Yeni əsrin müqaviləsi - yenilənmiş “Azəri-Çıraq-Günəşli” Sazişi
19.09.2017 [11:18]
Prezident İlham Əliyev: Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var
Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional və beynəlxalq miqyasda əməkdaşlıq, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Digər tərəfdən, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir.
Bütövlükdə, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir
Bunlara paralel olaraq daha bir məqamı da diqqətə çatdırmaq məqsədəmüvafiqdir. Belə ki, Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə strateji töhfələrindən bəhs edərkən ölkəmizin enerji təhlükəsizliyində rolunu da vurğulamaq gərəkdir. Azərbaycan öz milli maraqlarına müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Özəlliklə də, Avropa enerji təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin əhəmiyyətini xüsusi olaraq bəyan edir. Çünki Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir.
Bu kontekstdə qeyd etmək lazımdır ki, beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycanda 2014-cü ilin sentyabr ayında daha bir möhtəşəm enerji layihəsinin - XXI əsrin layihəsi kimi xarakterizə edilən “Cənub Qaz Dəhlizi” layihəsinin icrasına start verilib. Şübhəsiz, “Cənub Qaz Dəhlizi” Azərbaycanın praqmatik enerji siyasətinin, bu kontekstdə beynəlxalq əməkdaşlığının qanunauyğun nəticəsi kimi xarakterizə edilir.
Cari il sentyabrın 14-də isə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Sazişlə bağlı təfərrüatlara keçməmişdən öncə qeyd etmək lazımdır ki, məhz indiki şəraitdə Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərin əsasında duran başlıca amil Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu enerji siyasətidir. Bu isə, şübhəsiz ki, “Əsrin müqaviləsi”ndən başlayır.
Yəni, sirr deyil ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın təməli Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Məlum olduğu kimi, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyev ölkəmizin uzunmüddətli inkişafına və rifahına hesablanan yeni neft strategiyasını hazırladı. Məhz Ümummilli liderin vəziyyəti düzgün qiymətləndirməsi və çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontrakt imzalandı. Bununla da Xəzər xoşməramlı beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyasının reallaşdırılması nəticəsində dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinin Azərbaycan milli sektorunda karbohidrogen ehtiyatlarının hasilatı və nəqlinə cəlb olunub, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni etibarlı mənbə rolunu oynamağa başlayıb.
Yeni şərtlər Azərbaycan üçün daha da əlverişlidir
Hazırda isə yenilənmiş “Azəri-Çıraq-Günəşli” Sazişi birmənalı şəkildə yeni əsrin müqaviləsi kimi xarakterizə edilir. Belə ki, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Beləliklə, Prezident İlham Əliyevin sözügedən Sazişin imzalanması mərasimindəki çıxışında bəyan etdiyi kimi, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəhs olunan çıxışı zamanı onu da diqqətə çatdırıb ki, əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.
Yeri gəlmişkən, “Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” (AÇG) üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi təsdiqləndikdən sonra tərəfdaşların yeni iştirak paylarına nəzər saldıqda bəlli olur ki, SOCAR-ın AÇG-dəki payı iki dəfədən çox artıb. Yeni sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var. Göründüyü kimi, yeni şərtlər Azərbaycan üçün daha da əlverişlidir.
Əsaslı ictimai-siyasi sabitliyə və yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir
Əlbəttə, aparıcı beynəlxalq şirkətlərin, eləcə də digər tərəfdaşların Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətində olması, hər şeydən əvvəl, ölkəmizin daxili və xarici siyasət kursunun səmərəliliyinin qanunauyğun nəticəsidir. Xüsusilə də, sabitlik adası kimi səciyyələndirilən Azərbaycanda etibarlı təhlükəsizlik mühitinin mövcudluğu ölkəmizin beynəlxalq nüfuzunu artıran başlıca amillərdəndir. Ötən müddət ərzində çoxsaylı siyasi kataklizmlərlə müşayiət olunan, müxtəlif ölkələrdə stabillik və təhlükəsizliyin pozulduğu şəraitdə Azərbaycanda sabitlik qorunub saxlanıb, ölkəmiz kənar təsirlərə məruz qalmadan öz siyasi istiqrarını davam etdirib.
