/ / Aloysio Nunes Ferreira: Braziliya Azərbaycanın yürütdüyü praqmatik və balanslaşdırılmış xarici siyasəti təqdir edir
Aloysio Nunes Ferreira: Braziliya Azərbaycanın yürütdüyü praqmatik və balanslaşdırılmış xarici siyasəti təqdir edir
16.11.2017 [10:31]
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Braziliya Federativ Respublikasının xarici işlər naziri Aloyzio Nunyes Ferreira ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında qurulmuş siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə edilib və ikitərəfli əməkdaşlığın keyfiyyətcə daha yuxarı müstəviyə qaldırılması üçün qarşılıqlı səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif sahələr üzrə hazırkı vəziyyətinə və gündəlikdə duran məsələlərə nəzər salıblar.
Nazir Elmar Məmmədyarov Aloyzio Nunyesin ölkəmizə səfərini yüksək qiymətləndirib və bu səfərin Azərbaycan ilə Braziliya arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edib.
Aloyzio Nunyes bildirib ki, onun səfəri ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına verdiyi dəyərin göstəricisidir və Braziliya Azərbaycanın yürütdüyü praqmatik və balanslaşdırılmış xarici siyasəti təqdir edir.
Nazirlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin, eyni zamanda, Azərbaycan-Braziliya iqtisadi-ticari əlaqələrinin təşviqi baxımdan Birgə İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin önəmini qeyd ediblər.
Tərəflər ikitərəfli münasibətlərdə parlament diplomatiyasının xüsusi yer tutduğunu və bu xüsusda, hər iki ölkə parlamentində yaradılmış dostluq qruplarının üzvləri arasında təmasların artırılmasının əhəmiyyətini vurğulayıblar.
Görüşdə tərəflər arasında baxılmaqda olan sənəd layihələrinə nəzər salınıb, bu əsnada müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin ikitərəfli münasibətlərdə mühüm platforma olan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətinə toxunulub.
Nazirlər iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər kənd təsərrüfatı, enerji, kimya və yeyinti sənayesi sahəsində əlaqələrin inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda, iki ölkə arasında turizm, elm-təhsil sahəsində, o cümlədən universitetlər arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışıb və BMT Təhlükəsizlik Şurasının (TŞ) müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Nazir Braziliyanın münaqişənin BMT TŞ-nın qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasına dair mövqeyinin yüksək qiymətləndirildiyini qeyd edib.
Elmar Məmmədyarov, həmçinin paytaxt Bakının EXPO-2025-in keçirilməsinə namizəd şəhər olduğunu bildirib, bu tədbirə ev sahibliyi etmək niyyəti ilə Azərbaycanın insan kapitalının inkişafı ilə bağlı məqsəd və məramları barədə məlumat verib.
Görüşdə beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən BMT Təhlükəsizlik Şurasında islahatlara dair fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA Universiteti və Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyinin Rio Blanco İnstitutu arasında diplomatların treyninqi ilə bağlı qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev, Braziliya tərəfdən isə bu ölkənin Azərbaycandakı səfiri Santyaqo Luis Bento Fernandes Alkasar imzalayıblar.
Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

