/ / Bahar Muradova: İpək Yoluna Dəstək Qrupunun növbəti görüşünün uğurlu olması üçün əlimizdən gələni edəcəyik
Bahar Muradova: İpək Yoluna Dəstək Qrupunun növbəti görüşünün uğurlu olması üçün əlimizdən gələni edəcəyik
05.10.2017 [10:06]
ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Bakıda keçiriləcək növbəti görüşünün uğurlu olması üçün əlimizdən gələni edəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Assambleyanın Andorrada keçirilən sessiyası çərçivəsində daimi komitənin iclasında çıxışı zamanı bildirib.
Region üçün bu cür çətin vaxtda sessiyanı uğurla keçirdiklərinə görə təşkilatçılara təşəkkürünü bildirən Bahar Muradova qeyd edib ki, kibertəhlükəsizlik, iqlim dəyişikliyi, təhsilə dəstək və digər bu kimi aktual mövzuların müzakirəsi bəşəriyyətin qarşılaşdığı qlobal çağırışların həllinə, sözsüz ki, müəyyən töhfə verəcək.
İki gün ərzində sessiyada maraqlı təqdimatların olduğunu diqqətə çatdıran Bahar Muradova bildirib ki, məruzəçilər bəzən insan həyatında və şüurunda gözlənilməz dəyişikliklərə aparıb çıxaran inkişafın mümkün nəticələrindən bəhs ediblər. Sabah müzakirə olunacaq “Təhsilə dəstək sabitliyin qarantı kimi” mövzusu da aktualdır. Axı inkişafa yol təhsildən keçir. Özümüzü həmin tərəqqinin mümkün fəsadlarından qorumağın yolunu məhz təhsil bizə öyrətməlidir.
ATƏT Parlament Assambleyasının sədri Kristin Muttonenə məhsuldar fəaliyyətinə görə təşəkkür edən Bahar Muradova onun sessiyadakı hesabatını yüksək qiymətləndirərək deyib: “Bu hesabatdan görünür ki, xanım Muttonen Minsk sessiyasından sonra beynəlxalq münasibətlər baxımından bu cür mürəkkəb zamanda belə bir çətin və məsuliyyətli işə cəlb edilib. Geniş trayektoriyanı əhatə edən bu münasibət və görüşlər, şübhəsiz ki, Assambleyaya üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək, beləliklə də tərəfdaşlıq üçün əlverişli zəmin yaradacaq”.
Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova K.Muttonenin bu ilin sentyabrında Azərbaycana səfərini xüsusilə vurğulayıb. Bildirib ki, onun ölkəmizin vəzifəli şəxsləri ilə, eləcə də parlamentdə keçirdiyi görüşlər ATƏT PA və Azərbaycan arasında əməkdaşlıq üçün yeni perspektivlərin yaradılması baxımından çox məhsuldar olub.
“Biz xanım Muttonenin Assambleya çərçivəsində dialoq üçün yeni meydançaların yaradılmasına yönələn istənilən təşəbbüsə açıq olmasını yüksək qiymətləndiririk. Məsələn, həmkarım, Assambleyanın vitse-prezidenti Azay Quliyevin təşəbbüsü ilə yaradılan İpək Yoluna Dəstək Qrupunu qeyd edə bilərəm. Bildiyiniz kimi, oraya artıq 20 üzv dövlət daxil olub. Yeri gəlmişkən, Minskdə təsis olunan qrupun bu gün səhər ilk iclası keçirilib. Biz işçi sənədləri qəbul etdik, gələcək fəaliyyət planımızı müzakirə etdik. Məlumat üçün bildirim ki, növbəti görüşün Azərbaycanda, Bakıda keçirilməsinə dair razılıq əldə olunub. Hesab edirəm ki, bu, bizim yeni ideyalara və təşəbbüslərə əsaslanan birgə fəaliyyətimizin bəhrəsidir”, - deyə Bahar Muradova vurğulayıb.
Bahar Muradova əmin edib ki, fəaliyyəti vaxtilə əfsanə hesab olunan İpək Yolunun reallığa çevrilməsinin əsasını qoymağa yönəlmiş qrupun Bakıda keçiriləcək iclasının uğurlu olması üçün Azərbaycan tərəfi əlindən gələni əsirgəməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

