Azərbaycan uğurlu inkişafını bundan sonra da davam etdirəcək
24.10.2017 [09:59]
Prezident İlham Əliyev: Gələn il kifayət qədər vəsait nəzərdə tutulmalıdır ki, həm infrastruktur layihələri, eyni zamanda, ölkə qarşısında duran əsas vəzifələr icra edilsin
Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində müstəqil Azərbaycanın həyatında davamlı olaraq müsbət dəyişikliklər baş verir. Xüsusilə son 13 ildə ölkəmiz sürətlə inkişaf edib, bütün sahələrdə diqqətəlayiq uğurlara imza atıb.
Öz növbəsində ötən illərdə ölkənin uğurlu inkişafının təmin edilməsi, yaradılan fundamental əsaslar, ardıcıllıqla həyata keçirilən islahatlar gələcək inkişaf üçün geniş perspektivlər açır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizin yerinin həmişə zirvədə olacağına əminliyini ifadə edərək vurğulayıb: “Əminəm ki, nəinki bu ilin sonuna qədər, bundan sonrakı illərdə də ölkəmiz uğurla inkişaf edəcək, Azərbaycan həmişə zirvələrdə olacaq”.
Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan bütün məsələlər öz həllini tapır
Məqsədyönlü siyasətin nəticəsi olaraq iqtisadi potensialın və maliyyə imkanlarının artması bütün ölkə boyu irimiqyaslı investisiya layihələrinin həyata keçirilməsini təmin edib. Respublikamızda daxili sərmayələr hesabına böyük investisiya tutumuna malik layihələrin reallaşdırılması müstəqil Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiqləyir. Dövlət investisiyaları hesabına yeni generasiya güclərinin yaradılması Azərbaycanın gücünü əhəmiyyətli dərəcədə artırıb. Qeyd edək ki, 2004-cü ildən bəri respublikamızda ümumi istehsal gücü 2400 meqavat olan 26 elektrik stansiyası tikilib. Nəticədə, Azərbaycanın enerji təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Həyata keçirilən genişmiqyaslı layihələr hesabına respublikamızda qazlaşdırmanın səviyyəsi 93 faizə çatıb. Ölkə ərazisində indiyədək heç vaxt qaz almayan ucqar dağ kəndləri də hazırda “mavi yanacaq”la təmin edilir. Ötən illərdə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, Abşeronda ultrasüzgəcli su təmizləyici stansiyanın işə salınması, çoxlu sayda subartezian quyularının istifadəyə verilməsi və digər belə layihələr sayəsində paytaxt Bakının, digər iri şəhər və kənd yaşayış yerlərinin içməli su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Cari ildə də respublikamızda Dövlət İnvestisiya Proqramı çərçivəsində infrastruktur quruculuğu siyasəti yüksək səviyyədə davam etdirilir. Ötən 9 ayda respublika ərazisində yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, yeni qazlaşdırma layihələri icra edilib. Prezident İlham Əliyev cari ildə regionlara səfərləri çərçivəsində bir neçə elektrik yarımstansiyasının açılışında iştirak edib. Cari ilin əvvəlindən respublika ərazisində 100-ə yaxın məktəb, 27 tibb ocağı tikilib və yaxud təmir edilib. Ümumiyyətlə, Bakıda və bölgələrdə quruculuq, abadlıq işləri geniş vüsət alıb.
Son vaxtlar məqsədli dövlət investisiyalarının yönəldilməsi, kreditlərin ayrılması hesabına ölkə miqyasında tikinti sektoru canlanıb. Hazırda xüsusi pilot layihə çərçivəsində Bakı şəhərində 95 yaşayış binası tikilir. Bu binaların özəlliyi ondan ibarətdir ki, onlar yararsız, qəzalı vəziyyətdə olan binaların yerində tikilir. Yeni layihənin icrasından kommunal şəraiti məhdud olan binalarda yaşayan vətəndaşlar çox məmnundurlar. Onlar yüksək məbləğdə kompensasiya alırlar və yaxud müvəqqəti kirayə mənzillərdə yerləşdirilir və yeni bina hazır olanda daha böyük yaşayış sahəsi ilə təmin edilirlər. Eyni zamanda, MİDA-nın - Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə Yasamal rayonunda böyük şəhərcik tikilir. Prezident İlham Əliyev vurğulayıb ki, gələn ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmalıdır ki, həm bu layihə davam etdirilsin, həm də Hövsan qəsəbəsində MİDA-nın yeni layihəsi icra olunsun. Prezident İlham Əliyev ölkəmizdə Dövlət İnvestisiya Proqramının uğurla təmin edilməsindən məmnunluq ifadə edərək deyib: “İlin sonuna üç aydan az vaxt qalır. Bu müddət ərzində Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır. Bu il Dövlət İnvestisiya Proqramı lazımi səviyyədə təmin edilir, kifayət qədər vəsait nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş bütün məsələlər ilin sonuna qədər öz həllini tapmalıdır”.
