/ / Prezident İlham Əliyev: Bu gün Azərbaycan gələcəyə çox aydın baxışı olan çox sabit, müasir, inkişaf edən ölkədir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan gələcəyə çox aydın baxışı olan çox sabit, müasir, inkişaf edən ölkədir
07.10.2017 [10:00]
Yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan öz inkişaf yolunda əmin addımlarla irəliləyir
Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən siyasətin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və rasional daxili, xarici siyasət kursunun həyata keçirilməsidir. Bu kontekstdə Azərbaycanın unikal və universal təcrübəsi xüsusi olaraq qeyd edilməlidir.
Azərbaycanın dinamik inkişafı davamlı xarakter daşıyır
Azərbaycanın müasir, demokratik ölkə kimi davamlı inkişafını, beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edən mühüm amillərdən biri iqtisadi və siyasi islahatların paralel həyata keçirilməsidir. Bunun qanunauyğun nəticəsidir ki, ölkəmiz beynəlxalq miqyasda spesifik inkişaf yoluna malik olan müasir və demokratik ölkə kimi tanınır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı görüşdə bəhs olunan məqamlara toxunaraq qeyd edib ki, bu gün Azərbaycan gələcəyə çox aydın baxışı olan çox sabit, müasir, inkişaf edən ölkədir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, iqtisadi inkişaf sahəsində görülən işlər, həyata keçirilən yeni nəsil islahatlar bütün sahələrin paralel tərəqqisini təmin edib. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər müxtəlif sahələrdə dayanıqlı inkişaf üçün etibarlı zəmin yaratmaqla yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb. Bunlarla yanaşı, neft gəlirlərinin səmərəli idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər dayanıqlı iqtisadi inkişafın təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Sadalananlar kontekstində onu da qeyd edək ki, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər iqtisadi siyasət çərçivəsində həyata keçirilən tədbirlərin səmərəliliyini təmin edib. Hazırda sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, eyni zamanda, qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, bir çox sahələrdə davamlı inkişaf göstəricilərinin qeydə alınması ölkəmizin tərəqqi yolunda olduğunu göstərir. Bütün bunların qanunayğun nəticəsi kimi, ölkəmizdə həm də etibarlı sərmayə mühiti formalaşıb. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı qeyd edib: “Biz on milyardlarla birbaşa xarici sərmayə cəlb etmişik, Azərbaycanda yaxşı investisiya mühiti yaratmışıq, iqtisadiyyatımızı müasirləşdirmişik, əsasən infrastruktur və insan kapitalına sərmayə yatırmışıq. Düşünürəm ki, bu gün Azərbaycan iqtisadi cəhətdən sovet keçmişindən, planlaşdırılan iqtisadiyyatdan müasir sistemə və bazar iqtisadiyyatına keçən ölkə kimi yaxşı nümunələrdən biridir. İqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorun payına düşür. Biz işsizlik, yoxsulluq kimi əsas, çox ciddi sosial problemləri həll etməyə müvəffəq olmuşuq. Hazırda yoxsulluq və işsizlik səviyyəsi 5-6 faizə yaxındır. Düşünürəm ki, bu, dünya miqyasında ən yaxşı göstəricilərdən biridir”.
Azərbaycanın iqtisadi inkişafı beynəlxalq miqyasda da təqdir olunur
Həyata keçirilən iqtisadi islahatların nəticəsində əldə edilən çoxsaylı uğurlar ölkəmizin beynəlxalq iqtisadi reytinqinin yüksəlməsinə də əhəmiyyətli töhfələr verir. Təsadüfi deyil ki, Azərbaycanın dinamik iqtisadi inkişafı, əldə olunan nailiyyətlər beynəlxalq miqyasda da təsdiq olunur. Yeri gəlmişkən, bu günlərdə Dünya İqtisadi Forumu “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nı yayıb. Bəhs olunan hesabatda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq qeyd edib ki, bizim iqtisadi göstəricilərimiz Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatlar tərəfindən aparılan qiymətləndirmələrdə də əks olunub: “Onların bizim islahatlarla bağlı qiymətləndirmələri çox müsbətdir. Əlavə olaraq, Davos İqtisadi Forumunun son dəfə dərc etdiyi iqtisadiyyatın rəqabət qabiliyyəti üzrə yeni hesabatda Azərbaycan iqtisadiyyatın qlobal rəqabət qabiliyyəti indeksində 35-ci yerdə qərarlaşıb. Axırıncı dəfə biz 37-ci yerdə idik, indi isə 35-ci yerdəyik. Biz MDB ölkələri arasında birinciyik və 140 ölkə arasında 35-ci olmaq həqiqətən də böyük uğurdur. Bu, bizim dediklərimiz deyil. Bu, Davosun dedikləridir”.
Bütövlükdə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni iqtisadi kurs mahiyyət etibarilə yeni nəsil islahatların həyata keçirilməsini, kompleks tədbirlər vasitəsilə bütün sahələrin inkişafının təmin olunmasını özündə ehtiva edir. Bu isə Azərbaycanın öz iqtisadi potensialından, idarəetmə resurslarından səmərəli istifadə etməklə yaxın, orta və uzunmüddətli perspektivdə dayanıqlı inkişafa nail olacağını əminliklə deməyə əsas verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanın iqtisadiyyatı uğurla inkişaf edir. Biz qeyri-enerji sektoruna böyük diqqət yetiririk. Bu il ixracatın artımı 20-30 faiz təşkil edir, kənd təsərrüfatı sahəsində ixrac artımı isə 50 faizdən çoxdur. Beləliklə, iqtisadiyyatın şaxələnməsi artıq bir reallıqdır”.
Əminliklə söyləmək olar ki, postneft dövründə həyata keçirilən islahat xarakterli məqsədyönlü tədbirlər qarşıya qoyulan inkişaf hədəflərinə çatmağa imkan verir. Yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Ölkə iqtisadiyyatının perspektivləri ilə bağlı tədqiqatlar aparan ekspertlərin qənaəti budur ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Bir sözlə, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan öz inkişaf yolunda əmin addımlarla irəliləyir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

