Bəhruz Quliyev: Azərbaycan qısa zaman kəsimində daha böyük uğurlara imza atmaq gücündədir
29.09.2017 [10:17]
“Azərbaycanın beynəlxalq siyasi-iqtisadi aləmdəki yerinin möhkəmləndirilməsi əsasında dayanan mühüm faktor ilk növbədə ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir”.
Bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nı şərh edərkən bildirib.
Onun sözlərinə görə, sözügedən hesabatda Azərbaycanın mövqeyinin daha iki pillə artması, yəni 35-ci yerdə qərarlaşması, MDB ölkələri arasında lider olması, həmçinin G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələri də geridə qoyması qeyd edilən fikirləri kifayət qədər təsdiq etmiş olur: “Əlbəttə, əgər nəzərə alsaq ki, dünya bazarında neftin qiymətinin aşağı olduğu dövrdə ölkəmizin rəqabətədavamlılığı yüksəlib və nüfuzlu qurum hesab edilən Dünya İqtisadi Forumu tərəfindən qiymətləndirilib, bu zaman əminliklə deyə bilərik ki, Azərbaycan qısa zaman kəsimində daha böyük uğurlara imza atmaq gücündədir”.
“Ölkəmiz bu uğurları yalnız postneft dövründə əldə etməyib”, - deyə qeyd edən B.Quliyev hesab edir ki, əldə edilən nailiyyətlərin digər əsas faktoru qeyri-neft sektorunun inkişafına aid edilə bilər: “Yəni ölkəmizin dünya iqtisadiyyatı fonundakı yüksəlişi, rəqabətədavamlılığı və rəqabətqabiliyyətliliyi ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafı fonunda reallaşdırdığı islahatları ilə də əlaqələndirilməlidir. Burada isə yalnız beynəlxalq layihələrin deyil, eyni zamanda, ölkədaxili layihələrin həyata keçirilməsi sözügedən amili ehtiva edir. Misal üçün, beynəlxalq layihələr çərçivəsində TAP, TANAP, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, İpək Yolu və s. layihələrlə yanaşı, ölkədaxili iqtisadiyyatımızın inkişafı məqsədilə imzalanan əhəmiyyətli sərəncamların hər biri bilavasitə Azərbaycanın iqtisadi reytinqdəki yüksəlişini təmin edir. Məhz sonuncu hesabat da bu gerçəklikləri sübuta yetirmiş olur. O cümlədən, bu yaxınlarda imzalanmış yeni “Əsrin müqaviləsi” hesabatda irəliləməmizə təkan verən faktorlardandır. Xüsusilə, Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da təsdiqlədiyi Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri də sübut edir ki, aparılan sistemli iqtisadi siyasət kursu öz bəhrələrini verməkdədir”.
“Ümumiyyətlə, Azərbaycan bir çox önəmli layihələrdə həm təşəbbüskar, həm də iştirakçı rolunu oynamaqla istər xarici sərmayələrin cəlb edilməsində, istərsə də özünün sərmayələr yatırması baxımından aparıcı ölkələr sırasında yer almaqdadır”, - deyə qeyd edən siyasi ekspertin fikrincə, dünyanın bir çox aparıcı şirkət və konsernləri, nüfuzlu korporasiyalar ilk növbədə iş qurmaq istədikləri ölkələrin növqeləri ilə maraqlanırlar. Azərbaycan isə ən münbit və ən etibarlı tərəfdaş olaraq daim aparıcı layihələrin iştirakçısı yerini tutur.
B.Quliyev əldə edilən iqtisadi nailiyyətlərin bilavasitə Azərbaycan xalqının rifahına doğru atılmış mütərəqqi addım olduğunu qeyd edib: “Əbəs deyil ki, cənab Prezident bütün çıxışlarında əsas olaraq, insan faktorunu diqqətdə saxladığını vurğulayır. Çünki dövlətin əsas marağı Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına hesablanıb. Əlbəttə, xalqın hakimiyyətə verdiyi dəstək də bu konteksti əhatə edir və xalq-hakimiyyət birliyi Azərbaycanın dünyanın siyasi-iqtisadi arenasında əldə etdiyi uğurları daha da artırmış olur”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20

