirəcək ki, bu da regionların inkişafından xəbər verir. M.Qasımlı bəzi təkliflərini də diqqətə çatdıraraq deyib ki, ölkəmizdə yüngül sənaye sahələrinin inkişafının sürətləndirilməsinə, dəmir yolu nəqliyyatı infrastrukturunun müasirləşdirilməsinə diqqət artırılmalıdır. Eyni zamanda, bəzi sosial xərclərin artırılması, paytaxtda inşa olunan yeni yaşayış binalarındakı mənzillərin özəlləşdirilməsi də diqqət mərkəzində olmalıdır. O, təmsil etdiyi seçki dairəsindəki rayonların yaşayış massivlərinin qazlaşdırılması, yeni yolların çəkilməsi ilə bağlı da təkliflərini irəli sürüb.
Millət vəkili Yevda Abramov da gələn il üçün dövlət büdcəsinin gəlir və xərclərinin artımla nəzərdə tutulmasını yüksək qiymətləndirib. O, təmsil etdiyi Quba rayonunda kəndlərarası yolların çəkilməsi, kəndlərin qazlaşdırılması ilə bağlı fikirlərini bildirib.
İclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, sosialyönümlü büdcə dedikdə bəziləri buna başqa cür baxır. “Konstitusiyasının 15-ci maddəsində yazılır ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Həmçinin qeyd olunur ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır”, - deyən Oqtay Əsədovun sözlərinə görə, sosialyönümlülük Konstitusiyada da öz əksini tapıb və ona görə də büdcəmiz həmişə sosialyönümlü olacaq.
“Gələn ilin dövlət büdcəsi layihəsi yüksək peşəkarlıqla hazırlanıb”. Bunu isə deputat Şahin İsmayılov bildirib. İndiyədək ölkəmizdə 39 gənclər evinin inşa olunduğunu deyən millət vəkili onların fəaliyyəti üçün büdcədə nəzərdə tutulan vəsaitin bir qədər də artırılmasını təklif edib. Bundan başqa, o, yol kənarlarında yerləşən məktəblərdə yol-qəza hadisələrindən yayınmaq üçün mühafizə zonalarının yaradılmasını, o cümlədən Azərbaycanın bir sıra ölkələrdəki diplomatik missiyasının say tərkibinin artırılmasını təklif edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov gələn ilin büdcə layihəsinin mükəmməl və peşəkarlıqla hazırlandığını deyərək bildirib ki, 20 faiz artım iqtisadi yüksəlişdən xəbər verir. Eyni zamanda, büdcə layihəsinin üçdə birinin sosial sahəni əhatə etməsi ölkə başçısının bu sahəyə olan diqqətinin göstəricisidir. Komitə sədrinin sözlərinə görə, təhsil xərclərinin artırılması bu sahədə həyata keçirilən islahatları sürətləndirəcək. O cümlədən, Milli Elmlər Akademiyasına ayrılan xərclərin də artması elmin inkişafına töhfə verəcək. Səhiyyə sahəsindən də danışan Ə.Əmiraslanov hər il yeni doğulan təxminən 120-150 körpədə özünü göstərən qüsurların müalicəsi üçün kapilyar implantasiya ilə bağlı büdcədə vəsait nəzərdə tutulmasını təklif edib.
“Növbəti ilin dövlət büdcəsi layihəsi reallıqlara uyğun hazırlanıb və ölkədəki inkişaf gəlir və xərclərin artmasına yol açıb”. Bu fikirləri isə millət vəkili Azər Badamov bildirib. O, xüsusilə sənayenin yüksəlişi ilə əlaqədar emal sənayesinin inkişafına diqqətin artırılmasını təklif edərək deyib ki, emal sənayesinin inkişafı ölkəmizdə vətəndaşların məşğulluğunun təmin edilməsinə və ixraca böyük töhfə verə bilər.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov da büdcə layihəsinin təkmil olduğunu bildirib və əksər sahələr üzrə xərclərin artırılmasını yüksək qiymətləndirib. Komitə sədri əsasən gənclər sahəsi ilə bağlı təkliflərini verib.
“Noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qeyd etdiyi kimi, 1993-2003-cü illər tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi qalacaq. Azərbaycanda bugünkü sürətli inkişafın da təməli o illərdə qoyulmuşdur. Sonrakı 14 il ərzində Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilib. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb. Bu fikirlər reallığı tam əks etdirir və müzakirə etdiyimiz büdcə layihəsi də bunu bir daha sübut edir”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. E.İbrahimov bildirib ki, gələn ilin büdcə gəlirləri və xərclərinin 20 milyard manatdan çox olması onu göstərir ki, müstəqilliyinin son 25 ili ərzində Azərbaycanda mövcud iqtidarın həyata keçirdiyi iqtisadi siyasət çox düzgün siyasət olmaqla onun əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarını təmin etmək, ölkəmizin iqtisadi qüdrətini daim artırmaq və beynəlxalq aləmdə Azərbaycanı müstəqil siyasət yeridən böyük nüfuza malik bir ölkə kimi tanıtmaqdır. Bu məqsədlə ölkəmizdə dünya iqtisadiyyatı və siyasətində baş verən dəyişikliklərə və çağırışlara uyğun olaraq əsaslı işlər görülür.
“Qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olan aqrar sahədə intensivləşməni genişləndirmək, məhsuldarlığı artırmaq üçün regionlarda aqroparklar və iri təsərrüfatlar yaradılır. 2018-ci ilin büdcə layihəsində kənd təsərrüfatı tədbirlərinə 617 milyon manat büdcə vəsaitinin ayrılması nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 30 faiz çoxdur. Əvvəlki illərdə biz kənd təsərrüfatına 450-500 milyon manat vəsait ayrılmasını arzu edirdik. Gələn il bu artıq reallığa çevrilir. Necə deyərlər, hər şeyin öz vaxtı var. Əgər bir neçə il bundan qabaq həmin vəsait ayrılmış olsa da belə, biz bu vəsaiti səmərəli xərcləyə bilməzdik. Çünki indi aqroparkların yaradılması, iri fermer təsərrüfatlarının təşkili, çoxsaylı emal müəssisələrinin tikintisi, bəzi məhsulların son istehlak malına kimi emalı və digər məsələlərin həlli üçün hazırlıq xarakterli çox işlər görmək lazım idi. Bu işlər artıq yerinə yetirilib və indi biz yeni və müasir çağırışlara cavab verən prioritetləri həyata keçirə bilərik. Bu məqsədlə aqrar sahədə islahatların aparılmasına bu il büdcə vəsaiti nəzərdə tutulmadığı halda, gələn il 80 milyon manat vəsait ayrılacaq. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə 249 milyon manat büdcə vəsaiti ayrılması nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən icrasına nisbətən 25 faiz çoxdur. Eyni zamanda, Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətlərinə, habelə kənd təsərrüfatında elmi xərclərə ayrılan büdcə vəsaitləri xeyli artırılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə büdcə vəsaitləri hökumətin çox düzgün müəyyən etdiyi prioritet istiqamətlərə xərclənir”, - deyə komitə sədri vurğulayıb.
Keçən il “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunun qəbul olunduğunu xatırladan E.İbrahimovun sözlərinə görə, ölkə Prezidenti “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında bu il Sərəncam imzalayıb. O təklif edib ki, dövlət büdcəsində bu proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün müvafiq orqanlara vəsait ayrılması nəzərdə tutulsun. Belə halda bu istiqamətdə konkret nəticə əldə etmək olar.
E.İbrahimov həmçinin Naxçıvan şəhərindən seçilən deputat kimi Muxtar Respublikanın blokadada olmasını nəzərə alaraq onun büdcəsinin formalaşmasına diqqətlə yanaşdıqlarına görə hökumətə təşəkkür edib: “Naxçıvanın büdcəsinin gələn il bu ilə nisbətən 4,8 milyon manat artırılması nəzərdə tutulur ki, bunun da 1,8 milyon manatı yerli gəlirlər, 3 milyon manatı isə dotasiya hesabına təmin ediləcəkdir. Xahişim ondan ibarətdir ki, Muxtar Respublikanın vəziyyəti nəzərə alınaraq dotasiyanın həcminin bir qədər artırılmasına yenidən baxılsın”.
