/ / Bahar Muradova: Azərbaycan Prezidentinin “İslam Həmrəyliyi İli” təşəbbüsü bütün bəşəriyyət üçün çox vacibdir
Bahar Muradova: Azərbaycan Prezidentinin “İslam Həmrəyliyi İli” təşəbbüsü bütün bəşəriyyət üçün çox vacibdir
24.01.2017 [10:07]
Azərbaycan uzun illər bütün konfessiyaların dinc, sülh şəraitində yaşadığı ölkədir. Burada hər bir din daşıyıcısı öz dini inanclarını azad, rahat şəkildə yerinə yetirə bilir. Ölkəmizdə heç kəs dini inancına görə sıxışdırılmır, təqib olunmur. Bu multikultural dəyərlərin təkcə Azərbaycan üçün yox, bütün dünya üçün nə qədər böyük əhəmiyyət daşıdığını beynəlxalq miqyasda gedən proseslər açıq-aydın göstərir.
Bu fikirləri Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasını AZƏRTAC-a şərh edən Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.
Bahar Muradova bildirib ki, Azərbaycan əhalisinin 90 faizdən çoxu müsəlman olsa da, ölkəmizdə digər dinlərin nümayəndələrinə də bərabər şərait yaradılıb. Ona görə də Azərbaycanın İslam həmrəyliyi təşəbbüsünü irəli sürməyə daha çox haqqı çatır.
Vitse-spikerin sözlərinə görə, bu, həm də Azərbaycan dövlətinin İslamın əsl mahiyyəti, məqsədi və imkanlarının dövlət səviyyəsində doğru, düzgün dəyərləndirilməsini göstərir. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə İslamın əsl mahiyyətini və məqsədini ortaya qoymaqla onu beynəlxalq aləmdə qarşımıza çıxan çağırışları önləmək üçün bir imkan, vasitə, güc kimi görür. Dövlətimizin başçısı çıxışında da deyib ki, İslam ölkələrinin ən güclü ortaq dəyəri elə İslam dininin, İslam mədəniyyətinin özüdür. Bu, əlbəttə, müəyyən ölkələrdəki siyasi rejimlərə, siyasi quruluşlara uyğun olaraq fərqli təzahür edə bilər. Amma Azərbaycan dünyəvi dövlət olduğu üçün, burada din dövlətdən ayrı olduğu, insanların vicdan məsələsi kimi qəbul edildiyi üçün bu məsələlər demokratik dövlətlərin, dəyərlərin ruhuna uyğun şəkildə tənzimlənir və qanunlarımızda da məhz belə əksini tapır.
Bahar Muradova vurğulayıb ki, bu baxımdan indiki həssas dövrdə, İslam ölkələrinin dağıntılara, fəlakətlərə, təhlükələrə məruz qaldığı bir zamanda belə bir ideya ilə çıxış etmək çox önəmlidir: “Bu, Azərbaycanın özünün bu dəyərlərə istinad edərək əldə etdiyi üstünlükləri həm dünyaya təqdim etmək, həm İslamın məhz bu səviyyədə istifadəsinin demokratik cəmiyyətlər qurulmasına maneə yox, əslində ona dəstək olduğunu nəzərə çatdırmaqla İslam həmrəyliyinə nail olmaq təşəbbüsüdür və bu təşəbbüs hər kəs tərəfindən müsbət qarşılanır. Xüsusilə, Azərbaycan cəmiyyəti bunu növbəti dəfə Azərbaycan dövlətinin və onun əldə etdiyi uğurların dünyaya təqdimatı, eyni zamanda, bu təqdimatdan mövcud vəziyyətin sağlamlaşdırılması, İslam həmrəyliyinin İslam ölkələrinin həmrəyliyinə gətirib çıxarması, özü də bu həmrəyliyin yalnız dini baxımdan deyil, ən müxtəlif aspektlərdən qabardılmasına imkan verməsi kimi qiymətləndirir. Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, bu, təkcə dini deyil, iqtisadi, siyasi, mənəvi, beynəlxalq məsələdir, ölkələrarası münasibətlərin normallaşmasına gətirib çıxaran bir imkandır. Ona görə də Prezidentin bu təşəbbüsü İslam ölkələrinin, İslam dininin özünün daxilində olan qarşıdurmaların aradan qaldırılması üçün düşüncələrin, mövqelərin, “İslam həmrəyliyi nədir və necə qəbul olunmalıdır” təsəvvürünün formalaşmasına, “Biz nəyə görə İslam həmrəyliyi təşəbbüsünü irəli sürürük, hansı məqsədlər üçün bunu istifadə edirik?” kimi sualların aydınlaşmasına, İslam həmrəyliyinin təkcə İslam ölkələri deyil, bütün dünya üçün, dinlərarası münasibətlərin sağlamlaşmasına töhfə verə biləcək bir imkan kimi dəyərləndirilməsinə edilən çağırışdır. Bu, həm də xristian dünyasına, digər dinlərə bir çağırışdır. Eyni zamanda, İslamı hədə, təhlükə, demokratik cəmiyyətə yad ünsür kimi təqdim edən dairələrə bir çağırışdır. Bu gün dünya elə bir mərhələyə gəlib çıxıb ki, bizi ayıran yanaşmaların nə qədər ağır nəticələrə gətirib çıxardığını görürük. Bu, hər kəsə, təhdid və təhlükədir. Kimlərsə düşünürsə ki, İslama yönəlik cəhdlər İslam dünyasını zəiflədəcək, yanılır, bu, bütün dünyanı zəiflədir. Ona görə də İslam həmrəyliyinə nail olmaq, İslamla həmrəy olmaq bütün dünya dinlərinin, mədəniyyətlərinin, sivilizasiyaların bir araya gəlmək, harmoniya şəraitində yaşamaq imkanlarının genişləndirilməsi deməkdir. Bu baxımdan Prezident İlham Əliyevin bu təşəbbüsü təkcə Azərbaycan, İslam ölkələri üçün deyil, bütövlükdə bəşəriyyət üçün çox vacibdir”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