Qeyd edilənlərdən də göründüyü kimi, respublikamızda investisiya layihələrinin həyata keçirilməsində hər hansı bir problem yoxdur. Bütün layihələr lazımi həcmlərdə maliyyə vəsaiti ilə təmin edilir. Prezident İlham Əliyev gələn ilin investisiya layihələri üçün də lazımi qədər vəsait nəzərdə tutulması ilə bağlı tapşırıqlarını verərək deyib: “Gələn ilin Dövlət İnvestisiya Proqramı ilə bağlı ilkin təkliflər gəlməkdədir. Gələn il kifayət qədər vəsait nəzərdə tutulmalıdır ki, həm infrastruktur layihələri, eyni zamanda, ölkə qarşısında duran əsas vəzifələr icra edilsin. Ona görə, hesab edirəm ki, gələn ilin investisiya proqramı ilin sonuna qədər təsdiq edilə bilər. Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha da böyük olmalıdır. Buna bütün imkanlar var”.
Respublikada bir dənə də olsun təmirsiz kənd yolu qalmayacaq
Azərbaycanın son 13 ildə məqsədyönlü şəkildə həyata keçirdiyi müasir infrastruktur quruculuğu siyasətinin konkret nəticələrini bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsində aydın şəkildə görmək mümkündür. Bəhs olunan dövrdə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir.
Ölkədə avtomobil yolları təsərrüfatında qarşıya çıxan iqtisadi və texniki məsələlərin daha çevik həllinə Prezident İlham Əliyevin 2015-ci il 28 dekabr tarixli Sərəncamı güclü təkan verib. Bəhs olunan Sərəncamın imzalanmasından keçən dövr ərzində ölkə ərazisində uzunluğu 1700 kilometr olan avtomobil yolları, prospekt və küçələr tikilib və yaxud yenidən qurulub, o cümlədən 26 yeni körpü və 8 piyada keçidi tikilib. Əlamətdar haldır ki, Prezident İlham Əliyev respublikada yol infrastrukturunun yenilənməsini şəxsi nəzarətdə saxlayır. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, dövlət başçısı təkcə son bir neçə il ərzində 51 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma mərasimlərinə qatılaraq Öz dəyərli tövsiyələrini verib.
Cari ilin əvvəlindən bütün ölkə boyu şərti “40 yol” adlandırılan layihə uğurla həyata keçirilir. Əslində bəhs olunan layihə 40 deyil, daha çox sayda kənd yaşayış məntəqəsini əhatə edir. Prezident İlham Əliyevin imzaladığı 81 Sərəncama əsasən, 48 rayon və şəhər ərazisində 3,2 milyon nəfər əhalinin yaşadığı 761 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1816 kilometr olan avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinə başlanılıb. İndiyədək “Azəravtoyol” ASC tərəfindən 56 layihə çərçivəsində 2 milyon nəfər əhali yaşayan 370 yaşayış məntəqəsini birləşdirən uzunluğu 1030 kilometr olan yolların tikintisi uğurla başa çatdırılıb.
Respublikamızda kənd yollarının yenidən qurulması respublikanın bütün bölgələrini əhatə edir. Şübhə yoxdur ki, yol infrastrukturunun yenilənməsi həm də regionlarda turizmin inkişafını sürətlədirəcək. Ümumiyyətlə, respublikamızda kənd yollarının yenidən qurulması planları kifayət qədər genişdir. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Çalışmalıyıq ki, gələn ilin kənd yolları proqramının tərtibində və təşkilində bütün yerlərdən gələn təkliflər nəzərə alınsın. Mənə artıq ilkin məruzə edilib. Biz gələn il bu ilə nisbətən daha çox kəndi yeni yollarla təmin edəcəyik. Baxmayaraq ki, bu il də yüzlərlə kəndə yol salınıb. Bu proses hələ neçə il bundan sonra da davam etməlidir, o vaxta qədər ki, bizim bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmasın”.
Gələn il ölkə ərazisində 100 min hektar sahəyə yeni kanalların çəkilməsi nəzərdə tutulur
Azərbaycanda aqrar sektorda məhsuldarlığın artırılması baxımından regionlarda meliorativ tədbirlərin həyata keçirilməsi, bütövlükdə su ehtiyatlarından səmərəli şəkildə istifadə olunması böyük aktuallıq daşıyır. Son 13 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkənin regionlarında meliorativ tədbirlərin həyata keçirilməsinə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. Regionlarda reallaşdırılan layihələr sayəsində 347 min hektar sahədə suvarılan torpaqların su təminatı, 239 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 55 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib.
Ölkəmizdə yeni suvarma layihələrinin, meliorativ tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb. Cari ildə Prezident İlham Əliyevin iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsi istifadəyə verilib. Açılış mərasimində bildirilib ki, Şəmkirçay su anbarının, ondan su götürən 60,5 kilometr uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb, 17 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilib, həmçinin “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilib.
Ölkəmizdə meliorativ tədbirlərin əvvəlki illərdə qazanılan təcrübə əsas götürülməklə gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev növbəti ildə ən azı 100 min hektar sahəyə yeni kanalların çəkilməsi ilə bağlı tapşırıq verərək deyib: “Gələn il isə ən azı bu günə qədər suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir ki, bu proses daha da sürətlə getsin. Beləliklə, suvarılan torpaqların həcmi hər il artacaq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24

