Sankt-Peterburqda Parlamentlərarası İttifaqın 137-ci Assambleyası keçiriləcək
13.10.2017 [10:19]
Oktyabrın 14-18-dək Sankt-Peterburqda Parlamentlərarası İttifaqın (PAİ) 137-ci Assambleyası keçiriləcək. Gözlənildiyinə görə, Milli Məclisin sədri Oqtay Əsədov başqa olmaqla Azərbaycan Parlamentinin nümayəndə heyəti də bu tədbirdə iştirak edəcək.
MDB Parlamentlərarası İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dünyanın beş qitəsindən 100-ə yaxın ölkənin parlamentlərinin sədrləri və 150-dən çox xarici ölkənin nümayəndə heyətləri Assambleyada iştirak edəcəklərini təsdiqləyiblər. Tədbirin qeydiyyata alınmış iştirakçılarının ümumi sayı 2300-dən çoxdur. Ən iri beynəlxalq KİV-lər PAİ Assambleyasını işıqlandıracaqlar.
Assambleyada mühüm hadisələrdən biri “Demokratiya haqqında ümumi bəyannamənin 20 illiyi qarşısında: müxtəlifliyimizin ümumiliyi” adlı qətnamənin qəbul edilməsi olacaq. Tədbirin proqramında Parlamentlərarası İttifaqın: Qadın Parlamentarilər Forumu və Gənc Parlamentarilər Forumu tematik iclaslar və sessiyalar keçirilməsi nəzərdə tutulur. PAİ-nin daimi komitələrinin - Assambleya rəhbər komitəsinin, demokratiya və insan haqları komitəsinin, Birləşmiş Millətlər Təşkilatı İşləri üzrə Komitənin, davamlı inkişaf, maliyyə və ticarət komitəsinin, sülh və beynəlxalq təhlükəsizlik məsələləri komitəsinin iclasları keçiriləcək.
Assambleya çərçivəsində Parlamentlərarası İttifaqın altı geosiyasi qrupunun: Afrika qrupu, Ərəb qrupu, Asiya-Sakit Okean qrupu, Avrasiya qrupu, Latın Amerikası qrupu və “On iki üstəgəl” qrupunun (Qərbi və Mərkəzi Avropa ölkələri, Kanada və bəzi başqa dövlətlər) iclasları keçiriləcək. Türkmənistan parlamentarilərinin də PAİ-yə qoşulması gözlənilir. Onlar özlərinin bu niyyətini Parlamentlərarası İttifaqın 137-ci Assambleyasının keçirilməsi ərəfəsində bəyan ediblər.
Xüsusi qeyd etmək lazımdır ki, Sankt-Peterburqda Assambleyanın keçiriləcəyi günlərdə PAİ-nin yeni sədri seçiləcək.
Parlamentlərarası İttifaqın Assambleyasının tədbirləri üç məkanda: “Ekspoforum” Konqres-sərgi Mərkəzində, Tavriya sarayında və Parlament mərkəzində keçiriləcək.
Parlamentlərarası İttifaq ən qədim beynəlxalq parlament təşkilatıdır. 1889-cu ildə yaradılmış bu ittifaq dünyanın 173 ölkəsinin parlamentarilərini və 11 parlamentlərarası təşkilatı birləşdirir. Dünyada ən nüfuzlu parlament təşkilatlarından biri olan Parlamentlərarası İttifaq mövcud olduğu bütün müddətdə parlamentarizmin inkişafına, insan haqlarına riayət edilməsinə, həmçinin millətlərarası sülhün bərqərar olmasına və beynəlxalq təhlükəsizliyin qorunub saxlanmasına kömək edir.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

