Azərbaycan-Qazaxıstan dostluğu daha da möhkəmlənir
22.12.2016 [10:18]
Dekabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, spiker Oqtay Əsədov qonağın TürkPA Beynəlxalq Katibliyinin yeni inzibati binasının açılışı münasibətilə ölkəmizə səfəri çərçivəsində Azərbaycan parlamentində olmasından məmnunluq duyduğunu söyləyib. Qeyd edilib ki, hər iki ölkənin parlament sədrləri MDB PA, TürkPA kimi qurumlarda tez-tez görüşür, onları maraqlandıran məsələlər barədə fikirlərini bölüşürlər. Qarşılıqlı səfərlər ölkələrimiz arasında strateji əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar açır.
Dövlət başçılarının görüşləri zamanı aparılan danışıqların ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayan Milli Məclisin sədri TürkPA çərçivəsində əlaqələrimizin genişlənməsini müsbət dəyərləndirib. Bildirilib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKSOY, TürkPA, Beynəlxalq Türk Akademiyası, bu dövlətlərin Ağsaqqallar Şurası, Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində əməkdaşlığımız türk mənəvi birliyinin möhkəmlənməsinə xidmət edir.
Sədr Oqtay Əsədov ölkələrimizin Avropa ilə Asiya arasında körpü rolunu oynadığını qeyd edərək, münasibətlərimizin dərin tarixi köklərə söykəndiyini deyib. Bildirib ki, ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin hüquqi bazasını təşkil edir. Mütəmadi biznes-forumların keçirilməsi, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti dövlətlərimiz arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərir.
Sədr Milli Məclis ilə Qazaxıstan parlamenti arasında əlaqələrin inkişafından danışaraq hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini yüksək dəyərləndirib. Qeyd edilib ki, TürkPA öz fəaliyyəti ilə xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına və faydalı əməkdaşlığın dərinləşməsinə xidmət edir. Bizim birliyimizin möhkəmlənməsi dünyada nüfuzumuzun güclənməsi üçün möhkəm zəmin yaradır.
Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin ölkəmizə səfərinin məqsədinin TürkPA Beynəlxalq Katibliyinin yeni inzibati binasının açılışı mərasimində iştirak etmək, təşkilatın gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparmaq, həyatın müxtəlif sahələrində əməkdaşlığımızın perspektivlərini müzakirə etmək olduğunu söyləyib.
Qonaq münasibətlərimizin daha da dərinləşməsində hər iki ölkənin dövlət başçılarının səylərini yüksək qiymətləndirərək, parlamentlərin də xalqlarımızın rifahı naminə bu işə layiqli töhfə verdiyini deyib.
Söhbət zamanı türkdilli ölkələrin birliyi istiqamətində gərəkli addımların atılmasının zamanın tələbi olduğu qeyd edilib.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45

