Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AGERPRES agentliyi: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsidir

AGERPRES agentliyi: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsidir

01.11.2017 [10:09]

Rumıniyanın AGERPRES milli xəbər agentliyi Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı dərc olunan məqalədə layihənin tarixi əhəmiyyəti vurğulanır, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tarixi İpək Yolunun bərpası olduğu diqqətə çatdırılır.
Məqalədə dəmir yolunun iqtisadi perspektivinə və gələcəkdə daşınan yüklərin miqdarına nəzər salınıb. Layihənin Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirən müəllif açılış mərasimində iştirak edən ali qonaqların çıxışlarına istinad edərək Bakı-Tbilisi-Qars dəmir yolunun Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilməsinə diqqət çəkib.
Yazıda bildirilir ki, bu nəhəng layihə sabitliyə, təhlükəsizliyə xidmət edəcək, qarşılıqlı sərmayələri artıracaq, turizmi inkişaf etdirəcək.

Paylaş:
Baxılıb: 480 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30