Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ekspert: Yaqland erməni lobbisinin korrupsiya tələsinə düşərək onların iş icraçısına çevrilib

Ekspert: Yaqland erməni lobbisinin korrupsiya tələsinə düşərək onların iş icraçısına çevrilib

13.10.2017 [10:17]

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Azərbaycanda demokratik təsisatların vəziyyəti” hesabatı adı altında ölkəmizə qarşı aparılan çirkin kampaniya sübut edir ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqland erməni lobbisinin əlaltısına çevrilərək, dövlətimiz əleyhinə iş aparmaqdadır.
Bu fikirləri Trend-ə siyasi ekspert Bəhruz Quliyev deyib.
O bildirib ki, Azərbaycana qarşı qərəzli münasibət AŞPA-nın son payız sessiyasında da özünü göstərdi: “AŞPA deputatları zaman-zaman müxtəlif tribunalarda, mediada Azərbaycanla münasibətdə dialoq tərəfdarı olduqlarını desələr də, AŞ-nin baş katibi Torbyorn Yaqlandın ölkəmizə qarşı aşkar antipatiyası həmin fikirləri tamamilə alt-üst edir. Bu mövqeni AŞPA-nın payız sessiyasında da gördük. Hətta bundan əvvəl Yaqland bir az da irəli gedərək “Azərbaycanı mütləq cəzalandırmaq gərəkdir” demişdi. Bütün bunlar həmin qurumların dialoq tərəfdarı olması barədə bəyanatlarının qeyri-səmimi olduğunu göstərir. Sözügedən qətnamələr də buna sübutdur. Ümumiyyətlə, Torbyorn Yaqland gələcək siyasi karyerası barədə narahatlıq keçirməlidir, çünki erməni lobbisinin əsas silahı olan korrupsiya tələsinə düşərək onların iş icraçısına çevrilib”.
B.Quliyev qeyd edib ki, digər dövlətlərin AŞPA qarşısında yerinə yetirmədikləri öhdəliklər qala-qala, nədənsə müstəqil və demokratik dəyərlərə sadiq olan Azərbaycan hədəfə alınır: “AŞPA bu suallara cavab versin ki, nəyə görə Fransa, İtaliya, Rumıniya, Portuqaliya, Polşa və daha 12 ölkədə son illərdə Avropa İnsan Hüquqları Məhkəməsinin 10 000 qərarı icra olunmayıb? Ən nəhayət, işğalçı siyasət yürüdən, terrorizmi və s. cinayətkarlıq üsullarını dövlət siyasətinə çevirən Ermənistan AŞPA-nın və Avropa Məhkəməsinin qərarlarına, qətnamələrinə əməl etmirsə, hansı səbəbdən bu ölkənin AŞ-dən uzaqlaşdırılması ilə bağlı məsələlər qaldırılmır? Niyə Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, eləcə də torpaqlarımızı işğal etməsi, 1 milyondan çox soydaşımızın hüquqlarının pozulması faktları qarşılığında bu ölkəyə qarşı sanksiyalar, qətnamələr qəbul olunmur? Yaqland buyursun, bu sualları cavablandırsın və sonra Azərbaycana qarşı qərəzli, şantajçı kampaniya aparsın”.
Ekspert vurğulayıb ki, əslində Azərbaycan Avropa Şurasında qalıb-qalmaması ilə bağlı qərar qəbul etməli və AŞPA da həmin qərara müvafiq düşünməlidir ki, bu qurum etibarlı tərəfdaş və regional təhlükəsizlikdə önəmli rol oynayan Azərbaycanı itirdiyi halda hansı problemlərlə qarşı-qarşıya qalacaq: “Artıq bu məqam yetişib. Təəssüf ki, AŞPA kimi mühüm siyasi qurumda Yaqland və onun kimi bəzi deputatlar normal Avropa meyarlarını erməni lobbisinin maraqlarına qurban verməklə məşğul olurlar. Nəticədə isə özlərini çətin vəziyyətdə qoyurlar”.

Paylaş:
Baxılıb: 464 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30