Şərur rayonunun Ələkli kəndi müasir yaşayış məntəqəsinə çevrilib
07.11.2017 [10:10]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 6-da Şərur rayonunun Ələkli kəndində yeni sosial obyektlərin açılışı olub.
Ələkli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib
Noyabrın 6-da Ələkli kənd tam orta məktəbinin yeni binasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Şərur rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikanın digər yaşayış məntəqələri kimi, Şərur rayonu da yeni inkişaf mərhələsinə yüksəlib.
Ələkli kənd tam orta məktəbinin direktoru İsrafil Quliyev deyib ki, geniş quruculuq işlərinin aparılması Ələkli kəndini müasir kəndlərin sırasına qoşub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tövsiyə edirdi ki, “Ölkəmizin gənclərini təhsilli etmək üçün müasir tələblərə cavab verən məktəb binalarının tikilməsi ilə məşğul olmalıyıq”. Müasir məktəb binasında tədrisin təşkili üçün lazımi şərait yaradılır, kitabxana, idman qurğuları, laboratoriyalar, fənn kabinələri istifadəyə verilir, yeni texnologiyalar və ən son tədris metodları tətbiq olunur. Bu gün istifadəyə verilən Ələkli kənd tam orta məktəbi də müasir tədrisin tələblərinə uyğun qurulub”.
Ali Məclisin Sədri bu münasibətlə kollektivi təbrik edərək deyib: “Məktəbdə elektron lövhələr, kompüter sinifləri, zəngin kitabxana, gənclərin sağlam böyüməsi üçün idman qurğuları və zalı istifadəyə verilmiş, təhsil ocağı bütün fənlər üzrə ixtisaslı müəllimlərlə təmin olunmuşdur. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, təhsilli gənclər yetişdirilməlidir. Orta məktəbi bitirən hər bir gənc özünə peşə seçməli, ölkəmiz üçün yararlı vətəndaş kimi yetişməlidir. Təhsilli, vətənpərvər və peşə sahibi olan gənclərin hazırlanması isə müəllimlərin qarşısında duran əsas vəzifədir. Məktəbin nailiyyətləri onu deməyə əsas verir ki, tədris düzgün qurulub. Yaradılan şəraitdən səmərəli istifadə nailiyyətlərin daha da artmasına və Ələkli kənd tam orta məktəbinin muxtar respublikanın qabaqcıl məktəbləri sırasına qoşulmasına imkan verəcəkdir”.
Ali Məclisin Sədri bir daha kollektivi təbrik edib, məktəb binasının tikilməsində əməyi olanlara təşəkkür edib.
Ali Məclisin Sədri kitabxanada, sinif otaqlarında və fənn kabinələrində olub, tədrisin təşkili ilə maraqlanıb.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri onları təbrik edib, məktəbdə yaradılan müasir şəraitin tədrisin hərtərəfli təşkilinə imkan verəcəyini bildirib, kollektivə işlərində uğurlar arzulayıb.
Gənc müəllim Sahil Əlizadə göstərilən diqqət və qayğıya görə pedaqoji kollektiv adından minnətdarlıq edib.
Ələkli Kənd Uşaq Musiqi Məktəbi yeni binada fəaliyyət göstərəcək
Noyabrın 6-da Ələkli Kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədri kitabxananın musiqi nəzəriyyəsinə aid dərslik və ədəbiyyatlarla zənginləşdirilməsi barədə tapşırıqlar verib.
Musiqi alətlərinin təmiri otağına baxış zamanı milli musiqi alətlərinin təmiri və hazırlanması ilə məşğul olan gənc sənətkar Rəşad Həsənli minnətdarlıq edərək deyib ki, o, milli musiqi alətlərinin hazırlanması üzrə kurs keçib. Bu sahəyə böyük marağı var. Yaradılan şərait daha səmərəli fəaliyyət göstərməsinə imkan verəcək.
Ali Məclisin Sədri hazırlanan milli musiqi alətlərinə baxıb, gənc sənətkarların fəaliyyəti üçün bundan sonra da lazımi şəraitin yaradılmasının vacibliyini bildirib.
