Avropada multikulturalizm niyə iflas oldu
12.11.2016 [00:58]
Multikulturalizm - bir dövlət və ya region daxilində yaşayan etnik və milli azlıqların demokratik şərtlərlə birgə yaşayışı yeni ideya deyildir. Orta əsr Avropa maarifçilərinin, utopik sosialistlərin etik-fəlsəfi baxışlarından qaynaqlanan bu ideya ötən əsrin 90-cı illərindən etibarən aktuallaşmış, siyasi ideologiyaya çevrilmişdir. Bununla belə, bu gün bir sıra Qərb dövlətlərinin, o cümlədən Almaniyanın dövlət rəsmiləri multikulturalizm siyasətinin uğursuzluqla nəticələndiyini açıq şəkildə etiraf etməkdədirlər. Avropa nəinki başqalarına örnək ola biləcək xalqlararası və dinlərarası dialoq məkanına çevrilmiş, əksinə, burada etnik və dini ayrı-seçkilik, ksenofobiya, islamofobiya, ifrat millətçilik və neofaşizm sürətlə yayılmağa başlamışdır. Bu isə onu göstərir ki, dialoqa praqmatik yanaşmanın olmadığı dövlətlərdə multikulturalizm ya deklarativ xarakter daşıyır, ya da əks reaksiya doğuraraq etnik və dini dözümsüzlük təhlükəsini artırır.
“Multikulturalizm” anlayışı yaxın tarixlərdə ictimai-siyasi dövriyyəyə daxil olmuşdur. Bununla belə, qısa müddət ərzində dövlətdaxili, regional və beynəlxalq miqyaslarda xalqlararası və dinlərarası dialoqun əldə olunmasına, birgəyaşayış normalarının formalaşdırılmasına istiqamətləndirilmiş siyasi nəzəriyyə səviyyəsinə yüksəlmişdir. Lakin təəssüflər olsun ki, bəzi Avropa ölkələrində ayrı-ayrı siyasi maraqlar və korporativ yanaşmalar üzündən bu siyasi nəzəriyyənin tətbiqi etnik və dini problemləri kəskinləşdirmiş, qarşıdurmalara səbəb olmuşdur.
Hakim partiyanın - Xristian-Demokratik İttifaqının 2010-cu ilin oktyabr ayında keçirilmiş qurultayında kansler Angela Merkel bildirmişdir ki, Almaniyada multikultural cəmiyyətin qurulması prosesi tamamilə iflasa uğramış, onlar etnik və dini müxtəlifliyin ölkədə birgə yaşayışı modelini və hüquq mexanizmlərini qura bilməmişlər. Lakin onu da vurğulamışdır ki, bu siyasətin uğursuzluğuna baxmayaraq, ölkədəki çoxsaylı mühacirlər bundan sonra alman mədəniyyətini səylə mənimsəməli, yerli cəmiyyətə sürətlə inteqrasiya etməlidirlər. Bir il sonra Böyük Britaniyanın baş naziri Devid Kemeron və Fransa prezidenti Nikola Sarkozi almaniyalı həmkarlarının qənaətini təsdiqləmişlər. Hətta həmin il Münhen şəhərində keçirilmiş konfransda D.Kemeron demişdir ki, Avropaya mühacirət etmiş insanların yeni nəsli nə Qərb mədəniyyətinə, nə də atalarının ənənəvi islam mədəniyyətinə uyğunlaşa bilmirlər. Səbəb isə avropalıların öz milli və dini dəyərlərini onlara güzəştə getməsidir. “Biz hətta bu ziddiyyətlərə də göz yumub toleratlıq nümayiş etdirirdik”. N.Sarkozi isə əlavə etmişdir: “Multikulturalizm bizim onlara etdiyimiz güzəştlərin uğursuz nəticəsidir”. Elə isə Avropa multikulturalizminin səhvləri və multikulturalizmin Azərbaycan modelinin üstünlükləri nədir?