“Milli Məclisin komitələrində büdcə müzakirələri zamanı bir çox məsələlərə diqqət yetirildi. Son olaraq 5 komitənin birgə iclasındakı müzakirələrdə əsasən insan kapitalı və onun inkişafına dair məsələlər diqqət mərkəzində oldu. Biz bu sahədə dövlətin gördüyü işlər, vəzifələr və perspektivlər barədə ciddi müzakirələr apardıq. Ümumi vəziyyət yaxşıdır, inkişaf tendensiyası müşahidə olunur. Amma bu sahədə həm köhnədən qalmış, həm də inkişafın doğurduğu problemlər var. Bu problemləri aradan qaldırmalıyıq və onun büdcə təminatı olmalıdır”. Bu fikirləri isə Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, insan kapitalının inkişafı müxtəlif sahələrdə insanların hüquqlarının qorunmasını zəruri edir: “İşin çoxluğu, hakimlərin, vəkillərin və müstəntiqlərin fəaliyyəti zamanı üzləşdikləri çətinliklər dolayısı ilə insan hüquqlarına mənfi təsirlərini göstərir. Tərəfdarıyam ki, hakimlərin sayı artmalıdır və bunun da büdcə təminatı vacibdir. Vəkillik sahəsində də problem çox ciddidir. Bu yaxınlarda qanunvericiliyə etdiyimiz dəyişiklik özü də bu sahədə ciddi addımların atılmasını tələb edir”.
Vitse-spiker qeyd edib ki, məhkəmələrdə vəkil rolunu oynayan nümayəndələrin fəaliyyətini tənzimləmək üçün qanunvericilik sahəsində atılan addımlar vəkillərin sayının artırılmasının və təminatının müəyyənləşdirilməsi işini vacib edir: “Burada vətəndaşların məqsədli şəkildə hüquqlarının pozulmasından söhbət getmir. İşlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması, istintaqın gedişində bir çox məsələləri aydınlaşdırmağın mümkün olmaması məhkəmə baxışı zamanı prosedurların pozulması hallarına gətirib çıxarır. Təbii ki, nəticəsindən, verilən hökmlərdən, aparılan istintaqdan narazı qalan vətəndaşlar öz hüquqlarının pozulduğu qənaətinə gəlirlər və hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət edirlər. Parlamentin İnsan hüquqları komitəsinə gələn belə müraciətlərin sayı çoxdur”.
B.Muradova həmçinin qaçqın və məcburi köçkünlərin problemlərinə də diqqət çəkib. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlərin görüldüyünü deyən vitse-spikerin sözlərinə görə, buna baxmayaraq, problemlər də var. “Onlar da ölkəmizin vətəndaşlarıdır və harada, kimə məxsus mülkiyyətdə yaşamasından asılı olmayaraq, evlə təmin olunmasını istəyirlər. Xüsusilə qəzalı evlərdə yaşayanlar köçürülməlidirlər və bunu tezliklə etmək lazımdır. Həmçinin ayrı-ayrı evlərdə, özəlləşdirilmiş müəssisələrin həyətində, köməkçi qeyri-yaşayış məntəqələrində məskulaşan köçkünlər var ki, onların vəziyyəti, həqiqətən də, ağırdır. Onlar ilk növbədə köçürüləsi insanların siyahısında olmasalar da, vəziyyətləri acınacaqlıdır. Bu istiqamətdə də diferensial yanaşmaya ehtiyac var. Onların uçotu aparılmalıdır. Məsələn, Ağdamdan, Zəngilandan olan köçkünlər var ki, şəhid ailələridir. Onların ümumi qaydada ev növbəsinə götürülməsi mümkün olmur. Bu insanlar hazırda yaşadıqları rayonlarda siyahıya alınmırlar, öz rayonları da yoxdur. Qaçqın-köçkün təbəqəsi içərisində şəhid ailələrinin ümumi siyahısı hazırlanmalı, onların harada məskunlaşmasından asılı olmayaraq, ilk olaraq evlə təmin olunmalı təbəqələr kimi qəbul edilməlidirlər”, - deyə viste-spiker vurğulayıb.
B.Muradova bütövlükdə 2018-ci ilin dövlət büdcəsini təqdir edib və qeyd edib ki, bu sənəd Azərbaycan reallıqlarına uyğun hazırlanıb və qarşıya qoyulan hədəflərə çatmağa istiqamətlənib.
İclasda həmçinin millət vəkilləri Kamilə Əliyeva, Eldar Quliyev, Jalə Əliyeva, Azay Quliyev, Şəmsəddin Hacıyev və digərləri çıxış edərək 2018-ci ilin dövlət büdcəsi haqqında fikirlərini bildiriblər.
Günün sonunda 2018-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi başa çatıb. Spiker Oqtay Əsədov bildirib ki, parlamentin növbəti iclasında büdcə zərfinə daxil olan digər məsələlər müzakirə olunacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24