Sonra Ali Məclisin Sədri musiqi məktəbinin müəllimləri ilə görüşüb, onları yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: “Bu gün Ələkli Kənd Uşaq Musiqi Məktəbində 3 şöbədə 6 ixtisas üzrə musiqi dərsləri keçirilir. Ətraf kəndlərdən olan gənclər də məktəbdə musiqi təhsili alır. Bu da gənclərin asudə vaxtının səmərəli təşkili, onların istedadının üzə çıxarılması və milli musiqimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Yaradılan şərait imkan verəcəkdir ki, məktəbə daha çox gənclər cəlb olunsun, tədris olunan ixtisasların sayı artırılsın”.
Ali Məclisin Sədri deyib: “Musiqi duyumu olanlar, musiqi alətlərində ifa etməyi bacaranlar xüsusi istedada malik insanlardır. Bu istedadların üzə çıxarılması, qədim və zəngin musiqi ənənələrimizin davam etdirilməsi isə kollektivin qarşısında duran əsas vəzifələrdir. Müəllimlər milli musiqimizlə yanaşı, dünya musiqisini də gənc nəslə öyrətməlidirlər. Naxçıvan Musiqi Kollecində və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində müxtəlif ixtisasların fəaliyyət göstərməsi musiqi məktəbini bitirən gənclərin öz təhsillərini davam etdirməsinə imkan verəcəkdir”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.
Məktəbin müəllimi Aidə Əsgərova minnətdarlıq edərək deyib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, mədəniyyətin inkişafına da daim diqqət və qayğı göstərilir.
Konsert zalında Ələkli Kənd Uşaq Musiqi Məktəbinin şagirdləri maraqlı musiqi nömrələri təqdim ediblər.
Ali Məclisin Sədri musiqi nömrələrini izləyib, şagirdləri uğurlu çıxışlarına görə təbrik edib.
Dövlət qurumları yeni kənd mərkəzində fəaliyyət göstərəcək
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ələkli Kənd Mərkəzinin də açılışını edib, binada yaradılan şəraitlə tanış olub.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Cavid Hüseynov yaradılan şəraitə görə minnətdarlıq edib, bu şəraitin fəaliyyətlərini daha da genişləndirəcəyinə imkan verəcəyini bildirib.
Ali Məclisin Sədri kənddə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti ilə maraqlanıb.
Ələkli kəndində yeni xidmət mərkəzi və mərasim evinin açılışı olub
Noyabrın 6-da Ələkli kəndində yeni xidmət mərkəzi də istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını bildirən lenti kəsib.
Mərkəzlə tanışlıqdan sona Ali Məclisin Sədri sakinlərlə görüşüb.
Ali Məclisin Sədri deyib: “Kəndlərdə abadlıq-quruculuq işlərinin aparılması, yeni sosial obyektlərin istifadəyə verilməsi insanlarda ölkəmizin sabahına inam yaradır. Bu gün Ələkli kəndində geniş quruculuq işlərinin aparılması, yeni sosial obyektlərin istifadəyə verilməsi müstəqil Azərbaycan dövləti tərəfindən həyata keçirilmişdir. Ələkli kəndi müasir Azərbaycan kəndinin nümunəsidir. Kənddə yaradılan şərait sakinlərin rahat yaşayışına xidmət edir. Ona görə də sakinlər uzun illər ərzində formalaşmış təsərrüfat ənənələrini davam etdirməli, torpaqları əkməli, Ələkli kəndinin bugünkü müasir görkəmini qoruyub saxlamalıdırlar”.
Kənd sakini Vaqif Bayramov göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Həmin gün Ali Məclisin Sədri kənddə tikilən yeni mərasim evinə də baxıb.
Kənd ağsaqqalı Arif Kazımov deyib: “Bu gün Ələkli kəndinin həyatında əlamətdar gündür. Aparılan quruculuq işləri sakinlər tərəfindən minnətdarlıqla qarışlanır. Yeni mərasim evinin tikilməsi sakinlərin rahatlığını təmin etməklə yanaşı, həm də bizim dəyərlərimizə hörmətin bariz nümunəsidir. Bütün bunları görərkən bir daha əmin oluruq ki, Ulu öndərimiz Heydər Əliyevin arzuları reallığa çevrilib”.
Sonra iki zal və mətbəxdən ibarət olan mərasim evinə baxış olub. Binaya su, elektrik və qaz xətləri çəkilib, mətbəx zəruri inventarla təchiz edilib.
Kənd yolu müasir tələblərə uyğun qurulub
Noyabrın 6-da Ələkli kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsib.
Xəbər lenti
Hamısına baxAnalitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50

