Bakı-Tbilisi-Qars dəmir yolu Qərblə Şərqi birləşdirən qlobal layihədir
31.10.2017 [09:51]
İlkin mərhələdə BTQ-nin buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükə hesablanıb. Planlaşdırılır ki, daşıma həcmi sonralar 17 milyon ton artacaq və tədricən 50 milyon tona çatdırılacaq
Böyük strateji əhəmiyyət daşıyan bir regionda - şimaldan cənuba və şərqdən qərbə doğru uzanan nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, eyni zamanda, son illərdə müasir yol-nəqliyyat infrastrukturu quraraq özünü dünyaya tranzit ölkə kimi təqdim edən Azərbaycanın davamlı səyləri sayəsində daha bir mühüm iqtisadi-kommunikasiya layihəsinin reallaşdırılması mümkün oldu. Söhbət Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşasının tamamlanmasından gedir. Məlumat üçün bildirək ki, bir neçə gün bundan əvvəl yeni inşa edilən dəmir yolu vasitəsilə Qazaxıstandan Türkiyənin Mersin şəhərinə taxıl aparan 82 konteynerdən ibarət birinci yük qatarı yola salınıb. Oktyabrın 30-da isə Bakıda layihənin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşmasında Azərbaycan həlledici rol oynayıb
Məlumdur ki, respublikamız indiyədək yürütdüyü siyasətində milli maraqların keşiyində qətiyyətlə dayanmaqla yanaşı, eyni zamanda, regional və qlobal miqyasda əmin-amanlığın təmin olunmasına, ölkələr və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə daim xoş məram nümayiş etdirib. Yerləşdiyi coğrafiyanın lider dövləti, əsas geosiyasi aktoru sayılan Azərbaycan qısa müstəqillik tarixində regionda bir sıra qlobal əhəmiyyət daşıyan layihələrin təşəbbüskarı və moderatoru rolunda çıxış edib. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də istisna deyil.
BTQ Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və beləliklə Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir. BTQ dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün oldu. 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər etmiş Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib.
2005-ci il mayın 25-də isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin il fevralın 21-də dövlətimizin başçısı layihə ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. 2007-ci il noyabrın 21-də üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda kəndində BTQ-nin tikintisinin təməli qoyulub, Marabda stansiyasında açılış mərasimi keçirilib. 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib.
BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 kilometrdir. Bunun 500 kilometri Azərbaycan, 260 kilometri Gürcüstan, 80 kilometri isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 kilometrə yaxın olan tunel inşa edilib.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində Azərbaycan həlledici rol oynayıb. Layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olub. Yeni nəqliyyat layihəsində moderator rolunda çıxış etməsi, yolun ölkəmizdən kənarda da ayrı-ayrı hissələrinin inşasına böyük həcmlərdə kreditlər yönəltməsi Azərbaycanın gücünü və qüdrətini təsdiqləyir. Məhz Azərbaycan kimi böyük iqtisadi və maliyyə imkanlarına malik olan ölkələr belə qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsində əsas söz sahibi ola bilərlər.
Qeyd edək ki, yeni dəmir yolu layihəsinin reallaşdırılması çərçivəsində respublikamızda böyük iş həcmi yerinə yetirilib. Belə ki, Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 kilometri yenidən qurulub, Kür çayı üzərində ikinci yeni Poylu körpüsü inşa edilib və ikiistiqamətli hərəkət təmin olunub.
BTQ Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını əhəmiyyətli dərəcədə artıracaq
BTQ dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir. BTQ iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər. Yeni dəmir yolu bağlantısı ikitərəfli və çoxtərəfli platformalarda sıx əməkdaşlıq edən Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi-nəqliyyat əlaqələrinin daha da genişlənməsinə müsbət təsir göstərəcək. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşdiyini nəzərə alsaq, deyə bilərik ki, Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi yalnız 3 ölkənin maraqlarını təmin etməklə məhdudlaşmır və daha geniş coğrafiyada yerləşən ölkələr üçün də böyük əməkdaşlıq imkanları açır.
Yeni dəmir yolu bağlantısı Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artırır, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldır. İlkin mərhələdə BTQ-nin buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükə hesablanıb. Planlaşdırılır ki, daşıma həcmi sonralar 17 milyon ton artacaq və tədricən 50 milyon tona çatdırılacaq. Sərnişin sayı isə 2 milyon nəfər olacaq.
Bakıdan Türkiyənin Qars şəhərinə qədər yolun müddəti 16-17 saat təşkil edəcək. Sonra yol Ankara, İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manş və Londona keçəcək.
Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir. Regionda və bəhs olunan geniş coğrafiyada yerləşən ölkələr Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərdiklərini ifadə edirlər. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun məlumatına əsasən, artıq Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolları arasında ilk yüklərin keçirilməsi üçün müqavilələr hazırlanıb. İlk olaraq 400 min tona yaxın taxıl yükləri, Rusiyadan gələn kömürlərin, taxtanın keçirilməsi üçün danışıqlara başlanılıb.
Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev keçirdiyi brifinqdə bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialını xeyli gücləndirəcək. Səfir deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunda Qazaxıstanın 10 teplovozu istifadə ediləcək. Eyni zamanda, 2020-ci ilədək Qazaxıstan bu layihə üçün Azərbaycanı 40 yükdaşıma elektrovozu ilə təmin edəcək. Diplomat onu da vurğulayıb ki, Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ikinci yük qatarını hazırlamağa başlayıb. Həmin qatar Rumıniyaya çatdırılması nəzərdə tutulan kömürlə yüklənəcək.
Azərbaycan özünü dünyaya geniş nəqliyyat və logistika imkanlarına malik ölkə kimi təqdim edir
Son illərdə əlverişli coğrafi mövqeyə və zəngin enerji ehtiyatına malik Azərbaycan həm də beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilir. Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Bu baxımdan respublikamızın təşəbbüsü ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. BTQ Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur.
Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə Azərbaycan üzərindən yük və sərnişin daşımalarının həcmi əhəmiyyətli dərəcədə artacaq. Ölkəmiz yeni nəqliyyat arteriyası vasitəsi ilə uzaq Çindən Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yükləri qəbul etmək və onlara yük göndərmək imkanı əldə edəcək.
Yeni dəmir yolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək. BTQ ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq.
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Verilən proqnozlara əsasən, Azərbaycanın ilk illərdə BTQ ilə tranzit daşımalarından minimal gəliri 50 milyon dollar təşkil edəcək. BTQ-nin istifadəyə verilməsi həm də Ermənistanın nəqliyyat izolyasiyasını gücləndirəcək.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmiz müstəqillik illərində qədim İpək Yolunun respublikamızın ərazisindən keçən hissəsinin əsaslı şəkildə yenidən qurulması və Şərq-Qərb nəqliyyat dəhlizinin digər seqmentləri üzrə genişmiqyaslı layihələr reallaşdırıb ki, bütün bunlar da indiki mərhələdə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə müsbət təsir göstərəcək.
Ölkəmizin fəal iştirakı ilə yaradılan Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentlərindən birini Ələtdə tikilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı təşkil edir. Bu, Xəzər sahilində tikilən ən iri limandır. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır.
Ümumiyyətlə, ölkəmizin ərazisində Şərq-Qərb nəqliyyat dəhlizi boyunca görülən işlərin miqyası kifayət qədər genişdir. Dəhlizin digər seqmentləri üzrə reallaşdırılan layihələr sayəsində yaradılan müasir infrastruktur Bakı-Tbilisi-Qars dəmir yolu ilə birlikdə ölkəmizin tranzit imkanlarını müqayisəyəgəlməz dərəcədə artıracaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35

