Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BMT-də zavallı təlxəyin şousu: Sarkisyan qarabağlı erməniləri yoxa çıxardı

BMT-də zavallı təlxəyin şousu: Sarkisyan qarabağlı erməniləri yoxa çıxardı

22.09.2017 [10:26]

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mərkəzi qərargahı yaradıldığı gündən bəri tribunasında nüfuzlu siyasətçilər, məşhur dövlət başçıları, müdrik siyasətçilərlə yanaşı, diktatorları, müstəbidləri, ən müxtəlif ifadələr və ibarələrlə mahiyyətini pərdələməyə çalışaraq siyasi təlxək təsiri bağışlayan insanları görüb.
1960-cı ildə Sovetlər Birliyinin Kommunist Partiyasının baş katibi Nikita Xruşşov, 1987-ci ildə Nikaraquanın dövlət başçısı Daniel Orteqa, 2006-cı ildə Venesuela prezidenti Uqo Çaves, 2009-cu ildə Liviya Cəmahiriyyəsinin lideri Müəmmar Qəddafi, bu il də Zimbabve prezidenti Robert Muqabe.
Sadaladığımız insanların hər biri idarə etdiyi ölkənin vətəndaşlarının hüquq və haqlarını az qala büsbütün əllərindən alan, ən müxtəlif siyasi illüziyaları və xülyaları reallıq kimi təqdim edən, hətta məqsəd göstərməyə çalışan avantüristlərdi.
Ermənistan prezidenti Serj Sarkisyan isə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında qurumun Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında bütün idiotizm, sərsəmlik və siyasi avantüra hədlərini aşaraq dünyaya yeni siyasi təlxəklik nümunəsi göstərdi.
Sessiyada tribunaya çıxan dövlət başçılarının istisnasız şəkildə hamısından fərqli olaraq S.Sarkisyan çıxışını bütünlüklə qonşu dövlətə qarşı hədyanlara, yalanlara və böhtanlara həsr etməklə yanaşı, absurdun və şüur qıcolmasının artıq klinik həddə çatdığını da ortaya qoydu.
1987-ci ildən bəri Zimbabve prezidenti olan və ölkəsini səfil, məmləkət insanlarını isə zəlil gününə salan Robert Muqabe “bəşəriyyətin inkişafında müsbət izlər qoymağın vaxtı çatıb” deyib siyasi ikiüzlülüyün yeni “rekord”unu vurdusa, Serj Sarkisyan hədəf qismində Azərbaycanı seçdiyindən siyasi əxlaq və mənəviyyatı ayaqlar altına ataraq tamamən əsassız iddiaları yalan həddinə çatdırmağın da yeni hüdudlarının mümkünlüyünü göstərdi.
Əslən Dağlıq Qarabağdan olan separatçılıq və terroru, şovinizmi və zooloji millətçiliyi Ermənistanın dövlət siyasətinə çevirmiş adam BMT tribunasında indiyədək 4 dəfə çıxış edib. Budəfəki, 5-ci çıxış da göstərdi ki, əliqanlı diktatorların, siyasətçiyə və dövlət başçısına çevrilmiş primitiv düşüncəli terrorçuların BMT tribunasından danışmaq ənənəsi hələ də qalır. Erməni neonasizminin ideoloqlarından biri, Xocalı soyqırımında bilavasitə və birbaşa suçlu olan şəxs 15 dəqiqəlik çıxışını bütünlüklə Azərbaycana, daha doğrusu, rəsmi İrəvanın ölkəmizə və insanlarımıza olan nifrətinə həsr etmişdi. “Sülh, inkişaf və əməkdaşlıq barədə danışmağa üstünlük verərdim, lakin əfsuslar olsun ki, biz hələ də bu mərhələdən çox uzağıq”. Bu sözləri nüfuzlu siyasətçi, dünyaca məşhur dövlət başçısı, siyasətdə humanizm və insan yaşamının üstünlük prinsiplərini hər nəsnədən üstün sayan şəxs yox, BMT-nin və istisnasız olaraq bütün beynəlxalq təşkilatların işğalçı saydığı ölkənin nominal rəhbəri deyir.
O varlıq ki, başçılıq etdiyi ölkənin silahlı qüvvələri Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır, cəbhə xəttinin yaxınlığında yaşayan dinc azərbaycanlıları hədəf bilir və onları daim atəşə tutur.
S.Sarkisyan 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini amansızcasına, cəlladcasına qətlə yetirən erməni hərbçilərinin “komandan” saydığı bir şəxs olmaqla yanaşı, tribunasından danışdığı BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsini qulaqardına vuran ölkənin rəhbəridir.
İşğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın sülh və tərəqqidən danışması əlahiddə həyasızlıq tələb etsə də, o bacardı. “Artsax erməniliyinin öz müqəddəratını təyin etmək hüququnu gerçəkləşdirməklə bağlı dinc çağırışlarına və bu istiqamətdə atdığı addımlara cavab olaraq Azərbaycan zor tətbiq etdi”, - S.Sarkisyan deyib.
