/ / Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq idman yarışına uğurla ev sahibliyi etdi
Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq idman yarışına uğurla ev sahibliyi etdi
01.07.2017 [10:11]
Prezident İlham Əliyev: Formula-1 yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır
Davamlı iqtisadi inkişafa, ictimai-siyasi sabitliyə malik olan Azərbaycanın beynəlxalq nüfuzu və mövqeyi zaman keçdikcə daha da möhkəmlənir. Bu da səbəbsiz deyil. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət ölkəmizin dinamik inkişaf yolu ilə irəliləməsini şərtləndirməklə yanaşı, çoxsaylı nailiyyətlərin əldə edilməsini də təmin edib. Qazanılmış çoxsaylı nailiyyətlər isə öz növbəsində Azərbaycanın uğurlarının davamlı olacağını deməyə əsas verir.
Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi ölkəmizin nüfuzunun və qüdrətinin təzahürüdür
Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirən, davamlı uğurlarını şərtləndirən amillərdən biri məhz ölkəmizin dünyamiqyaslı mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsidir. Çoxsaylı beynəlxalq forumların, “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin, “Baku-2015” ilk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının və digər nüfuzlu idman, mədəniyyət tədbirlərinin ölkəmizdə uğurla keçirilməsi Azərbaycanın beynəlxalq dialoq məkanı kimi çıxış etməsini göstərir. Bir sözlə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır”.
Ümumiyyətlə, ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq mədəniyyət müsabiqələrinin, idman tədbirlərinin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Bir sözlə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasi kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Bütövlükdə isə, Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib, paytaxt Bakının mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənə halını alıb.
Şübhəsiz ki, mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi həm də ölkəmizin böyükmiqyaslı idman yarışlarına ev sahibliyi etmək imkanlarına malik olması reallığını nümayiş etdirir. Ümumiyyətlə, bir-birini əvəzləyən idman yarışları Azərbaycanın daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin birinci Avropa Oyunları kimi qitənin bir nömrəli idman yarışına, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır.
Dünya idman ictimaiyyəti Azərbaycana böyük diqqət və hörmətlə yanaşır
Bunlarla yanaşı, son illərdə ölkəmizin idman sahəsində beynəlxalq əlaqələri də genişlənib və möhkəmlənib. Azərbaycan Beynəlxalq və Avropa Olimpiya komitələrinin fəal üzvüdür. Beynəlxalq Olimpiya Federasiyasının dəstəyi ilə ölkəmizdə çoxsaylı idman yarışları, o cümlədən Avropa və dünya çempionatları, həm Olimpiya, eyni zamanda, qeyri-olimpiya idman növləri üzrə çempionatlar keçirilir. Azərbaycan sülh, dostluq və əməkdaşlıq dəyərlərini özündə ehtiva edən Olimpiya hərəkatının təşviqinə böyük dəyər verir. Bütün bu uğurlar ölkəmizdə idmanın inkişafına göstərilən qayğının sayəsində əldə olunur, paralel surətdə Azərbaycan beynəlxalq Olimpiya hərəkatına da öz töhfəsini verir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Ölkəmizdə bir qayda olaraq beynəlxalq idman yarışları keçirilir. Biz bunu artıq neçə ildir müşahidə edirik. İldən-ilə bu yarışların sayı da artır və səviyyəsi də yüksəlir. Bu gün dünya, Avropa çempionatlarının Azərbaycanda keçirilməsi adi hala çevrilib. Əgər əvvəlki illərdə, xüsusilə 2000-ci illərin əvvəllərində hansısa gənclər və yaxud da yeniyetmələr arasında Avropa və ya dünya çempionatı keçirilirdisə və biz bundan fərəhlənirdiksə, bu gün dünya çempionatları, Avropa çempionatları, Olimpiya Oyunlarına təsnifat turnirləri, müxtəlif digər beynəlxalq yarışlar Azərbaycanda, demək olar ki, ildə bir neçə dəfə keçirilir. Bu, beynəlxalq idman aləmi tərəfindən bizə göstərilən böyük hörmətdir”.
