Şərur rayonunun Qarahəsənli kəndində yeni sosial obyektlər istifadəyə verilib
21.10.2017 [09:22]
Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin təməlində sabitlik, inkişaf və tərəqqi dayanır. Bu gün muxtar respublikanın davamlı inkişafı da bu siyasi xəttin bəhrəsidir. Aparılan quruculuq işləri və həyata keçirilən sosial-iqtisadi islahatlar bölgələrin tarazlı inkişafına səbəb olub. Bu gün kəndlərdə müasir şəhər infrastrukturu yaradılır. Sakinlərin rahat yaşayışı təmin olunur, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 20-də Şərur rayonunun Qarahəsənli kəndində yeni sosial obyektlər istifadəyə verilib.
Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlanır. Müasir yol rahat yaşayış deməkdir. Muxtar respublikanın kəndlərində də yolların yenidən qurulmasına xüsusi diqqət yetirilir.
Oktyabrın 20-də Qarahəsənli kənd avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsib.
Həmin gün Qarahəsənli kənd tam orta məktəbinin yeni binasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədri dəqiq elmlərin tədrisində elektron dərsliklərdən və əyani vəsaitlərdən istifadənin vacibliyini vurğulayıb, tədrisin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Sonra məktəbin müəllimləri ilə görüş olub.
Ali Məclisin Sədri pedaqoji kollektivi yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: “Müəllimlər bu gündən etibarən müasir məktəb binasında fəaliyyət göstərəcəklər. Qarahəsənli kənd tam orta məktəbi daim təhsil sahəsində qazandığı nailiyyətlərlə seçilib. Ötən tədris ilində də məktəbin məzunları ali və orta ixtisas təhsili məktəblərinə, eləcə də Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Bu da məktəbdə tədrisin düzgün qurulmasının nəticəsidir”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında müəllimlərə uğurlar arzulayıb.
Məktəbin müəllimi Şəbnəm Əliyeva kollektiv adından minnətdarlıq edib.
Həmin gün Qarahəsənlidə kənd mərkəzinin də açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.
Yeni Azərbaycan Partiyası Qarahəsənli kənd ərazi ilk təşkilatının sədri Baxşəli Zeynalov deyib ki, kənd quruculuq işlərindən sonra müasir yaşayış məntəqəsinə çevrilib. Sakinlər bu işə öz töhfələrini vermək üçün səylə çalışırlar. Partiyanın ərazi ilk təşkilatının 65 üzvü var ki, onların da çox hissəsi gənclər və ali təhsili olanlardır. Partiya üzvləri kəndin ictimai-mədəni həyatında fəal iştirak edirlər. Çalışırıq ki, qurulanlardan, yaradılanlardan səmərəli istifadə edərək onları gələcək nəsillər üçün qoruyub saxlayaq.
Ali Məclisin Sədri kənddə idarəetmənin təşkili, əhalinin məşğuliyyəti və yaşayışı ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Oktyabrın 20-də Qarahəsənli kəndində yeni xidmət mərkəzi də istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, mağazalarda və xidmət sahələrində yaradılan şəraitlə tanış olub.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.
Ali Məclisin Sədri sakinləri kənddə aparılan quruculuq işləri münasibətilə təbrik edərək deyib: “Qarahəsənli muxtar respublikanın abad kəndlərinin sırasına qoşuldu. Kənddə müasir infrastruktur yaradılıb. Yol, məktəb binası və digər sosial obyektlər istifadəyə verilib, dayanıqlı elektrik, qaz, rabitə və internet xidmətinin göstərilməsi təmin olunub. Bu gün Azərbaycan dövləti Ulu öndərin yolu ilə gedərək hərtərəfli inkişafa nail olmuşdur. Ölkə Prezidentinin Ümummilli liderin yolunu davam etdirməsi və göstərdiyi səylər bütün yaşayış məntəqələrinin inkişafına səbəb olmuşdur. Qısa müddətdə həyata keçirilən tədbirlər Qarahəsənlini də müasir Azərbaycan kəndinə çevirmişdir. Bütün bunlar dövlətimizin öz insanlarına qayğısının bir kəndin timsalında nümunəsidir. Yaradılan şərait sakinlərin rahat yaşayışına və təsərrüfatlarının daha da genişləndirilməsinə xidmət edir. Tikilənləri, qurulanları qoruyub saxlamaq, torpaqları əkmək və bol məhsul istehsal etmək isə sakinlərin qarşısında duran əsas vəzifələrdir”.
Sakin Məhəmməd Kərimov görülən işlərə görə minnətdarlıq edib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

