/ / Park No-Hvanq: AZƏRTAC və Yonhap-ın genişlənən əməkdaşlığı xalqlarımızın yaxınlaşmasına xidmət edir
Park No-Hvanq: AZƏRTAC və Yonhap-ın genişlənən əməkdaşlığı xalqlarımızın yaxınlaşmasına xidmət edir
07.04.2017 [09:59]
Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park No-Hvanq AZƏRTAC-ın müxbirinə məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
Bakı Konqresinin işindən bəhs edən xəbərlər dünyada Azərbaycan barədə daha aydın təsəvvürlər yaratdı
- Cənab No-Hvanq, Sizin də iştirak etdiyiniz Dünya Xəbər Agentliklərinin V Konqresi gündəliyinin zənginliyi, eləcə də son dövrlər medianın üzləşdiyi çağırışların həlli yollarının araşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi. Sizin agentliyiniz bu çağırışlarla bağlı hansı işləri görür?
- Onu qeyd edim ki, Konqresdə xəbər agentlikləri üçün mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olundu. Belə ki, bu mötəbər tədbirdə dünyanın bir çox ölkələrindən tanınmış media peşəkarları iştirak edirdilər. Konqresin işindən bəhs edən xəbərlər dünyada ölkəniz, dövlətinizin mövqeyi barədə daha aydın təsəvvürlər yaratdı. Bildiyiniz kimi, bir çox xəbər agentlikləri rəqəmsal dünyada problemlərlə üzləşirlər. Yonhap xəbər agentliyi, eyni zamanda, 24 saatlıq xəbər kanalıdır. Biz agentliklərin bir-biri ilə daha sıx əlaqə qurması üçün şəbəkə sistemini işə salacağıq. Bizim tərəfdaş olduğumuz agentliklər bu sistemdən yararlana bilərlər. Artıq 26 xəbər agentliyi bu sistemə maraq göstərir və bununla bağlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Ümidvaram ki, bu, agentliklərin xəbər, video, foto mübadiləsini daha da asanlaşdıracaq və xəbər agentliklərinin səmərəli əməkdaşlığı üçün dönüş nöqtəsi olacaq.
AZƏRTAC və Yonhap əməkdaşlığın inkişafı naminə yetərincə səy göstərirlər
- AZƏRTAC ilə Yonhap həm beynəlxalq media qurumları çərçivəsində, həm də ikitərəfli formatda sıx əməkdaşlıq edir. Ötən müddətdə əməkdaşlığın inkişafı istiqamətində agentliklərimizin göstərdiyi səylər sizi qane edirmi?
- Əsas məqsədimiz əməkdaşlığı mümkün qədər genişləndirməkdən ibarətdir. Təbii ki, Azərbaycan ilə Koreya arasında yüksək səviyyəli əlaqələr artıq informasiya sahəsini də əhatə edir. Hesab edirəm ki, hər iki agentlik əməkdaşlığın inkişafı üçün yetərincə səy göstərir və bu, səmərəli nəticələr verir. Xüsusilə, indiki dövrdə informasiya agentlikləri arasında belə sıx əməkdaşlıq çox önəmlidir. Hər iki ölkənin əsas media qurumları olan AZƏRTAC və Yonhap arasında əlaqələrin genişlənməsi ölkələrimizin və xalqlarımızın bir-birinə yaxınlaşmasına xidmət edir. Ümidvaram ki, gələcəkdə həyata keçirməyi nəzərdə tutduğumuz birgə layihələr əlaqələrimiz daha da dərinləşdirəcək.
Koreya hökumətinin təşəbbüsü ilə bu ölkənin mədəniyyətinin, dilinin, iqtisadiyyatının, adət-ənənələrinin öyrənilməsi məqsədilə xarici jurnalistlər üçün təlim proqramı keçiriləcək. Bu proqram mədəniyyətlərin, dillərin öyrənilməsi baxımından nadir imkandır. Biz AZƏRTAC-ın əməkdaşının bu proqramda iştirakından məmnun olardıq.
Bu il, eyni zamanda, Koreya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Bu münasibətlə Seulun mərkəzində fotosərgi keçiriləcək. Düşünürəm ki, bu sərgidə hər iki agentliyin foto məhsullarının nümayiş etdirilməsi mümkündür. Hər iki ölkənin səfirlikləri etnik koreyalını və etnik azərbaycanlını tamaşaçılara nümayiş etdirəcəklər. Bu da əlaqələrimizin daha geniş məcrada inkişafına töhfə verəcək.
Yonhap AZƏRTAC-ın OANA-ya sədrliyi müddətində gördüyü işləri və ənənələri davam etdirəcək
- 2019-cu ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) rəhbərlik AZƏRTAC-dan Yonhap-a keçəcək. Bununla bağlı nə kimi perspektiv planlarınız var?
- Biz ən böyük regional media qurumu olan OANA-ya AZƏRTAC-dan sonra sədrlik edəcəyik. Bu, böyük məsuliyyət deməkdir. Biz agentliyinizin OANA-ya sədrliyi müddətində gördüyü işləri və ənənələri davam etdirəcəyik. Düşünürəm ki, AZƏRTAC da bizi bu istiqamətdə dəstəkləyəcək. Biz birgə səylərlə bu təşkilatın nüfuzunu daha da yüksəldəcək, fəaliyyətini təkmilləşdirə və canlandıra biləcəyik.
Koreya 2018-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Biz Oyunların işıqlandırılmasında OANA-nın imkanlarından daha geniş istifadə etməyi düşünürük. Hesab edirəm ki, OANA-ya üzv olan agentliklərin yaydığı xəbərlər xalqların mədəniyyətlərini, dəyərlərini bir-birinə daha da yaxınlaşdıracaq.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

