Jurnalistlər Prezidentə minnətdarlıq edirlər: Siz 255 ailəyə böyük sevinc yaşatdınız
28.07.2017 [09:10]
KİV işçiləri jurnalistlər üçün tikilən ikinci yaşayış binasının istifadəyə verilməsinin və üçüncü binanın təməlinin qoyulmasının sevincini yaşayırlar.
AZƏRTAC xəbər verir ki, redaksiyaların kollektivləri, yeni binada mənzillə təmin olunan media işçiləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlamaqda davam edir, bu nəcib və xeyirxah təşəbbüsə görə dövlətimizin başçısına hədsiz minnətdarlıqlarını bildirirlər.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC kollektivinin Prezidentə ünvanlanmış məktubunda deyilir: “Möhtərəm cənab Prezident, Azərbaycanı dünyada güclü dövlətlərdən birinə çevirən, ona böyük nüfuz qazandıran amillərdən biri də Sizin rəhbərliyinizlə əhalinin sosial rifahının yüksəldilməsi sahəsində həyata keçirilən, təkcə bu günə yox, həm də gələcəyə ünvanlanan dəyərli layihələrdir. Bu siyasətin nəticələrini hər bir ölkə vətəndaşı öz gündəlik həyatında aydın şəkildə hiss edir”.
Məktubda ölkəmizdə fəaliyyət göstərən KİV-lərə hərtərəfli dəstək tədbirləri, xüsusən jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı atılan ardıcıl addımlar dövlətimizin başçısının medianın inkişafına göstərdiyi diqqət və qayğının bariz təzahürü kimi dəyərləndirilir. Qeyd olunur ki, iki yaşayış binasının istifadəyə verilməsi, üçüncü binanın təməlinin qoyulması respublikamızın çoxminli media nümayəndələri, qələm adamları və geniş ictimaiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. İllərlə mənzil həsrətində olan yüzlərlə ailəyə böyük sevinc bəxş edilib.
“Möhtərəm Prezident, hər zaman Sizin diqqət və qayğınızı hiss edən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin kollektivinə də bu böyük sevincdən pay düşüb. Bu, kollektivin hər bir üzvündə böyük ruh yüksəkliyi, daha əzmlə çalışmaq, göstərdiyiniz etimad və qayğını doğrultmaq istəyi yaradıb. Bu nəcib təşəbbüsünüzə və humanist addımınıza, böyük diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk”, - deyə məktubda vurğulanır.
“Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzə də daha 255 jurnalisti mənzillə təmin etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirir. O, məktubunda Prezident İlham Əliyevin kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyi maddi dəstəkdən, qayğı və diqqətdən söz açaraq yazır: “Mənzil şəraiti ağır olan bir çox jurnalisti evlə təmin etdiniz. Bu, təbii ki, mənim, həmçinin kirayələrdə yaşayan çoxsaylı jurnalistlərin də böyük sevincinə səbəb oldu. Onların sırasında “Reytinq” qəzetinin baş redaktor müavini Fazil Əhməd də var. Buna görə Sizə kollektivimizin dərin təşəkkürünü çatdırıram”.
Daha bir məktub Şirvan şəhərindən göndərilib. “Həftə içi” qəzetinin bölgə müxbiri Səxavət Məmmədli, “İşıq” qəzetinin redaktor əvəzi Fəxrəddin Rəhimov, “Dünya və biz” jurnalının əməkdaşı Qaçay Həsənli, “Təzadlar” qəzetinin müxbiri Fərhad Səlimov və başqaları yazırlar: “Mətbuat günü ərəfəsində daha 255 həmkarımızın mənzillə təmin olunması və Sizin jurnalistlərin dostu elan edilməyiniz cəmiyyətlə Prezident arasındakı qarşılıqlı və səmimi münasibətin təzahürüdür. Sizin media işçilərinə olan xeyirxah münasibətiniz hamı kimi Şirvan şəhərində yaşayan və fəaliyyət göstərən jurnalistlərin də ürəyindən xəbər verir”.
Məktubda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən layihələrdən, bunun sakinlər tərəfindən razılıqla qarşılanmasından da bəhs olunur, Şirvan şəhərinin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə edilir.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

