Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / RF Jurnalistlər İttifaqının katibi: Ümidvaram ki, ÜAK-ın ləğv edilməsi barədə qərara yenidən baxılacaq

RF Jurnalistlər İttifaqının katibi: Ümidvaram ki, ÜAK-ın ləğv edilməsi barədə qərara yenidən baxılacaq

17.05.2017 [10:20]

Rusiya Jurnalistlər İttifaqının katibi, RF-nin Əməkdar Mədəniyyət İşçisi, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) rəyasət heyətinin üzvü Rafael Hüseynov AZƏRTAC-ın müxbirinə müsahibəsində Rusiya Ali Məhkəməsi tərəfindən ÜAK-ın ləğv edilməsi ilə əlaqədar dərindən təəssüfləndiyini bildirib.
Rusiya Jurnalistlər İttifaqının katibi deyib: “ÜAK Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsində böyük rol oynayıb. Rusiya vətəndaşları olan azərbaycanlılar istər Sovet İttifaqının, istərsə də müasir Rusiyanın iqtisadiyyatına, xalq təsərrüfatına, mədəniyyətinə, təbabətinə çox böyük töhfə veriblər. Ümidvaram ki, ÜAK-ın ləğv edilməsi barədə qərara yaxın vaxtlarda yenidən baxılacaq”.

Paylaş:
Baxılıb: 440 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30