Dağlıq Qarabağı “Artsax” təki mifologemlə adlandıran, həmin arealda yaşayan erməniləri “ermənilik” edən, yəni dünya miqyasında erməni icması statusuna “yüksəldən” S.Sarkisyan BMT-nin Baş Assambleyasının keçirildiyi zalda əyləşənləri deyəsən, sadəlövh sayırdı.
Qarabağlı ermənilər “ermənilik” yox, Azərbaycan vətəndaşlarıdır və onların öz müqəddəratlarının təyinatı ilə bağlı çıxış etməyə heç bir haqları yoxdur.
Bu bir yana: S.Sarkisyan öz çıxışında “Artsax erməniliyi” söyləməklə Dağlıq Qarabağdakı erməniləri bir icma, ərazi sakinləri qismində faktiki olaraq heçə saydı, “yoxa” çıxardı.
Belə çıxır ki, qarabağlı ermənilər bundan belə özlərini erməni yox, “ermənilik” təki illüzor və mənasız nəsnənin bir parçası saymalıdır.
Beynəlxalq hüququn norma və prinsipləri bunu deyir.
Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyünü pozaraq torpaqlarımızın bir qismini işğal edən Ermənistanın həyata keçirdiyi soyqırımları, azərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiyası, dinc əhaliyə divan tutulması, terror, günahsız insanların amansızcasına qətlə yetirilməsi “dinc çağırışlar” kimi qələmə verilirsə, deməli, “ermənilik” adlanan fantomun məramlarını araşdırmağa, anlamağa və təhqiq etməyə heç bir lüzum qalmır.
Çünki S.Sarkisyanın danışdığı BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bütün (!) qətnamələrdə və sənədlərdə Ermənistanı birmənalı olaraq işğalçı dövlət kimi tanıyıb, bu ölkədən qoşunlarını Azərbaycanın işğaldakı ərazilərindən çıxarılmasını tələb edib.
BMT və dünya birliyi bu aksiomları bilir, habelə, heç bir ölkənin Dağlıq Qarabağdakı terrorçu xuntanı “dövlət” kimi tanımadığını da anlayır.
Ermənistan belə, bütün bəyanatlarına rəğmən, qarabağlı ermənilərin “müstəqillik” tələblərini tanımağa cəsarət etməyib: İrəvan belə qərarın Ermənistan üçün intihar olacağını dərk edir.
S.Sarkisyan da hakimiyyətə gəldiyi ilk gündən “qətiyyətli, sərt və qarabağlı erməniləri daim düşünən” dövlət başçısı kimi tanınmaq istədiyindən sürəkli Azərbaycanı hədələyir.
Lakin o, fərqinə varmır ki, belə hədələmələr yol kənarındakı evə diş qıcırdan balaca köpəyin qorxudan quyruq bulayaraq hürməsinə bənzəyir.
S.Sarkisyan çıxışında daha sonra deyib: “Ötən ilin aprelində Azərbaycanın başladığı dördgünlük savaş göstərdi ki, Azərbaycanın məqsədi hələ də Qarabağ ermənilərini məhv etməkdir”.
Bu da yalandır, çünki ötən ilin aprelində Azərbaycan cəbhə xəttində ermənilərin hücum cəhdinin qarşısını aldı, təxribat istəyinə cavab verdi.
Cavab o qədər sərt oldu ki, ermənilər təşvişə düşdülər, Ermənistanda matəm ab-havası yarandı, Azərbaycan ordusu isə erməni işğalında olan 2 min hektardan artıq ərazini və çox önəmli strateji yüksəklikləri azad etdi.
Bütün bunlar cəbhə xəttinin yaxınlığında yaşayan, ermənilərin fasiləsiz atəşə tutduqları dinc əhalimizin müdafiəsi üçün zəruri addımdı.
Rəsmi İrəvan isə “dördgünlük müharibə”də fiaskosunu, total məğlubiyyətini hələ də ermənilərdən gizlədir, “kiçik geriləmələr” olduğunu deyir və bəyan edir ki, həmin ərazilər “geri alınacaq”.
S.Sarkisyan yalan danışmağa məcbur olan zavallıdır və bu baxımdan onun BMT-nin Baş Assambleyasındakı 15 dəqiqəlik çıxışının bütünlüklə Azərbaycana “həsr” olunması bəlkə də təəccüblü sayılmamalıdır.
Səbəblər bəlli, trivialdır.
S.Sarkisyanın hakimiyyətdə olduğu bu illər ərzində Ermənistanı tərk edənlərin sayı hər il sürətlə artır, mühacirət fəlakət səviyyəsinə çatıb, ölkənin xarici borcu bu kiçik və səfil məkan üçün astronomik həddə çatıb.
Cənubi Qafqazda reallaşdırılan bütün beynəlxalq və regional layihələrdən kənarda qalan Ermənistan özünü təcrid etmiş biçarə, heç bir iqtisadi və siyasi perspektivi olmayan, vətəndaşlarının tam əksəriyyətinin yalnız gedişi düşündüyü dövlətdir.
Milli.az

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30