Əvvəla, Qərb dünyası multikulturalizm ideyasında illüziyalara qapılmış, məqsədi müəyyənləşdirsələr də, ona yönəlik yolları düzgün təyin edə bilməmişlər. Nəticədə, multikulturalizm dövlət daxilində olan etnik və dini ziddiyyətlərin daha qabardılması, siyasi müstəviyə çıxarılması üçün zəmin olmuşdur. Çünki onların multikulturalist yanaşma tərzi xalqların və dinlərin, bütövlükdə etnomədəniyyətlərin dialoquna deyil, bir mədəniyyətin digəri üzərində dominantlığına, totalitar etnosun və ya konfessiyanın monoloquna əsaslanırdı. Ən böyük səhv isə həmin siyasətin hədəfi kimi etnik, dini mənsubiyyətdən asılı olmadan bütün Almaniya cəmiyyəti deyil, məhz müsəlman mühacirlər müəyyən edilmişlər. Onların qarşısına “multikultural olmaq” tələbi qoyulmasına baxmayaraq, etnik və dini çoxluq bu ideologiyadan kənarda qalmışdır. Bu isə əks reaksiya doğurmuş, inteqrasiyanı dezinteqrasiya əvəz etmişdir. Nəticədə, Almaniyanın kansleri Angela Merkelin “The Washington Post” qəzetinə müsahibəsində dediyi kimi, “multikulturalizm dövlət daxilində paralel cəmiyyətlərin yaranmasına səbəb olan yalana çevrilmişdir.
Qeyd edək ki, Almaniyada multikultural cəmiyyət problemi İkinci Dünya müharibəsindən sonra gündəmə gəlmişdir. Ölkənin iqtisadiyyatını dirçəltmək məqsədilə Almaniya əvvəlcə İtaliya və İspaniyadan, sonra isə Türkiyə, Yunanıstan və keçmiş Yuqoslaviyadan ölkəyə kütləvi işçi qüvvəsi cəlb etməyə başlamışdır. Bu siyasətin yaradıcılarının qənaətinə görə, Almaniya iqtisadi potensialını bərpa etdikdən sonra “qeyri-ari etnik qruplardan” ibarət qastarbayterlərə ehtiyac olmayacaq və onlar öz vətənlərinə qayıdacaqlar. Məhz bu səbəbdən bu fərqli qrupların Almaniya cəmiyyətinə adaptasiyası qayğısına qalmamış, onların tədricən etnik və dini icmalar kimi formalaşmasına, öz adət və ənənələrini qorumaqla izolyasiya şəraitində yaşamalarına göz yummuşlar. Lakin sonradan həmin mühacirlərin Almaniyada daimi yaşaması zərurəti yarananda qastarbayterlərin “almanlaşdırılmasına” çalışsalar da, bu siyasət heç bir nəticə verməmişdir.
Avropa multikulturalizmi rəngarəngdir, çoxsaylı tip və modelləri vardır. Semantika baxımından “multikulturalizm” anlayışı “çoxmədəniyyətlilik” kimi yozulsa da, bütün bu tiplərin qüsurlu cəhəti isə onların zahirən deklarativ xarakter daşıması, bu siyasətin ayrı-ayrılıqda separasiyaya - milli və ya dini azlıqların cəmiyyətdən təcrid olunmasına, hüquqlarının məhdudlaşdırılmasına, zorən yerli etnomədəni şəraitə adaptasiya olunmasına və ya dominant xalq, mədəniyyət içərisində assimilyasiyasına yönəldilməsidir. Nəticədə, bu siyasətin icrası qarşı tərəfin etnik və dini müqavimətinin, radikalizm meyillərinin şiddətlənməsi ilə müşayiət olunur.
Azərbaycanda multikulturalizm siyasəti xarici ölkələrdəki analoqlarından tamamilə fərqlənir. O, tarixi ənənələrə söykənən milli və dini münasibətlər tipi olmaqla yanaşı, ilk növbədə mədəni müxtəlifliyin qorunmasına, xalqların milli-mədəni irsinin qorunmasına və inkişafına, onların qarşılıqlı faydalı inteqrasiyasına yönəldilmişdir. Müxtəlif etnik mədəniyyətlər arasında ənənəvi birgəyaşayış, qarşılıqlı hörmət prinsiplərinə söykənən bu model sivilizasiyalararası və mədəniyyətlərarası dialoq prosesində Azərbaycan Respublikasının çox uğurlu missiyası və töhfəsidir. Bu ənənələr “multikulturalizm” və “tolerantlıq” kimi təqdim olunsa da, heç də nə ötən yüzilliyin, nə də XXI əsrin siyasi-ideoloji yetirməsi deyildir, onun kökləri tarixin qədim çağlarına doğru uzanır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində belə demişdir: “Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə, haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik”.
