Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır
25.08.2017 [10:08]
Ölkəmizin daxili və xarici siyasətdə əldə etdiyi uğurlar nüfuzlu xarici ekspertlərin də diqqət mərkəzindədir
Koreya Milli Assambleyasının üzvü Li Yu-Yanq: Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirmək lazımdır
Arye Qut: İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir
Məlum olduğu kimi, Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi özünü təqdim edib.
Beləliklə, Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir. Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir.
Daha dəqiq desək, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Paytaxt Bakının bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir.
Yeri gəlmişkən, ölkəmizin daxili və xarici siyasətdə əldə etdiyi uğurları beynəlxalq səviyyəli nüfuzlu şəxslər, ayrı-ayrı dövlətlərin nümayəndələri də vurğulayırlar. Məsələn, bu yaxınlarda ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının üzvü Li Yu-Yanq bildirib ki, Koreya istehsalı olan texnologiyalar Azərbaycanın sərvətləri ilə birləşəndə böyük uğurlar əldə etmək mümkündür: “Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirmək lazımdır. Koreya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün əlverişli şərait yaradılıb”.
İsrailli politoloq Arye Qut isə deyib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini dəfələrlə bildirib: “İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Azərbaycan da, öz növbəsində, kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiyalar sahəsində İsrailin müasir yüksək texnologiyalarına ehtiyac duyur. Bu ölkələr təhsil, humanitar və mədəni layihələr həyata keçirirlər. Öz dostlarını və tərəfdaşlarını özləri seçir və hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini məhz bu ölkələr özləri müəyyən edir”.
Göründüyü kimi, ayrı-ayrı ölkələrin nüfuzlu şəxsləri ölkəmizdə həyata keçirilən siyasəti yüksək qiymətləndirməklə yanaşı, Azərbaycanın regionda və bütövlükdə beynəlxalq müstəvidə rolunu əhəmiyyətli hesab edirlər. Bu fakt isə bir daha ölkəmizin beynəlxalq miqyasda etibarlı tərəfdaş və dövlət olduğunu təsdiqləyir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

