Azərbaycan nümayəndə heyəti Daşkənddə İslam abidələri ilə və məscidlərlə tanış olub
21.10.2017 [09:23]
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans çərçivəsində Daşkənddəki İslam abidələri ilə və məscidlərə tanış olub.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri “Barak xan” mədrəsəsində olub, dindarlarla görüşüblər.
Allahşükür Paşazadə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından danışıb, din sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirib və Özbəkistanda təhsil aldığı illəri xatırlayıb.
Nümayəndə heyətinin üzvləri “Moy Mubarak” mədrəsəsində saxlanılan “Qurani-Kərim”in nadir nüsxəsi ilə tanış olublar. Bildirilib ki, VII əsrə aid “Qurani-Kərim”i Səmərqəndə XIV əsrdə Əmir Teymur gətirib.
Qonaqlar İmam Buxari adına Daşkənd İslam İnstitutuna da baş çəkiblər. Təhsil ocağının müəllim və tələbə heyəti ilə keçirilən görüşdə şeyxülislam Allahşükür Paşazadə bildirib ki, o, əvvəlcə Buxaradakı “Mir Ərəb” mədrəsəsində, sonra isə bu institutda təhsil alıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı instituta “Azərbaycanın seçilmiş İslam abidələri” kitabını hədiyyə edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Daşkənd İslam Universitetində olub.
Xatırladaq ki, nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, millət vəkili Cavanşir Paşazadə və başqaları daxildir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