Bu baxımdan, Azərbaycan Respublikasında multikulturalizm milli azlıqların dominant xalq və mədəniyyət içərisində assimilyasiyasına deyil, inteqrasiyasına yönəldilən effektiv vasitə olmaqla yanaşı, ölkədə vətəndaş birliyinə, tolerantlığa, müxtəlif etnik və dini qruplar arasında birgəyaşayış prinsiplərinin daha da möhkəmlənməsinə xidmət edir, daxili mədəni dinamikanı sürətləndirir, cəmiyyəti xarici təhdidlərə qarşı müqavimətdə səfərbər edir. Eyni zamanda, xalqların vahid ailə ətrafında birləşməsini təmin edən sosial fenomendir.
Faktiki olaraq, multikulturalizmin Azərbaycan modeli Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideyasının real təzahürüdür. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!” ifadəsi mahiyyət etibarilə azərbaycançılıq ideyasının, multikulturalizmin Azərbaycan modelinin fəlsəfəsini dolğunluqla əhatə edir. Çünki Azərbaycanda yaşayan bütün millətlər Azərbaycan xalqının, onların etnik mədəniyyətləri isə bütövlükdə Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsəsən, milli, dini mənşəyindən, dilindən, irqindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarına hörmət təsbit edilmiş, qəbul edilən bir sıra qanunlarda Azərbaycan ərazisində yaşayan bütün xalqların milli idenfikasiyasına dövlət tərəfindən təminat verilmişdir. Məhz onun təşəbbüsü ilə Azərbaycanda yaşayan xalqların ana dillərinin tədrisinə, mədəni irsinin qorunması və təbliğinə hüquqi zəmin yaradılmışdır.
Azərbaycan multikulturalizminin əsas xüsusiyyəti onun etnik və ya dini çoxluğun dominantlığından, onun azlıq üzərində təsirindən, öz mədəniyyətinin və inancının təlqinindən deyil, tarixi ənənələrə söykənən ortaq birgəyaşayış prinsipləri üzərində formalaşması, Azərbaycan xalqlarının bərabərhüquqlu dialoqundan qaynaqlanmasıdır. Bu müxtəlifliyin tətbiqi və təbliği Azərbaycan dövlətinin tarixi missiyalarındandır. Təcrübə göstərir ki, Azərbaycan Respublikasının yürütdüyü multikulturalizm siyasəti hazırda öz rasionallığını və demokratik prinsiplərə tam cavab verdiyini sübuta yetirmişdir. Azərbaycanda tarixi mədəni müxtəliflik ənənələrinin inkişafı və möhkəmlənməsi üçün əlverişli siyasi-hüquqi şərait yaradılmış, multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Bu siyasət Azərbaycan dövlətinin daxili siyasətində mühüm istiqamətlərdən biri olduğu üçün, təbii ki, ölkəmizin xarici siyasətinin formalaşmasına da öz təsirini göstərir. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan özünün multikulturalizm modelini dünyaya təqdim edir. 2014-cü il fevral ayının 28-də yeni təsisat - Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis olunmuş, Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ilin may ayının 15-də isə hələlik dünyada yeganə olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Azərbaycanın multikulturalizm sahəsində topladığı təcrübə dünyanın 11 ölkəsinin nüfuzlu ali məktəblərində, Azərbaycanın isə 20 ali məktəbində tədris edilir. Azərbaycan rəhbərliyi ölkədə multikulturalizm mühitinin qorunması məqsədilə bir sıra nüfuzlu beynəlxalq qurumlarla - BMT, ATƏT, İƏT və Avropa İttifaqı ilə əməkdaşlığı da genişləndirməkdədir. Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Prezident İlham Əliyev söylədiyi bu fikirlərdə multikulturalizmin Azərbaycan modelinin missiyası və məqsədlərini bir daha açıqlayaraq demişdir: “Biz göstəririk ki, bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, yaşayacaqlar. Azərbaycan dövləti onları, onların maraqlarını, milli duyğularını, ləyaqətini qoruyur. Onlar bizim qardaşlarımızdır. Bizim gücümüz birliyimizdədir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir”.
Bu zəngin və əvəzsiz sərvətin, Azərbaycanın mulikultural dəyərlərinin və topladığı təcrübənin dünyada tanıdılması paralel olaraq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət etməkdədir.
Lətifə Qurbanova,
Azərbaycan Dillər
Universitetinin dosenti
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

