Nazirlər Kabinetində Azərbaycan-Ukrayna əlaqələri müzakirə edilib
04.10.2017 [09:53]
Oktyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında tarixən dostluq əlaqələrinin mövcudluğunu xatırladan Baş nazir Artur Rasi-zadə müasir dövrdə bu münasibətlərin daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsində davam etdiyini bildirib. Ötən dövr ərzində əldə edilən müsbət nəticələrin gələcək inkişafımız üçün möhkəm əsaslar yaratdığını deyən Baş nazir iqtisadiyyatın bir çox sahələri üzrə, xüsusən, sənaye, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, investisiya, turizm, infrastruktur və digər istiqamətlərdə iş adamlarının qarşılıqlı faydalı əməkdaşlığına geniş imkanlar açıldığını diqqətə çatdırıb.
Beynəlxalq tədbirlərdə ölkələrimizin eyni mövqedən çıxış edərək bir-birinin haqq işini daim dəstəklədiyini məmnunluqla xatırladan Artur Rasi-zadə qonaqların diqqətini respublikamızın qarşısında duran ən ağır problem kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib və təcavüzkar Ermənistan rəhbərliyinin separatizmi dəstəkləyən işğalçılıq siyasətinin ümumən region üçün ağır nəticələr verdiyini vurğulayıb.
Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, bundan sonra da əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin zəruriliyini qeyd edib. Regional müstəvidə mövcud problemlər barədə danışan Pavlo Klimkin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdar olduqlarını bir daha bəyan edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54

