Naxçıvanda gənc idmançıya yeni mənzil təqdim olunub
08.04.2017 [12:19]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Xatun” Bədii Gimnastika Klubunun baş məşqçisi, bədii gimnastika üzrə Azərbaycan Respublikasının idman ustası Humay Qafarovaya yeni mənzil təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmana cəlbi sahəsində həyata keçirilən tədbirlər öz nəticəsini verir. Muxtar respublikada qızların idmana cəlbinə də xüsusi diqqət yetirilib, müxtəlif idman federasiyaları üzrə qızlardan ibarət klubların yaradılması ilə bağlı tapşırıqlar verilib. Artıq muxtar respublikada qızlar da müxtəlif idman federasiyalarında təmsil olunurlar. Qadınların və qızların idman obyektlərindən istifadəsi üçün lazımi şərait yaradılıb, özəl fitnes mərkəzləri və müxtəlif idman klubları fəaliyyətə başlayıb. Son illər yaradılan və səmərəli fəaliyyət göstərən idman klublarından biri də “Xatun” Bədii Gimnastika Klubudur. Qızların kiçik yaşlarından “Xatun” Bədii Gimnastika Klubuna cəlbi və bu idman növü ilə məşğul olmaları onların sağlam böyüməsinə imkan verir. 2017-ci il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq “Xatun” Bədii Gimnastika Klubunun Şərur Olimpiya İdman Kompleksində, Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində və Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzində filialları yaradılıb.
Ali Məclisin Sədri deyib: “Bu gün gənclərin fiziki cəhətdən sağlam böyüməsi qarşıda duran əsas vəzifələrdəndir. Ona görə də muxtar respublikada idmanın inkişafına diqqət artırılır. Qızların idmana cəlbində Humay Qafarovanın da xidmətləri vardır. Humay Qafarovanın uşaq yaşlarından bədii gimnastika sahəsindəki istedadı nəzərə alınaraq Bakı şəhərinə təhsil almağa göndərilmişdir. Təhsilini başa vurduqdan sonra Humay Qafarova muxtar respublikaya qayıdaraq bədii gimnastikanın inkişafı ilə məşğul olur. Bu gün “Xatun” Bədii Gimnastika Klubuna böyük maraq vardır. Bundan sonra da klubun fəaliyyətinin genişləndirilməsi üçün lazımi şərait yaradılacaqdır. Bədii gimnastikanın inkişafı və qızların bu idman növünə cəlbi sahəsindəki səmərəli fəaliyyəti nəzərə alınaraq, eləcə də yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə Humay Qafarovaya Naxçıvan şəhərində yeni mənzil təqdim olunur”.
Ali Məclisin Sədri Humay Qafarovaya təşəkkür edib, yeni mənzillə təmin olunması münasibətilə təbriklərini çatdırıb.
Humay Qafarova yeni mənzillə təmin olunduğuna görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, bundan sonra da göstərilən etimadı doğruldaraq qızların bədii gimnastikaya cəlbi və bu idman növünün muxtar respublikada inkişafı sahəsində səmərəli fəaliyyət göstərəcəyinə söz verib.
Sonra Ali Məclisin Sədri mənzilin orderini Humay Qafarovaya təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40