Formula-1 Azərbaycan Qran-Prisi bir daha dünyanın diqqətini Azərbaycana yönəltdi
Yuxarıda sadalananların fonunda vurğulamaq yerinə düşər ki, ümumiyyətlə, Avropanın idman mərkəzlərindən biri kimi səciyyələndirilən Azərbaycan bu zamana qədər mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edib. Bu məqama toxunan Prezident İlham Əliyev deyib: “Biz həm beynəlxalq yarışlarda, dünya çempionatlarında, Olimpiya Oyunlarında böyük qələbələr qazanırıq, həm də istənilən böyükmiqyaslı beynəlxalq yarışı da təşkil edə bilirik”.
O da qeyd edilməlidir ki, görülən işlər, keçirilən tədbirlər öz bəhrəsini verir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb.
Beynəlxalq idman ictimaiyyətinin Azərbaycandakı idman mühitini yüksək qiymətləndirməsi isə, əsas etibarilə, müxtəlif mötəbər yarışların respublikamızda keçirilməsi ilə bağlı çıxardıqları qərarlarda ifadə olunur. Təsadüfi deyil ki, son illərdə ölkəmiz bir neçə beynəlxalq turnirə uğurla ev sahibliyi edib. Bunlardan biri də Formula-1 Azərbaycan Qran-Prisidir.
Məlum olduğu kimi, 23-25 iyun tarixlərində paytaxt Bakıda Formula-1 Azərbaycan Qran-Prisi keçirildi. Azərbaycan Qran-Prisi haqqında məlumat verməzdən öncə vurğulayaq ki, bu yarışların keçirilməsi hüququnun iqtisadi cəhətdən güclü, siyasi cəhətdən sabit və təhlükəsiz, infrastruktur baxımından müasir ölkələr sırasında olan Azərbaycana, dünyanın idman mərkəzlərindən biri kimi tanınan Bakıya etibar edilməsi qanunauyğun haldır.
Beləliklə, məhz sadalananların fonunda baş tutan bu mötəbər idman tədbiri də yüksək səviyyədə təşkil olunması ilə yadda qaldı. Məsələn, Formula-1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi olduqca maraqla qarşılandı. Milli mədəniyyətimizi Formula-1 dəyərləri ilə birləşdirən açılış mərasimi bir çox milli rəmzlərin vəhdətini yaratmaqla yüzlərlə könüllü, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət heyət tərəfindən təqdim edildi. Öz növbəsində dünya mediası məhz bu yarışların əhəmiyyətindən və paytaxt Bakının yarışlara uğurla ev sahibliyi etməsindən bəhs edən çoxsaylı yazılar, şərhlər və süjetlər təqdim etdi. Ümumiyyətlə, Formula-1 Azərbaycan Qran-Prisi dünyada böyük maraq toplayıb. Almaniyalı Herman Tilke tərəfindən layihələndirilən şəhər trası nadirliyi ilə seçilir. Monte-Karlo, Melburn, Monako və Sinqapur kimi, Azərbaycan Qran-Prisi də şəhər trasına ev sahibliyi edir. Bakıda keçirilən yarış zamanı avtomobillər Dənizkənarı Bulvar boyunca və şəhərin ən qədim hissəsi olan, UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr ediblər.
Formula-1 Azərbaycan Qran-Prisi dünya mediasının diqqət mərkəzində oldu
Yuxarıda da qeyd etdiyimiz kimi, dünya mediası Formula-1 Azərbaycan Qran-Prisinin beynəlxalq miqyasda böyük diqqət və maraq ilə qarşılandığını bəyan etdi. Məsələn, Almaniya mediası Formula-1 yarışının gedişatını və bütün texniki detalları ətraflı şəkildə işıqlandırdı.”Handelsblatt” qəzetinin iyunun 25-də işıq üzü görən sayında Formula-1-in gedişatı və texniki məsələlər müzakirə edildi. “ARD” ictimai televiziyasının “Sportschau” (idman xəbərləri) proqramı, “Süddeutsche Zeitung” və “Bild” qəzetləri də bu yarışlara geniş yer verdilər. Ümumiyyətlə, Almaniyanın federal və regional mətbuat orqanlarında Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasimi və gedişatı ərəfəsində çoxsaylı materiallar dərc edilib və televiziya kanalları ilə birbaşa yayımlanıb.
