Ötən il büdcənin gəlir hissəsi 102,7 faiz icra olunub
30.05.2009 [12:53]
Milli Məclisin dünənki iclasında “2008-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilib. Qanun layihəsi haqqında məlumat verən parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə 2008-ci ilin Azərbaycan tarixində ən uğurlu illərdən biri kimi qalacağını bildirdi. Onun sözlərinə görə, keçən il bütün dövlət orqanları büdcə proqnozlarını yerinə yetiriblər. ölkədə sivil dövlətlərə xas büdcə siyasətinin həyata keçirilməsi səbəbindən Azərbaycan dünyadakı qlobal maliyyə böhranının mənfi təsirlərindən sığortalanıb. “Siyasətimiz doğru olmasaydı, qlobal böhran şəraitində maliyyə ehtiyatlarımız azalardı. Amma bu gün biz bunun əksinin şahidi oluruq” - deyə komitə sədri vurğuladı. O, qeyd etdi ki, ildən-ilə Azərbaycanın iqtisadi qurumları arasında koordinasiya güclənir. Bu cür mütəşəkkillik hökumətin çevikliyini də artırır. Z.Səmədzadənin sözlərinə görə, bunu hökumətin böhranla bağlı həyata keçirdiyi qabaqlayıcı tədbirlər də sübut edir. Problemlərdən qaçmaq üçün artıq Azərbaycanın Mərkəzi Bankı sərt pul-kredit siyasətini dəyişib. İndi hökumət daha yumşaq pul-kredit siyasəti həyata keçirir.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov 2008-ci ildə ölkənin maliyyə sisteminin daha da möhkəmləndiyini və dinamik inkişafın davam etdiyini bildirdi. Onun sözlərinə görə, keçən il hökumətin əsas prioritetləri əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, real sektora dəstək və sahibkarlığa yardım olub. Bu istiqamətdə həyata keçirilən uğurlu tədbirlər makroiqtisadi göstəricilərdə də öz əksini tapıb. Dünyadakı qlobal böhrana baxmayaraq, keçən il Azərbaycanda üDM 10,8 faiz artıb. Son 6 ildə Azərbaycanın əhalisinin sayı 5,6 faiz artsa da, yoxsulluq səviyyəsi 3 dəfə azalıb. Keçən il büdcənin gəlir hissəsi 102,7 faiz icra olunub. Müxtəlif tədbirlərin maliyyələşdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 154 milyon manat, hökumətin Ehtiyat Fondundan isə 439 milyon manat xərclənib. Keçən il büdcə xərclərinin icrası 97,6 faiz olub. Nazir dedi ki, hökumət xarici borcların artmamasına da xüsusi diqqət yetirir. Keçən il müxtəlif maliyyə qurumları ilə 6 milyard 574 milyon manat məbləğində kredit sazişləri imzalanıb. Bu kreditlərin 3 milyard manatından istifadə olunub. Hazırda Azərbaycanın xarici borcları idarə olunan səviyyədədir. Bu borcların ümumi miqdarı üDM-in 6,4 faizi həcmindədir.
Hesablama Palatasının sədri Heydər Əsədov da dünyadakı əlverişsiz xarici mühitə baxmayaraq, keçən il Azərbaycan iqtisadiyyatının inkişafda olduğunu bildirdi. Onun sözlərinə görə, ölkədəki dayanıqlı iqtisadi sistem vətəndaşların maliyyə böhranından əziyyət çəkməsinə imkan verməyib. Əksinə, qiymətlərin ucuzlaşması ilə əlaqədar əhalinin əksər hissəsinin güzəranı daha da yaxşılaşıb. Palata sədri dedi ki, hökumət böhrandan sığortalanmaq üçün bir sıra çevik addımlar atıb. O, bu sırada ilk olaraq pul-kredit siyasətinin yumşaldılmasını göstərdi. H.Əsədovun sözlərinə görə, hökumət sahibkarlığa, aqrar sektora dəstəyi artırıb, enerji təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət göstərib. Böhran dövründə bankların likvidliliyinin qorunması da diqqət mərkəzində olub. Dövlət, hətta özəl bankların borclarını da nəzarət altına alıb.
