Ermənipərəst Kris Smit ənənəvi ampluasında...
29.09.2017 [10:22]
Yaxud Smitin Azərbaycanda qanunun aliliyi və insan haqlarına riayət edilməsinə dair qərəzli qətnamə layihəsi erməni lobbisinin sifarişi əsasında hazırlanıb
Müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir.
Bu kontekstdə qeyd etmək lazımdır ki, Azərbaycan demokratik dəyərlər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı hüquqi islahatların həyata keçirilməsidir. Digər tərəfdən, çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Bütün bunlar, eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafına fundamental strateji töhfələr verir.
Bununla yanaşı, Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur və ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir.
Bütün bunlara baxmayaraq, Azərbaycanın dinamik inkişafından, müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi dairələr, ayrı-ayrı şəxslər “demokratiya”, “insan hüquqları” kimi institusional məfhumlardan istifadə edərək ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Daha dəqiq desək, onlar insan hüquq və azadlıqlarının qorunması məsələsindən manipulyasiya vasitəsi kimi istifadə edirlər. Yeri gəlmişkən, ABŞ Konqresmeni, respublikaçı Kris Smit və demokrat konqresmen Cim Makqovernin sentyabrın 26-da Azərbaycanda qanunun aliliyi və insan haqlarına riayət edilməsinə dair qərəzli qətnamə layihəsi təqdim etməsi bunun bariz nümunəsidir.
Əlbəttə, bu, təsadüfi xarakter daşımır. Sirr deyil ki, Kris Smit hər zaman ölkəmizə qarşı kampaniyaları, eləcə də ermənipərəst mövqeyi ilə seçilib. Smitin ABŞ Konqresində qondarma “erməni soyqırımı” məsələsinin tərəfdarlarından biri kimi çıxış etməsi, onun təmsil olunduğu Nyu-Cersi ştatının etnik ermənilərin sayca çox olduğu dördüncü ABŞ ştatı olması da aşkar reallıqdır. Onun Konqresdəki çıxışları, fəaliyyətinin başlıca istiqamətləri onu göstərir ki, bu şəxs faktiki olaraq ermənilərin maraqlarının müdafiəçisi qismində çıxış edir. Onu da xatırlatmaq lazımdır ki, ermənipərəst konqresmen kimi “şöhrət” qazanan K.Smit Azərbaycana qarşı ədalətsiz “907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən şəxsdir.
Görünən odur ki, K.Smit aldığı direktivlərə əsasən hüquqi məsələləri siyasiləşdirərək ermənipərəst çağırışlarını və “qara piar” kampaniyasını davam etdirir. Daim erməni lobbisi və anti-Azərbaycan dairələrdən direktivlər alan və öz fəaliyyətini bu sifarişlər əsasında davam etdirən bir şəxsin bu cür qərəzli münasibəti təəccüblü görünmür. Amma bütün bunlara rəğmən, Azərbaycan öz inkişaf yolunda irəliləyir və milli maraqların təmin olunması əsas məqsəd kimi müəyyənləşdirilmişdir. Dolayısıyla, bu cür manipulyasiyalar, neqativ cəhdlər heç bir nəticə verməyəcək. Həmçinin belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə təsir etmək mümkün deyil. Bu kimi addımlar nə Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə sala, nə də ki ölkəmizdəki ictimai-siyasi sabitliyə təsir göstərə bilər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

