Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Parlamentinin deputatı: Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadi və siyasi dividend gətirəcək

Avropa Parlamentinin deputatı: Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadi və siyasi dividend gətirəcək

01.11.2017 [10:08]

Bakı-Tbilisi-Qars layihəsinin reallaşması iqtisadi və siyasi dividend gətirəcək, regionda sülhün, təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin söyləyib.
O deyib ki, bu meqa layihənin gerçəkləşməsində Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçılarının xüsusi əməyi var. “Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımalar asanlaşacaq, bu isə Avropa ilə Asiya arasında çox səmərəli iqtisadi-ticari əlaqələrin yaranmasına səbəb olacaq”, - deyə Avropa Parlamentinin deputatı əlavə edib.
A.Mamıkin hesab edir ki, Avropa və Asiya ölkələri bu dəmir yolu xəttindən fəal istifadə edəcəklər. Gələcəkdə bu dəmir yolundan istifadə edəcək ölkələrin sayı daha da artacaq.

Paylaş:
Baxılıb: 431 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30