Bundan başqa, İspaniyanın motor.es portalında “Azərbaycan Qran-Prisinin texniki analizi” sərlövhəli məqalə dərc edilib. Portalın redaktoru və analitiki David Plazanın qələmə aldığı yazıda Formula-1 Azərbaycan Qran-Prisinin nəticələri geniş təhlil olunub. Məqalədə Bakı trekində 2,2 kilometr uzunluğunda yüksək sürətli hissənin mövcudluğu və bunun bolidlərin texniki göstəricilərinin nümayiş etdirilməsi üçün ən uğurlu yer olması qeyd olunub. Bolidlərin Kanada Qran-Prisi və Azərbaycan Qran-Prisi üçün texniki hazırlığının fərqlərinə diqqət ayıran müəllif ətraflı təhlillə çıxış edib.
Digər tərəfdən, İndoneziya, Sinqapur və Filippin KİV-lərində Formula-1 Azərbaycan Qran-Prisinə geniş yer verilib. İnternet nəşrlərində dərc olunan məqalələrdə bildirilib ki, Azərbaycan dünyada məşhurluğu ilə seçilən Formula-1 yarışını ikinci dəfədir qəbul edir. Dünya şöhrətli pilotların iştirak etdikləri Azərbaycan Qran-Prisi Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsidir. Hər üç ölkənin, demək olar ki, bütün media orqanlarının idman bölmələri Formula-1 yarışlarına yer ayırıb, hətta bunlardan bəziləri digər səhifələrdə də bu möhtəşəm yarışla əlaqədar məqalələr dərc ediblər. Yazılarda Formula-1 Azərbaycan Qran-Prisinin keçirildiyi Bakı treki, eləcə də ölkəmizin paytaxtı haqqında geniş məlumat verilib. Bir sıra telekanallar, o cümlədən “Meto-TV” televiziyası yarışları birbaşa yayımla yerli tamaşaçılara təqdim edib. Telekanalın şərhçiləri birbaşa reportaj zamanı Formula-1 yarışının Azərbaycan mərhələsinin özünəməxsusluğu ilə seçildiyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışırlar. Filippinin ixtisaslaşmış www.autodeal.com veb-saytı hazırladığı geniş reportajda Formula-1 Azərbaycan Qran-Prisinin ilin yarışı ola biləcəyini önə çəkib.
İndoneziya KİV-ləri bu ölkənin komandasının yarışlarda iştirakına geniş yer verib. Məqalə və reportajlarda turnirin yüksək səviyyədə keçirilməsi, yarışların dünya standartlarına uyğun təşkili, habelə idmançılar və azarkeşlər üçün hər cür şəraitin yaradılması əksini tapıb.
Yaponiya KİV-ləri də Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb. Bir sıra telekanallar, o cümlədən “Fuji-TV.Next” televiziyası yarışları birbaşa yayımla yapon tamaşaçılarına təqdim edib. İnternet nəşrlərində dərc olunan məqalələrdə bildirilib ki, Azərbaycan dünyada məşhurluğu ilə seçilən Formula-1 yarışını ikinci dəfədir qəbul edir. Dünya şöhrətli pilotların iştirak etdikləri Azərbaycan Qran-Prisi Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsidir. “Fuji-TV.Next” telekanalının şərhçiləri birbaşa reportaj zamanı Formula-1 yarışının Azərbaycan mərhələsinin özünəməxsusluğu ilə seçildiyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışırlar. Məqalə və reportajlarda turnirin yüksək səviyyədə keçirilməsindən, yarışların dünya standartlarına uyğun təşkilindən, habelə idmançılar və azarkeşlər üçün hər cür şəraitin yaradılmasından geniş bəhs olunub.
Şübhəsiz ki, dünya mediasının bəhs olunan yarışları geniş işıqlandırması həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kontekstində böyük önəmə sahibdir. Bütövlükdə, kifayət qədər böyük teleauditoriyaya malik olan Formula-1 yarışları həmçinin ölkə reallıqlarının təbliği baxımından müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident İlham Əliyev çıxışı zamanı diqqətə çatdırıb ki, Formula-1 yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır.
Əlbəttə, bu yarışlar Azərbaycana həm daha çox turist axınının təmin olunmasına əlavə imkanlar yaradır, eyni zamanda, beynəlxalq təbliğat üçün əhəmiyyətli zəmin rolunu oynayır. Yuxarıda qeyd etdiyimiz kimi, Formula-1 Azərbaycan Qran-Prisi dünyanın diqqətini bir daha ölkəmizə yönəltdi və Azərbaycan reallıqlarının təbliği baxımından mühüm əhəmiyyətə malik oldu.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29

