Oleq Soloduxin: Yuri Andropov özünün varisi rolunda məhz Heydər Əliyevi görürdü
18.02.2017 [10:13]
Rusiyanın Praqadakı Mədəniyyət və Elm Mərkəzinin direktor müavini Oleq Soloduxin öz Facebook səhifəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev haqqında səmimi və xoş fikirlərini paylaşıb.
Onun atası Yuri Soloduxin vaxtilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin köməkçisi vəzifəsində işləyib. O.Soloduxin Heydər Əliyevin SSRİ-nin ən görkəmli rəhbərlərindən olduğunu atasından eşidib və həmişə Ulu öndərin şəxsiyyətinə hörmət və ehtiram bəsləyib.
AZƏRTAC Oleq Soloduxinin Facebook səhifəsindəki fikirlərini təqdim edir:
“Maraqlıdır, nəyə görə Heydər Əliyevin məhz sovet tarixində rolu barədə susurlar? Axı Heydər Əliyevin sovet nomenklaturuna daxil olan müasirlərinin çoxunun fikrincə, Y.V.Andropov özünün varisi rolunda M.S.Qorbaçovu deyil, məhz Heydər Əliyevi görürdü. Y.Andropov planlaşdırırdı ki, Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sədri olacaq, Onun hakimiyyət səlahiyyətləri xeyli genişlənəcək. Azərbaycanlı siyasi xadimin irəliləməsində fasilə yalnız Baş katibin vaxtsız vəfatı nəticəsində yarandı. Lakin əgər Heydər Əliyevin Moskvada hansı məsələlərə cavabdeh olduğunu, Onun hakimiyyətdə olduğu qısa müddətdə nələr etməyə macal tapdığını xatırlasaq, O, Sovet İttifaqının ən görkəmli rəhbərləri ilə bir sırada dayanır. Andropovun həyata keçirdiyi modernləşmə prosesinin liderlərindən biri olan Heydər Əliyev “Xalq təsərrüfatında elmi-texniki tərəqqinin sürətləndirilməsi tədbirləri haqqında” 1983-cü il 18 avqust tarixli qərarın işlənib hazırlanmasında fəal iştirak edib. Xatırlatmalıyıq ki, Sov.İKP MK 12 ilə yaxın müddətdə elmi-texniki siyasət məsələlərinə dair özünün plenumunu keçirməyə çalışırdı, lakin bu plenumu keçirməmişdi. Buna görə ən kəskin məsələləri SSRİ Nazirlər Soveti vasitəsilə həll etmək lazım gəlirdi. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən 12 nazirliyə, o cümlədən maşınqayırma, nəqliyyat, yüngül sənaye, mədəniyyət, təhsil sahələrinə kuratorluq edirdi. 1984-cü ildən O, SSRİ Nazirlər Sovetinin Məktəb İslahatı üzrə Komissiyasına, Operativ Məsələlər üzrə Komissiyasına rəhbərlik edirdi. 1986-cı ildən SSRİ Nazirlər Sovetinin Sosial inkişaf üzrə Bürosunun sədri idi. Bu vəzifədə O, Sov.İKP MK-nın “2000-ci ilə qədər olan dövrdə sağlamlığın mühafizəsinin inkişafının və SSRİ səhiyyəsinin yenidən qurulmasının əsas istiqamətləri haqqında” Qərarının qəbul edilməsinə nail oldu. Bu qərar nəinki səhiyyə sahəsinin strukturunun və idarə olunmasının modernləşdirilməsini, həmçinin səhiyyəyə ciddi maliyyə qoyuluşlarını, onun maddi-texniki bazasının yenilənməsini təmin etdi. Onu da demək istərdim ki, Heydər Əliyev Moskvaya işləməyə gələrkən Azərbaycandan yalnız iki nəfəri - mühafizə xidmətinin rəisini və şəxsi aşpazını gətirdi. Bütün qalan işçilər, hətta Onun şəxsi katibliyi də moskvalı kadrlardan formalaşdırıldı”.
Xəbər lenti
Hamısına baxSosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21

