“The Washington Times”: Azərbaycan - dini tolerantlıq diyarı
04.10.2017 [09:54]
“The Washington Times” qəzetində “Azərbaycan - dini tolerantlıq diyarı” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının mətbuat katibi Konstantin Atanın, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin və Bəhai dini icmasından Ramazan Əsgərlinin fikirləri yer alıb.
Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının mətbuat katibi Konstantin Ata deyib ki, Azərbaycanda müxtəlif xalqların, fərqli etnik qrupların nümayəndələri tarix boyu birgə sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycan xalqı digər millətlərin nümayəndələrinə sevgi, mehribanlıq aşılayır. Azərbaycanda tarix boyu heç vaxt xristianlar, yəhudilər və müsəlmanlar arasında münaqişə olmayıb. “Bu gün əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm və tolerantlıq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda fikir azadlığı, din azadlığı mövcuddur”, - deyə Konstantin Ata əlavə edib.
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev deyib: “Mən hər zaman yəhudilərə deyirəm ki, əgər sizin yaşamağa yeriniz yoxdursa, o zaman Azərbaycana gəlin. Biz Azərbaycanda iki min ildir ki, yaşayırıq və bundan sonra da yaşayacağıq. Biz Azərbaycanda müxtəlif dini və etnik qrupların nümayəndələri ilə sülh şəraitində yaşayırıq. Azərbaycan hökuməti bizim dilimizi və dinimizi qorumaq üçün hər cür şərait yaradıb. Biz Azərbaycan Konstitusiyasında qeyd edilmiş bütün hüquqlardan və üstünlüklərdən faydalanırıq. Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın hər bir vətəndaşının prezidenti olduğunu vurğulayır. Biz bu bəyanatın real həyatda şahidiyik”.
Bəhai dini icmasından Ramazan Əsgərli qeyd edib ki, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarix boyu öz mədəniyyətini inkişaf etdirib. “Azərbaycan xalqı digər mədəniyyətlərə və millətlərə münasibətdə tolerantlıq, mehribanlıq nümayiş etdirir. Azərbaycan hökuməti bu mədəniyyəti qorumaq üçün geniş şərait yaradıb və multikulturalizmi dövlət siyasəti kimi qəbul edib. Bəhai yazılarında azərbaycanlılar zəngin və qədim mədəniyyəti olan sülhsevər insanlar kimi təsvir edilirlər. Bəhai dini icmasından olanlar bu əlverişli şəraitdən yararlanır və cəmiyyətimizin inkişafına töhfələrini verirlər. Bizim inancımızı yerinə yetirməyə şərait yaratdığına görə Azərbaycan hökumətinə minnətdarıq”, - deyə R.Əsgərli əlavə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39

