/ / Heydər Əliyev Fondu tərəfindən Pakistanda Ramazan ayı ilə əlaqədar bayram sovqatları təqdim olunub
Heydər Əliyev Fondu tərəfindən Pakistanda Ramazan ayı ilə əlaqədar bayram sovqatları təqdim olunub
14.06.2017 [10:03]
Heydər Əliyev Fondu tərəfindən Pakistanın Abbotabad bölgəsinin bir sıra kəndlərində Ramazan ayı ilə əlaqədar bayram sovqatları təqdim olunub.
Fonddan AZƏRTAC-a bildiriblər ki, bu aksiya bölgənin dörd yüzdən çox yoxsul ailəsini əhatə edib.
Pakistanın Milli Assambleya sədrinin müavini Murtuza Cavid Abbasinin, Assambleyanın bir sıra deputatlarının, ziyalıların, ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən tədbirdə səfir Əli Əlizadə çıxış edərək Azərbaycan və Pakistan xalqlarını bir-birinə yaxınlaşdıran dini etiqad və ortaq dəyərlərin olduğunu, xalqlarımızın bir-birinin sevincini və kədərini birgə bölüşdüyünü diqqətə çatdırıb. Səfir Azərbaycanla Pakistan arasında əlaqələrin bütün sahələrdə olduğu kimi, humanitar-sosial sahədə də inkişaf etdiyini söyləyib, bu əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolunu qeyd edib, Fond tərəfindən Pakistanda bir sıra humanitar-sosialyönümlü layihələrin həyata keçirildiyini vurğulayıb.
Ə.Əlizadə Heydər Əliyev Fondunun Pakistanda fəaliyyətinin 2005-ci ildə Müzəffərabad şəhərində qızlar məktəbinin tikintisi ilə başlandığını xatırladaraq, ötən on iki il ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın müxtəlif əyalətlərində təhsil, səhiyyə, ekologiya, sosial və digər sahələrdə layihələr həyata keçirdiyini deyib. Səfir bu layihələrin iki ölkənin xalqları arasında əlaqələrin, dostluq və həmrəyliyin möhkəmlənməsinə öz töhfəsini verdiyini qeyd edib. O, Fond tərəfindən Ramazan ayı münasibətilə yardım bağlamalarının və sovqatların təqdim olunmasının da bu amala xidmət etdiyini vurğulayıb.
Ə.Əlizadə Abbotabad bölgəsinin əhalisini Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Ramazan ayı münasibətilə təbrik edərək, Pakistan Milli Assambleyası sədrinin müavini Murtuza Cavid Abbasiyə və digər iştirakçılara təqdimetmə aksiyasında iştirak etdiklərinə görə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Pakistan Milli Assambleyası sədrinin müavini Murtuza Cavid Abbasi iki qardaş ölkə olan Pakistan və Azərbaycan arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, bu cür layihələrin xalqlar arasındakı münasibətlərin istiləşməsinə xidmət etdiyini söyləyib.
Azərbaycana builki səfərini xatırladan Assambleya sədrinin müavini ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadi layihələr haqqında məlumat verib. O, Azərbaycanın inkişaf və tərəqqi dövrünü yaşadığının şahidi olduğunu, bunun Pakistan üçün də fəxr olduğunu vurğulayıb. Keçirilən humanitar-sosialyönümlü layihələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü çatdıran Pakistanın Milli Assambleyası sədrinin müavini Ramazan sovqatlarının təqdim olunmasının Abbotabad bölgəsinin yerli əhalisinin sevincinə səbəb olmaqla yanaşı, onlara mənəvi dəstək olduğunu da bildirib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