Azərbaycanda möhkəm ictimai-siyasi sabitliyi təmin edən başlıca amillərdən biri məhz müstəqil siyasət kursunun həyata keçirilməsidir. Bu gün Azərbaycanın daxili və xarici siyasəti məhz müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi, enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Bunun nəticəsidir ki, ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Prezident İlham Əliyev vurğulayıb ki, bu gün ölkəmiz dünyada ayaqda möhkəm dayanan ölkə kimi tanınır: “Bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycan beynəlxalq aləmdə çox yüksək və müsbət reputasiyaya layiq olan ölkədir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir və bu da beynəlxalq aləmin bizə olan rəğbətinin, hörmətinin, dəstəyinin əlaməti idi”.
Şübhəsiz ki, yuxarıda da qeyd etdiyimiz kimi, “Əsrin müqaviləsi”ndən başlanan uğurlu enerji siyasəti Azərbaycanın dayanıqlı inkişafını təmin etməklə yanaşı, etibarlı əməkdaşlıq mühiti də formalaşdırıb. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır: “Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı”.
Qarşılıqlı etimad mühitinə əsaslanan səmərəli işgüzar münasibətlər yeni əsrin müqaviləsinin imzalanmasında əhəmiyyətli rola malikdir
O da qeyd edilməlidir ki, yeni əsrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdaş olduğunu, ölkəmizlə tərəfdaşlıq etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Xüsusilə də, uzun müddət ölkəmizlə uğurlu əməkdaşlıq edən BP şirkəti ilə praqmatik işbirliyi bu kontekstdə xüsusi olaraq diqqətə çatdırılmalıdır. Mərasimdəki çıxışı zamanı Prezident İlham Əliyev bu məqamlara toxunaraq deyib: “Bu gün mən xüsusilə bizim əsas tərəfdaşımızın - BP şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. Bizimlə BP arasında əməkdaşlığımızın da 23 illik tarixi var. Yəni BP bizim bütün əsas layihələrimizdə əsas tərəfdaş və investor kimi fəaliyyət göstərir. Həm “Azəri-Çıraq-Günəşli”də, Bakı-Tbilisi-Ceyhan layihəsində, “Şahdəniz” layihəsində, “Cənub Qaz Dəhlizi” layihəsində. Yəni bu strateji tərəfdaşlıq artıq böyük sınaqlardan çıxıb. Bizim aramızda - SOCAR ilə BP arasında yaranmış çox gözəl işgüzar münasibətlər, qarşılıqlı etimad, o cümlədən bugünkü mərasimi mümkün etmişdir. Çünki sirr deyil ki, - mən də bunu qeyd etdim, - “Azəri-Çıraq-Günəşli” yatağının çox böyük potensialı var. Bir daha qeyd etmək istəyirəm, bugünkü hesablamalara görə 1 milyard ton neft ehtiyatı var. Bu gün imzalanan saziş 1994-cü ildə imzalanan sazişdən daha da böyük miqyaslıdır”.
Prezident İlham Əliyev BP ilə SOCAR arasındakı qarşılıqlı etimada əsaslanan səmərəli işgüzar münasibətlərin bu müqavilənin imzalanmasındakı rolu və əhəmiyyətinə toxunaraq deyib: “Əsrin kontraktı”nın ömrü artıq sona çatır. Əlbəttə ki, kontraktın müddəti bitəndən sonra Azərbaycan istənilən başqa tərəfdaşla yeni kontrakt imzalaya bilərdi və bu imkanlar bizdə var idi. Ancaq BP ilə SOCAR arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər, əlbəttə ki, bugünkü seçimi şərtləndirdi. Mən buna çox şadam. Əminəm ki, bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər”.
Bütövlükdə, Azərbaycanın aparıcı enerji şirkətləri ilə uğurlu və praqmatik fəaliyyəti həm ölkəmiz, həm də digər tərəfdaşlar üçün olduqca faydalı olub, tərəflərə mühüm iqtisadi dividendlər qazandırıb. Ən əsası, qarşılıqlı etimad mühitinə əsaslanan səmərəli işgüzar münasibətlər yeni əsrin müqaviləsinin imzalanmasında əhəmiyyətli rola malikdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bir sözlə, Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihənin icrası nəticəsində böyük mənfəət əldə ediblər. Bu, o hadisələrdəndir ki, burada hər iki tərəf qalib gəlir”.
