Siyavuş Novruzov: Müvafiq orqanlar Əli Kərimlinin mühacir alveri məsələsini araşdırır
11.04.2017 [10:03]
“Milli şura” deyilən qurumun keçirdiyi mitinq məqsədi, məramı bilinməyən bir yığıncaq idi. Görünən odur ki, bunların istəyi o idi ki, kim olur olsun - islamçı, ya Avropa İttifaqının bayrağını daşıyan, əsas ora adam toplaşsın. 300-500 adam toplayıb mitinq keçirməyə cəhd göstərdilər”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Demokratik Qüvvələrin Milli şurası”nın keçmiş “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqinə münasibət bildirərkən deyib.
S.Novruzov qeyd edib ki, mitinqdə əvvəlki köhnəlmiş fikirlər, məzmunsuz çıxışlar, aspekti olmayan iddialar səsləndirilib: “Korrupsiyaya qurşanmış AXCP sədri Əli Kərimli çıxıb orada korrupsiyadan danışır. Bilirik ki, Əli Kərimli partiyasına üzv olmayanlara pul müqabilində saxta üzvlük sənədi verərək Avropaya mühacirət etməsinə şərait yaradır. Bu adam ən eybəcər korrupsiya ilə məşğuldur. Onu da deyim ki, artıq bunu hüquq-mühafizə orqanları araşdırır. Avropadan da bununla bağlı münasibət bildirilib, oradakı strukturlar məsələ ilə məşğuldur. Bunun qarşısı artıq alınmaqdadır. Çünki ora mühacir adı altında gedənlər həmin dövlətdən maliyyə almalı olurlar, o dövlət müəyyən müddət ora gedənin minimum yaşayış həddini təmin etməyə məcbur olur. İndi siyasətlə yox, dəllallıqla məşğul olanlar mitinq keçirməyə cəhd edərək qanunsuzluqdan dəm vururlar. Bunlardan hətta bəziləri bu yolla gedib Avropada öz kiçik biznesini qurur və oradan əldə etdikləri vəsaitlərdən Əli Kərimliyə yönəldirlər. Bu barədə də artıq məlumat var. Bəziləri isə həmin dairələrin təhlükəsizlik xidmətinin təsirinə düşür və onlara işləməyə başlayır”.
S.Novruzov bildirib ki, aksiyada təşkilatçılar özləri də xalqın mitinqə çıxmadığını etiraf ediblər: “Təbii ki, xalqın onlara heç bir etimadı yoxdur. Xalq bu gün öz dövlətinə, Prezidentinə və ölkədə gedən inkişafa etimad göstərir. Amma xaricdən maliyyə alan, erməni lobbisinə xidmət göstərən, Azərbaycanın maraqlarını satan bu cür qüvvələrə xalq “yox” deyir. Aksiyada onların ətrafında olan bəzi qohumlar, bir neçə qeyri-hökumət təşkilatı, müxtəlif şəkildə cinayət törətdiyi üçün həbs olunmuş şəxslərin yaxınları və pul ilə tutulmuş bəzi adamlar var idi. Onların sosial bazası məhz elə budur. Neçə illərdir elə eyni insanlar, eyni fikirlər təkrarlanır. İndi insanlar bunların nəyinə etimad göstərsin? Bu gün məhz bunlarla müqayisədə Yeni Azərbaycan Partiyası bir neçə yerdə xeyirli işlər gördü, xeyli sayda ağac əkdi. Bu tədbirlərimizdən birinə toplaşanların sayı onların bu mitinqinə toplaşanların sayından qat-qat çox idi. Çünki insanların bizə inamı var”.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

