Fransa-Azərbaycan əlaqələri qarşılıqlı hörmət və marağa əsaslanır
16.09.2017 [10:48]
Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 15-də Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, fransalı qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva nümayəndə heyətinin bu səfərinin Fransada prezident seçkilərindən sonra ölkəmizə ilk səfəri olduğunu deyib və onlara uğurlar arzulayıb. “Çox sevindirici haldır ki, sizin səfəriniz ölkəmiz, həmçinin ikitərəfli əlaqələrimiz üçün çox əhəmiyyətli bir hadisə ilə üst-üstə düşür. Bu gün Bakıda Fransız-Azərbaycan Universitetinin yeni binasının açılış mərasimidir. Bu hadisə son illər xalqlarımız arasında əməkdaşlığın, xüsusilə də humanitar sahədə əməkdaşlığın davamıdır”, - deyən Mehriban Əliyeva universitetin ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə əlavə təkan verəcəyinə əminliyini bildirib. Qeyd edib ki, Bakıda Fransız liseyi də fəaliyyət göstərir və bu lisey bu gün artıq aparıcı təhsil ocaqlarından biridir. Birinci vitse-prezident Fransız-Azərbaycan Universitetinin fəaliyyətini təhsil sahəsində əlaqələrin inkişafı üçün çox mühüm bir addım kimi dəyərləndirib. Vurğulayıb ki, bu hadisə, eyni zamanda, hər iki ölkədən olan tələbələr, müəllimlər, elm adamları arasında əlaqələrin dərinləşməsinə kömək edəcək. Mehriban Əliyeva əlaqələrin möhkəmlənməsi və genişləndirilməsində humanitar əməkdaşlığın vacibliyini bir daha vurğulayaraq bildirib ki, insanları, xalqları bir-birinə yaxınlaşdıran məhz bu sahədə qurulan əlaqələrdir. Azərbaycanın Birinci vitse-prezidenti son illər ölkəmizin bu sahədə bir çox nailiyyətlər əldə etdiyini, Azərbaycan reallıqlarının, mədəniyyətinin, tarixinin Fransada təbliğ olunduğunu vurğulayıb.
Əməkdaşlığımızın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu deyən Mehriban Əliyeva bildirib ki, bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi qeyd edilir və bütün bu illər ərzində ölkələrimiz arasında bir çox sahələrdə geniş əlaqələr yaradılıb. Münasibətlərimiz qarşılıqlı hörmət və marağa əsaslanır. Ötən illərə nəzər salan Birinci vitse-prezident əməkdaşlığımızın müxtəlif sahələri əhatə etdiyini deyib, o cümlədən energetika, nəqliyyat, texnologiyalar, kənd təsərrüfatı sahələrində qurulan əlaqələrdən danışıb. İkitərəfli əlaqələrimizin potensialının daha geniş olduğunu diqqətə çatdıran Mehriban Əliyeva, eyni zamanda, yeni layihələr üzərində işləməyin vacibliyini vurğulayıb, ölkəmizə göstərilən marağa və diqqətə görə minnətdarlığını bildirib.
Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan Mehriban Əliyevanın fəaliyyəti barədə məlumatlı olduğunu, iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün Parisdə və Fransanın regionlarında bir çox işlər gördüyünü qeyd edib və bu fəaliyyəti yüksək qiymətləndirib. Bildirib ki, bu, əməkdaşlıq üçün atılan vacib addımlardır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

