Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarıdır
06.06.2017 [09:52]
1993-cü ilin iyun hadisələrindən 24 il ötür
Yaşanan kataklizmlərlə, kəskin siyasi dəyişikliklərlə müşayiət olunan, eləcə də dünyanın yeni xəritəsini meydana çıxaran XX əsr Azərbaycan xalqının tarixində də öz dərin izini buraxıb. Məlum olduğu kimi, ötən əsrin əvvəlində Rusiya imperiyasının əsarətindən xilas olaraq müstəqilliyini elan edən Azərbaycanın bir dövlət kimi varlığı cəmisi 23 ay sürmüş, müstəqillik elə beşikdəcə boğulmuşdu. Həmin dövrdə müstəqilliyin süqutunun səbəbləri fərqli rakurslardan izah olunsa da, əsl səbəb yüzilliyin sonunda, ölkəmiz ikinci dəfə azadlığını əldə etdiyi zaman daha açıq şəkildə ortaya çıxdı. Belə ki, əsrin sonuncu onilliyində ikinci dəfə müstəqillik əldə edən Azərbaycan yenidən dilemma qarşısında dayanmalı oldu. Necə deyərlər tarix təkrar olunurdu, 1920-ci ildə baş verən analoji situasiya 1990-cı illərin əvvəllərində fərqli mənzərədə yenidən meydana çıxmışdı. Və Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı...
Həmin dövrdə Sovet İttifaqında dağılma prosesi dinc yolla deyil, gərginliklər, qarşıdurmalar, xalqların öz müqəddəratının həll edilməsinə ciddi maneələr törədilməsi fonunda baş verirdi. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, bu mənada ən ağrılı proses məhz Azərbaycanda gedirdi. Keçmiş SSRİ rəhbərliyi Azərbaycan daxilində demokratik, sağlam qüvvələri siyasi həyatdan uzaqlaşdırır, süni iddialı görüntülü, amma heç bir siyasi səriştəsi olmayan, milli köklərdən uzaq qüvvələrə dəstək verirdi. Bir tərəfdə həmin dövrün Azərbaycan hakimiyyətində təmsil olunan və Kremlin diktəsi ilə hərəkət edən şəxslər dayanırdısa, digər tərəfdə xalqla heç bir əlaqəsi olmayan, qaranlıq maraqların təcəssümü kimi ortaya çıxmış və bəzi şəxslərin iddialarının həyata keçmə vasitəsinə çevrilmiş Xalq Cəbhəsi dururdu. Hər zaman Azərbaycan xalqına xidmət etmiş, dövlətin inkişafında fundamental rola malik Ulu öndər Heydər Əliyev isə həmin dövrün SSRİ rəhbərliyinin ciddi səyi ilə bütövlükdə İttifaqın və Azərbaycanın siyasi həyatından uzaq tutulurdu. Ümummilli lider Heydər Əliyevin prosesdən kənarda saxlanılması SSRİ rəhbərliyinin və Xalq Cəbhəsinin çirkin planlarının tərkib hissəsi idi desək, heç də yanılmarıq.
Silah gücünə hakimiyyəti ələ keçirən AXC-“Müsavat” cütlüyü ilk gündən qeyri-sağlam fəaliyyəti ilə yadda qaldı
...SSRİ-nin dağılmasının ardından hakimiyyətdə olan qruplaşmaların şəxsi mənafeləri üçün çalışması, eləcə də yaranan siyasi-iqtisadi böhran Azərbaycandakı ümumi vəziyyətə də siraət etmişdi. Respublikadakı xaos, hərc-mərclik nizami olmayan, ayrı-ayrı fərdlərin nəzarətində olan silahlı birləşmələrin özbaşınalıqları ilə müşayiət edilirdi. Bunun nəticəsi idi ki, həmin silahlı qruplaşmaların əksəriyyəti şəxsi maraqlara xidmət göstərir, düşmənlə vuruşmaqdansa, maddi maraqlarının əsirinə çevrilirdi. Azərbaycanda tam bir hakimiyyət boşluğu yaranmışdı. Heç şübhəsiz, bu cür hakimiyyət boşluğundan hər zaman yararlanmaq istəyənlər tapılır.
Beləliklə, gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə başlanmışdı. Məhz bütün bunların fonunda 1992-ci il mayın 14-də silah gücünə hakimiyyəti ələ keçirən AXC-“Müsavat” cütlüyü ilk gündən qeyri-sağlam fəaliyyəti ilə yadda qaldı. Məntiqsiz, bir-birini təkzib edən qərarlar, özbaşınalıqlar və səriştəsizlik bu şəxslərin ölkəni idarə edə bilməyəcəyini göstərirdi. AXC-“Müsavat” cütlüyü ölkəni idarə etməkdə tamamilə səriştəsizlik nümayiş etdirirdi. İqtisadiyyat bərbad vəziyyətə düşmüşdü, hər hansı bir sosial inkişafdan söhbət gedə bilməzdi, ordu quruculuğu səriştəsiz və ölkənin milli maraqlarına zidd siyasət yeridən insanlara tapşırılmışdı. Bu situasiyada nəinki ölkənin müstəqilliyinin itirilməsi, həm də parçalanaraq ayrı-ayrı xanlıqların yaranması təhlükəsi ortada idi. AXC-“Müsavat” hakimiyyətinin daxilində bir neçə qrup bir-biri ilə amansız mübarizə aparırdı və o qrupların hərəsinin fərqli siyasəti vardı. Yaranmış belə bir vəziyyət xarici güclərin işinə yarayırdı. Belə ki, Azərbaycan daxilində xarici kəşfiyyat orqanları istədikləri kimi hərəkət edir, daxili siyasətə ciddi təsir göstərə bilirdilər.
