/ / “Heydər Əliyev - gənclik - multikulturalizm” beynəlxalq konfransı Prezident İlham Əliyevin multikulturalizm siyasətinin növbəti bəhrəsidir
“Heydər Əliyev - gənclik - multikulturalizm” beynəlxalq konfransı Prezident İlham Əliyevin multikulturalizm siyasətinin növbəti bəhrəsidir
18.05.2017 [09:42]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 10-11 may tarixlərində Almaniyanın Auqsburq şəhərində Ulu öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda beynəlxalq nəzəri-praktik konfransın yekun nəticələri ilə bağlı toplantı keçirilib.
Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev qonaqları salamlayaraq konfransın yüksək səviyyədə keçirilməsi istiqamətində əməyi olan qurumlara minnətdarlığını bildirib: “Ulu öndərin xatirəsinə gözəl bir hədiyyə kimi təqdim etdiyimiz bu konfrans ölkə rəhbərliyi tərəfindən də son dərəcə müsbət qarşılanıb. Mən elə güman edirəm ki, bu konfransı reallaşdırmaqla biz Azərbaycan multikulturalizminin siyasi banisi olan Ulu öndərin ruhu qarşısında olan mənəvi borcumuzun kiçik bir hissəsini bu şəkildə ödəmiş olduq.
Faktiki olaraq bizim mənəvi cəhətdən yüksək sayılan bütün işlərimizin əsas məqsədi ondan ibarətdir ki, bu gün və gələcəkdə harda olmalarından asılı olmayaraq Azərbaycanla bağlı bizdən əvvəl bizim dostlarımız öz səsini ucaltsın, bizim dərdlərimizdən, problemlərimizdən, layihələrimizdən bizim dostlarımız söz açsınlar. Biz artıq bunun elementlərini görürük. Auqsburqda keçirilən bu konfrans faktiki olaraq həmən o insanların formalaşmasında çox ciddi bir addım oldu. Sabah bu gənclər Azərbaycanla bağlı hər hansı bir istiqamətdə hər hansı bir provakasiyaya cavab verməyə hazır olan insanlardırlar. Bu istiqamətdə görülən işlər Azərbaycanın gələcəyinin daha da möhkəm, cəsarətli və ləyaqətli olmasına doğru atılan bir addımdır. Bu tədbir öz-özlüyündə Ulu öndərə olan məhəbbətin ifadəsi idi. Amma Ulu öndərin də böyüklüyü həm də ondadır ki, biz Ondan çıxış edərək Azərbaycanın dostlarının daha da yaxınlaşmasına doğru növbəti siyasi-ideoloji bir addım atdıq”.
AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov formatına, məzmununa və təşkilati səviyyəsinə görə konfransı yüksək qiymətləndirib: “Ən maraqlısı o idi ki, o konfrans boyu Azərbaycanın Gənc Dostları müxtəlif xalqların və fərqli dinlərin daşıyıcıları olmalarına baxmayaraq, hamısı bir ailənin övladları kimi son dərəcə səmimi münasibətdəydilər. Bu səmimiyyət o konfransın təməl daşı idi. Mən orada bir daha şahid oldum ki, onların Azərbaycan multikulturalizmi fənnindən öyrəndikləri çox şey var. Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri Salomeya Lukayte və Dimitrios Asproulisin moderatorluğu ilə aparılan bölmə iclasları xüsusilə diqqətimi çəkdi. Konfransın proqramına uyğun olaraq tədbirin sonuna qədər məruzələr maraqla dinlənildi, səmimi müzakirələr aparıldı. Bu işin cəfakeşi olan Dövlət müşaviri Kamal Abdullayevə xüsusi minnətdarlığımı bildirirəm”.
M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov tədbirdən zəngin təəssüratlarla ayrıldıgını deyib: “Dünyanın müxtəlif ölkələrindən gələn gənclər Azərbaycan, onun multikulturalizm modeli haqqında necə sevgiylə, maraqla, necə də ürəkdən çıxış edirdilər. O gənclər yaşa dolanda, ən müxtəlif dairələrdə təmsil olunanda belə, Azərbaycan sevgisi onların ürəyində qalacaq. Azərbaycanın Gənc Dostlarının simasında, sözün əsl mənasında, gələcəyin lobbiləri hazırlanır. Biz hamımız çalışmalıyıq ki, Azərbaycanın Gənc Dostlarının sayı gələcəkdə daha da artsın”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu konfransı Azərbaycanın gələcəyinə qoyulmuş sərmayə kimi dəyərləndirib: “Məşhur bir ifadə var: əgər uzaq gələcəyə sərmayə qoymaq istəyirsinizsə, insan yetişdirin. Düşünürəm ki, biz azərbaycanpərəst insan yetişdirməklə düz yoldayıq. Auqsburqda keçirilən konfrans yay və qış multikulturalizm məktəblərindən başlayan böyük bir prosesin tərkib hissəsidir. Bu proses təkcə konfranslar, görüşlər formatında deyil, bu, böyük bir platforma, böyük bir hədəfdir. “Heydər Əliyev - gənclik - multikulturalizm” dövlət əhəmiyyətli strateji layihənin bir elementidir. Bu möhtəşəm prosesin gələcəkdə də davam edəcəyinə inanıram”.
BBMM-in layihələr şöbəsinin müdiri Sərxanbəy Xuduyev Azərbaycanın Gənc Dostlarının təşəbbüsü, BBMM, Auqsburq Universiteti və “Run Group”un təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Almaniya, İsveçrə, İtaliya, İsrail, Rusiya, Gürcüstan, Litva, Yunanıstan, Estoniya, Rumıniya, Bolqarıstan, Makedoniya, İndoneziya, Portuqaliya, ABŞ, Polşa və Çexiyanın 17 nüfuzlu universitetindən onlarla tələbənin, 12 əcnəbi və azərbaycanlı alimin, dövlət və hökumət rəsmilərinin, dini icma rəhbərlərinin, ziyalıların iştirak etdiyini bildirib. Şöbə müdiri ikigünlük konfrans zamanı 4 bölmədə iclasların davam etdiyini, günün ikinci yarısında nümayəndə heyətinin Auqsburqdakı sinaqoq, məscid və kilsələrlə tanış olduğunu qeyd edib.
Telekörpü vasitəsilə tədbirə bağlanan Auqsburq Universitetinin filologiya və tarix fakültəsinin professoru Klaus Vulf və BBMM-in Drezden filialının icraçı direktoru Bircit Vaysgerber konfransla bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Diqqətə çatdırılıb ki, Almaniyanın qədim multikultural şəhərlərindən olan, katolik, protestant, lüteran, yəhudi və müsəlmanların əsrlərdir bir arada yaşadığı Auqsburqda bu konfransın təşkil olunması əlamətdar hadisədir. Bu konfrans Azərbaycan və Auqsburqdakı multikultural mühitə daha yaxından bələd olmaq, onları müqayisə etmək, ortaq dəyərlərimizi qiymətləndirmək baxımından qiymətli bir təcrübədir. Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə inteqrasiyası baxımından “Heydər Əliyev - gənclik - multikulturalizm” konfransı çox önəmli bir layihədir.
Sonda Azərbaycanın Gənc Dostlarının Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış müraciəti oxunub.
Xəbər lenti
Hamısına baxDünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31