H.Əsədov böhran dövründə büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin gücləndirilməsinə ehtiyacın artdığını bildirdi. Onun sözlərinə görə, Hesablama Palatası bu işdə Maliyyə Nazirliyi və digər iqtisadi qurumlarla yaxından əməkdaşlıq edir. Hesablama Palatası davamlı olaraq ekspert analitik təhlillər aparır. Əldə olunan qənaətlər hökumətin iqtisadi strukturları ilə bölüşülür.
2008-ci ilin dövlət büdcəsinin icrasına toxunan palata sədri qeyd etdi ki, aparılan təhlillər bir sıra narahatedici məqamları üzə çıxarıb. Məlum olub ki, 9 iri vergi ödəyicisi əvvəlki illərdə olduğu kimi, keçən il də öhdəliklərini yerinə yetirə bilməyib. Nəticədə iri vergi ödəyicilərinin borcları artmaqda davam edib. Bundan əlavə, büdcə xərcləri ilə bağlı bir sıra xarakterik səhvlər aşkarlanıb. Bəzən büdcə vəsaitlərindən səmərəsiz istifadə halları aşkarlanıb. H.Əsədov bir sıra səhmdar cəmiyyətlərdə dividentlərin ödənilməsi ilə bağlı problemlərin olduğunu da bildirdi. Bundan əlavə, dövlət proqramlarının icrasında da müəyyən nöqsanlar aşkarlanıb. Palata sədri dedi ki, ölkənin mənzil-kommunal təsərrüfatı sektorunda da ciddi islahatların aparılmasına ehtiyac var. Onun sözlərinə görə, bu sahədə normativlərin dəyişdirilməsi vacibdir. Həmçinin, bu cür təsərrüfatların maliyyələşmə mexanizmi də gözdən keçirilməlidir. H.Əsədov dedi ki, aparılan təhlillər nəticəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də bir sıra addımlar atılıb. Palatanın təklifi ilə təkcə “Büdcə sistemi haqqında” qanuna 7 dəyişiklik edilib. Bundan əlavə, büdcə təsnifatının dəqiqləşdirilməsi ilə bağlı verilən təkliflər də nəzərə alınıb. H.Əsədov dedi ki, hələ də bir sıra qanunvericilik aktlarının təkmilləşməsinə ehtiyac var. Onun sözlərinə görə, dövlət zəmanəti ilə alınmış bəzi kreditlər qaytarılmadığından Maliyyə Nazirliyinə əlavə yük olub. Bu kreditlər uzun müddətdir büdcədən asılı vəziyyətdə qalıb. Palata sədri dedi ki, bu kreditlərin ya silinməsinə, ya da dondurulmasına ehtiyac var.
Müzakirələr zamanı millət vəkili Rafiq Məmmədhəsənov bildirdi ki, ölkəmizin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. O, ölkə başçısının qərb bölgəsinə səfəri zamanı yeni müəssisələrin açıldığını xatırladaraq bütün bunların regionların inkişafına xidmət etdiyini dedi. Millət vəkili Gədəbəy rayonunda qızıl istehsalına başlanmasını da mühüm hadisə kimi qiymətləndirdi. Bu rayonda kartof istehsalının böyük olduğunu deyən R.Məmmədhəsənovun sözlərinə görə, buna baxmayaraq kəndlilər öz məhsullarını sata bilmirlər. O, təklif edib ki, məhsullarının satılmasında hökumət yerli fermerlərə yardım göstərsin. Millət vəkili həmçinin, şəkərli diabet xəstələrinə qayğını nəzərdə tutan dövlət proqramının müddətinin uzadılmasını təklif edib. Buna səbəb isə dünyada, o cümlədən, Azərbaycanda belə xəstələrin sayının artmasıdır.
Millət vəkili Vahid Əhmədov böhran şəraitində Mərkəzi Bankın fəaliyyətini müsbət qiymətləndirdi. Millət vəkili vaxtı keçmiş kreditlər məsələsinin həllinə baxılmasını da vacib hesab etdi.
Millət vəkili Əli Məsimli isə büdcə vəsaitlərinin xərclənməsinə dövlət nəzarətinin gücləndirilməsini vacib saydı. Daha sonra millət vəkilləri Əhəd Abıyev, Zahid Oruc, Arzu Səmədbəyli, Cəmil Həsənli və digərləri qanun layhihəsi barədə çıxış etdilər.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olundu.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:55
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36