Azərbaycan neft kapitalını insan kapitalına çevirməklə dayanıqlı inkişafı təmin etdi
Ümumiyyətlə, ölkəmizin enerji təhlükəsizliyi sahəsində uğurlu əməkdaşlıq münasibətləri və praqmatik siyasəti real və konkret nəticələr verib. Bu müddət ərzində Xəzərdə uğurlu beynəlxalq əməkdaşlıq Azərbaycana böyük dividendlər gətirib. Ölkənin neft sənayesinə irihəcmli investisiya qoyuluşu təmin edilib, yeni texnologiyaların tətbiqinə başlanılıb. “Əsrin müqaviləsi” çərçivəsində əldə olunan gəlirlər Azərbaycanın maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Azərbaycan qısa müddətdə investisiya idxal edən ölkədən sərmayə ixrac edən ölkəyə çevrilib. Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, İsveçrə və digər ölkələrin sərmayə bazarlarında Azərbaycanın payı getdikcə artır.
“Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın əldə etdiyi gəlirlər maksimum dərəcədə səmərəli şəkildə zəruri olan sahələrə yönəldilib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin inkişafı siyasəti həyata keçirilir. Respublikamızda ənənəvi neft sənayesinin yenidən qurulması ilə paralel surətdə, müasir çağırışlar nəzərə alınmaqla modern sənaye quruculuğu həyata keçirilir. Neft gəlirləri həmçinin institusional inkişafa, ölkənin gələcəyi baxımından müstəsna əhəmiyyət daşıyan insan kapitalı yetişdirilməsinə, sosial məzmunlu layihələrin icrasına, bütün ölkə boyu abadlıq-quruculuq işləri aparılmasına yönəldilir. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı diqqətə çatdırıb ki, “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək: “Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün”.
Dövlətimizin başçısı əlavə edib ki, bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır.
Bütövlükdə, Azərbaycan neft kapitalını insan kapitalına çevirməklə dayanıqlı inkişafı təmin etmiş oldu.
Qeyri-neft sektorunun inkişafında yeni mərhələ başlanacaq
Daha bir strateji əhəmiyyətli məqam ondan ibarətdir ki, yeni əsrin müqaviləsi çərçivəsində əldə ediləcək gəlirlərdən səmərəli istifadə olunması qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayacaq. Sirr deyil ki, ölkəmizdə yeni mərhələdə iqtisadi tərəqqi ilə bağlı prioritetlər məhz qeyri-neft sektorunun inkişafı üzərində qurulub. Başlıca strateji vəzifə kimi müəyyənləşdirilən qeyri-neft sektorunun davamlı inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlər sayəsində bu sahədə müsbət göstəricilər əldə olunub. Şübhəsiz ki, son zamanlar qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi iqtisadi tərəqqi perspektivləri kontekstində müstəsna əhəmiyyət kəsb edir. Hazırda ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi 70 faizədək yüksəlib ki, bu da neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektorunu əhatə edən müxtəlif sahələrdə dinamizmin təmin edilməsi baxımından böyük önəmə sahibdir. Bir nüansa toxunmaq lazımdır ki, 2017-ci ilin birinci yarısının əsas iqtisadi inkişaf göstəriciləri məhz qeyri-neft sektoru ilə bağlıdır. Belə ki, 2017-ci ilin birinci yarısında neftdənkənar iqtisadiyyat üzrə müsbət göstəricilər əldə edilib. Bu müddətdə Azərbaycanın qeyri-neft iqtisadiyyatı 1,7 faiz genişlənib, o cümlədən qeyri-neft sənayesi 4,4, kənd təsərrüfatı 2,2 faiz artıb.
Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması isə ölkəmizdə qeyri-neft sektorunun inkişafına yeni təkan, impuls verəcək. Qarşıdakı dövrdə bu sahədə dinamizmin təmin olunması, ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi sayəsində qarşıya qoyulan hədəflərə nail olmaq mümkün olacaq. Bir sözlə, əminliklə söyləmək olar ki, qeyri-neft sektorunun inkişafında yeni mərhələ başlanacaq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