AXC-“Müsavat” hakimiyyəti ölkəni vətəndaş müharibəsinə sürükləyirdi
Artıq hakimiyyətin ən yüksək ranqlarında yaranan qruplaşmalar açıq mübarizəyə girməkdən çəkinmir, hətta paytaxtda silahlı qarşıdurmalar baş verirdi. Beləliklə, hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən ozamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar isə lokal qarşıdurmaları daha da intensivləşdirdi. Ozamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı əmrə və təhvil-təslim olunması barədə qərara tabe olmayan Surət Hüseynov əmrində olan silahlı dəstə ilə Bakıya doğru istiqamət aldı. Gəncədə, o cümlədən Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşandı. Vəziyyət get-gedə daha da kritik hal alırdı. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş oldu. Ölkə artıq vətəndaş müharibəsini yaşayırdı.
Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu
Qeyd edildiyi kimi, problemlər məngənəsində boğulmaqda olan gənc Azərbaycan dövləti ikinci dəfə xəritədən silinmək təhlükəsi ilə baş-başa qalmışdı. Bu cür çətin zamanda xalqın yeganə ümidi Ulu öndər Heydər Əliyev idi. Daha dəqiq desək, xalq təkidlə düşmən blokadasında olan Naxçıvan Muxtar Respublikasını qorumağı bacaran Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsini istəyirdi. Bu məqamda vurğulayaq ki, Gəncə hadisələri baş verən zaman, yəni iyun ayının 5-də Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu. Beləliklə, Vətənin ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
Bakıya gəldikdən sonra Gəncəyə səfər edən Ulu öndər Heydər Əliyev qısa zamanda silahlı qarşıdurmaya son verdi, separatizmin aradan qalxması üçün bütün gücünü səfərbər etdi. Bir daha vurğulanmalıdır ki, məhz ölkənin varlığının, müqəddəratının həll olunduğu zamanda Ulu öndər Heydər Əliyevin Bakıya qayıdışı xalqımızda gələcəyə ümid yaratdı. Hamı Azərbaycanı düşdüyü bu çətin vəziyyətdən Heydər Əliyev dühasının xilas edəcəyinə birmənalı şəkildə inanırdı. Qeyd olunduğu kimi, Bakıya gəlişinin ardından Gəncəyə yollanan Ulu öndər problemi yerində həll etdi və döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi. Dahi şəxsiyyətin Gəncəyə gəlişi şəhər əhalisində də gələcəyə inam yaratdı. Ümummilli liderimiz Milli Məclisdə Gəncə hadisələri barədə Öz qəti sözünü dedi: “Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş, cinayəti təşkil etmiş adamlar hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır”.
...1993-cü il iyunun 15-də Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra tarixin təkrarlanmasına - müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Beləliklə, 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki AXC-“Müsavat” cütlüyündən miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi qısa zamanda aradan qaldırıldı. Əlikram Hümbətovun elan etdiyi qondarma “Talış Muğan Respublikası” Ulu öndər Heydər Əliyevin xalqa müraciəti və bölgə əhalisinin təzyiqi ilə ləğv olundu. Ölkənin şimalında fəallaşan “sadval”çılar”ın separatçı hərəkətlərinin və “Car-Balakən Respublikası” yaratmaq cəhdlərinin qarşısı alındı. Müxtəlif şəxslərin və siyasi qruplaşmaların nəzarətində olan silahlı birləşmələr ləğv edildi. Tezliklə ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan xalqı və dövləti qarşısında tarixi bir missiyaya imza atdı. Millətinin bir əsrdə qurduğu ikinci müstəqil dövlətini yaşadan Ümummilli lider qayıdışı ilə Azərbaycanı regionun liderinə çevirdi.
1993-cü ilin yayında Azərbaycanın olduqca çətin və gərgin günlərində daxili çəkişmələr, erməni təcavüzü, o cümlədən digər separatçı qüvvələrin fəallaşması dövləti eyni anda yaxaladığı bir zamanda vəziyyətdən çıxış yolu tapmaq üçün dahi olmaq gərəkirdi. Sonralar Ulu öndər bu məsələ ilə bağlı bildirirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
Həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanı regionun liderinə çevirdi
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan parlamentinin tarixi iclasındakı çıxışı dövlətçiliyimizin əbədi və sarsılmaz olacağına inamı bir daha artırdı: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Sonrakı illərdə ölkə qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi, yerli özünüidarəetməni həyata keçirən bələdiyyələr yarandı. Ölkəmizdə iqtisadi və siyasi islahatlar geniş vüsət aldı, azad və demokratik seçkilərin həyata keçirilməsinə başlandı. Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və sabitliyi, inkişafı özündə ehtiva edən siyasi kurs 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir
Bəli, 1993-cü ilin iyun ayı xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və sabitliyi, inkişafı özündə ehtiva edən siyasi kurs 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycanın iqtisadi imkanları artdıqca, ölkəmiz əldə etdiyi yüksək temp üzrə inkişaf etdikcə beynəlxalq mövqeləri də möhkəmlənir, dünyanın diqqət mərkəzində olmaqda davam edir. Bu gün Azərbaycan faktiki olaraq Cənubi Qafqaz regionunun təhlükəsizlik qarantına çevrilib. İstər coğrafi-tranzit şəraiti baxımından, istərsə malik olduğu karbohidrogen ehtiyatları, istərsə də dövlətin demokratik ənənələrə sadiqliyi Azərbaycanın beynəlxalq aləmdəki çəkisinin günü-gündən artmasına imkan verir. Bu gün ölkəmiz, sözün əsl mənasında, yerləşdiyi regionda lider ölkədir. Bu isə Prezident İlham Əliyevin yürütdüyü düzgün, davamlı və qətiyyətli siyasi kurs nəticəsində əldə edilən nailiyyətdir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22

