/ / Vüqar Rəhimzadə: Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfərləri Türkiyə - Azərbaycan qardaşlığına ən böyük xəyanətdir
Vüqar Rəhimzadə: Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfərləri Türkiyə - Azərbaycan qardaşlığına ən böyük xəyanətdir
29.09.2017 [10:21]
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə APA-ya deyib ki, ziyalı adını daşıyan bəzi Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq böyük hiddət və narahatlığa səbəb olub: “Biz ümidvarıq ki, Türkiyə dövləti bu şəxslər barəsində lazımı cəza tədbirlərini görəcək. Ermənistan həm Türkiyə, həm də Azərbaycanla bağlı düşmən mövqedədir. Digər tərəfdən, Ermənistan region və dünya üçün təhlükəli, terrorçu dövlətdir. Bütün bu sadaladıqlarımın fonunda Azərbaycanın işğal edilmiş ərazilərinə belə bir səfərin baş tutması birmənalı şəkildə lənətlənməlidir. Biz bu şəxslərin cəzalandırılmasını tələb edirik. Türkiyə dövləti onların cəzalandırılması istiqamətində addımlar atmalı və öz qəti mövqeyini ortaya qoymalıdır”.
V.Rəhimzadə qeyd edib ki, Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfərləri Türkiyə - Azərbaycan qardaşlığına ən böyük xəyanətdir: “Türkiyə dövləti, Türkiyə hökuməti və xalqı üçün bütün həssas məsələlərdə Azərbaycan öz dəstəyini əsirgəməyib. Ötən ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin devrilməsinə cəhd olunan zaman Azərbaycan Prezidenti cənab İlham Əliyev Öz qəti mövqeyini ortaya qoydu, qardaş Türkiyəyə, onun dövlət başçısına dəstəyini ifadə etdi. İndi isə Türkiyədən olan bir qrup “ziya”lının iki ölkə arasındakı ənənələrə, dostluğa zidd olaraq Dağlıq Qarabağa səfər etməsi xəyanətdən başqa bir şey deyil. Biz Türkiyədən bu xəyanətin qarşısını almağı, bu xəyanətkarların lazımi qaydada cəzalandırılmasını, hətta lazım gələrsə onların Azərbaycana təhvil verilməsini gözləyirik. Yenə qeyd edirəm ki, bu səfər Türkiyə - Azərbaycan dostluğuna böyük bir zərbədir. Azərbaycan mərdi-mərdanə Türkiyə ilə dostluğuna sadiq olub. Amma təəssüflər olsun ki, Türkiyə vətəndaşlarının erməni işğalı altındakı Dağlıq Qarabağa səfər etməsi Türkiyə - Azərbaycan münasibətlərinə xələl gətirir”.
Xəbər lenti
Hamısına baxİdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54

