Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bişkekdə təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Qırğızıstanın Azərbaycandakı səfirliyində anılıb

Bişkekdə təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Qırğızıstanın Azərbaycandakı səfirliyində anılıb

18.01.2017 [10:06]

Bişkekdə yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinin yad edilməsi üçün Qırğızıstanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 17-də Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov səfirliyə gələrək Azərbaycan hökuməti adından başsağlığı verib, kitaba ürək sözlərini yazıb.
Qırğızıstanın Azərbaycandakı səfiri Aycikit Buranov qırğız xalqının kədərinə şərik olduğu üçün Azərbaycan xalqına və ölkə rəhbərliyinə təşəkkürünü bildirib. O, Azərbaycan xalqının həmişə Qırğızıstan xalqının yanında olduğunu söyləyib.
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun, ictimaiyyətin nümayəndələri də səfirliyə gələrək başsağlığı verirlər.
Xatırladaq ki, Qırğızıstan Prezidenti Almazbek Atambayev baş vermiş faciə ilə əlaqədar yanvarın 17-ni ölkədə matəm günü elan edib.

Paylaş:
Baxılıb: 517 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31