Azərbaycan dünyaya Günəş kimi doğacaq
11.06.2016 [09:33]
Tarix heç zaman heç kimi və heç nəyi unutmur. Uzun illər keçməsinə baxmayaraq, biz keçmişimizi bu gün görməsək, gələcəyimizi qura bilmərik.
İlindən və yaxud dövründən asılı olmayaraq, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə əsl dövlət adamı kimi doğma xalqının gələcək xoşbəxtliyi üçün möhkəm təməl qoymuşdur. Tarixin yetişdirdiyi dahi şəxsiyyətlər həmişə öz taleyini deyil, xalqının, Vətəninin gələcəyini düşünüblər. Dünya siyasətinin nəhəng simalarından olan Heydər Əliyev də Öz xalqını düşünən, ürəkdən sevən, bu yolda hər an canından keçməyə hazır olan lider idi. Heydər Əliyev Azərbaycan xalqının rəhbəri olmaqla bərabər, həm də Allah-Təalanın bizə bəxş etdiyi nadir siyasətçi və dövlət xadimi idi.
Sovetlər İttifaqının tərkibində olduğumuz 1960-cı illərin axırında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Məhz həmin vaxt Heydər Əliyevin respublikanın rəhbərliyinə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mədəniyyətin tərəqqisi dövrü yaşandı.
1969-1982-ci illərdə respublikamızda gedən irimiqyaslı tikinti-quruculuq işləri, vüsətli iqtisadi tərəqqi nəticəsində Azərbaycanın nüfuzu yüksəldi, paytaxtımız Bakı dünyanın tanınmış şəhərləri sırasında özünə möhkəm yer tutdu. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə isə yenicə müstəqillik əldə etmiş ölkəni vətəndaş müharibəsi təhlükəsindən, qardaş qırğınından, dövlətimizi parçalanmaqdan, ictimai-siyasi pərakəndəlikdən xilas etmişdir. Qısa bir zamanda xalqımızı yenidən vahid bir məfkurə ətrafında səfərbər edən Ulu öndər xalqın qəlbində sabaha inam hissini yaratmağı bacardı. Ümummilli liderimiz Heydər Əliyev, eyni zamanda, Öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını gərçəkləşdirdi. Azərbaycan dövlətçiliyinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu.
Beləliklə, bəşər tarixinin yetirdiyi ən görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası, polad iradəsi və qətiyyəti sayəsində iki əsrin və iki minilliyin qovuşuğunda Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə tam müstəqil bir dövlət kimi inamla qədəm qoydu. 1993-cü ilin keşməkeşli iyun günlərində xalqın xahişi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu öndər xalqımızı və Azərbaycanı bütün bəlalardan hifz edib, qorudu. Məlum olduğu kimi, həmin dövrdə Azərbaycanın bir dövlət kimi mövcudluğu şübhə altına düşmüşdü. Ölkədə xaos, özbaşınalıq, anarxiya hökm sürürdü, siyasi və iqtisadi böhran getdikcə dərinləşirdi. Dərin böhranı aradan qaldırmaq, ölkəni görünməmiş bəladan xilas etmək üçün lazım olan enerji, müdriklik və uzaqgörənlik isə yalnız bu nadir insanda var idi.
Xalqın çağırışına heç vaxt biganə qalmayan Ulu öndərimiz 1993-cü il iyunun 9-da Naxçıvandan respublika paytaxtına gəldi və iyunun 15-də Ali Sovetin Sədri seçildi. Ölkəyə rəhbərlik məsuliyyətini Öz üzərinə götürən Ulu öndər Heydər Əliyev misilsiz xidmətləri ilə Azərbaycan xalqının və tariximizin ən qüdrətli şəxsiyyətinə çevrildi. Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə qayıdışı millətimizin və dövlətimizin qurtuluşu idi. Bu qayıdışın bizə hansı uğurlar gətirdiyi, müstəqil dövlətimizi hansı səviyyəyə çatdırdığı göz önündədir. Bu gün sabitliyə, rifaha, yüksəlişə qovuşmuş Azərbaycan öz iqtisadi inkişaf tempinə görə hətta dünya miqyasında xüsusi mövqeyə malikdir.
Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. İndi planetimizin çox yerindən nəzərlər dünyada ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana yönəlib. Təkcə biz yox, bütün dünya bilir ki, “Əsrin müqaviləsi”nin və digər neft kontraktlarının, iqtisadi və strateji baxımdan misilsiz əhəmiyyətə malik enerji layihələrinin reallaşması Heydər Əliyevin xidmətidir. 1994-cü ildə çoxlarına qeyri-mümkün kimi görünən layihələri yalnız Ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi sayəsində reallaşdırmaq mümkün olub. Beləliklə, milli tariximizin Heydər Əliyev dövrü özünün daha şərəfli mərhələsinə daxil oldu. Bu gün biz cəsarətlə XX əsri Heydər Əliyev əsri adlandıra bilərik. Çünki bu dövr nadir zəka sahibinin ölkəmizə rəhbərlik etdiyi illərdir. Ulu öndər Heydər Əliyevin əsəri olan müasir Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter almışdır. Azərbaycan dünya birliyinin tərkib hissəsinə çevrilmiş, böyük beynəlxalq nüfuz qazanmışdır. Müstəqil dövlətimizin timsalında ötən illəri təhlil edərkən bir daha əminliklə söyləmək olar ki, həqiqətən də tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Bu mənada Mustafa Kamal Atatürkün Türkiyə, Şarlı de Qolun Fransa üçün etdiklərini Heydər Əliyev ən çətin məqamda Vətəni və xalqı üçün edib.
Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının və mütəfəkkirlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymət və göstərilən ehtiramdır.
Amerika tarixçisi Odri Alstad: “Bütün güclü şəxsiyyətlər kimi Heydər Əliyev hamını Öz arxasınca apara bilir”.
Moskvanın sabiq meri Yuri Lujkov: “Biz Heydər Əliyevin həm Öz xalqı üçün, həm də başqa xalqlar üçün gördüyü bütün işləri heç zaman unutmayacağıq”.
Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhran dövründə Öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı Onun qoyduğu irs ilə fəxr edə bilər”.
Vaxt ötəcək, nəsillər bir-birini əvəz edəcək və gələcəkdə də hamı bir daha keçmişimizi araşdıranda görəcək ki, Heydər Əliyev böyük və tükənməz düha sahibi kimi ölkəmizin bu günü, həmçinin gələcəyi üçün nələr etmişdir, necə əzəmətli tədbirlər həyata keçirmişdir. Qazandığımız müstəqilliyə, əldə olunan sabitliyə, həyatımızdakı inkişafa və tərəqqiyə görə biz məhz bu böyük şəxsiyyətə çox borcluyuq.
Təsadüfi deyil ki, çağdaş tariximizin bütöv bir epoxası Heydər Əliyev dövrü adlandırılır. Bizim hər birimiz əminik ki, Ümummilli liderimiz Heydər Əliyevin qurucusu və memarı olduğu müasir Azərbaycanda Onun siyasəti layiqli davamçısı, Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ümummilli liderimizin başladığı işləri uğurla davam etdirən Prezident İlham Əliyev Onun məqsəd və amallarını gerçəkləşdirmək üçün möhtəşəm quruculuq tədbirləri, islahatlar həyata keçirir. Ölkəmizin rəhbərinin bu gün dünya miqyasında qazandığı böyük nüfuz, nəhəng dövlətlərin başçıları ilə apardığı işlər öz yüksək nəticəsini verir. Azərbaycan Prezident cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini əbədi qoruyub saxlayacaq.
Bir neçə gündən sonra xalqımız Heydər Əliyevin Azərbaycan tarixinə yazdığı 15 İyun - Milli Qurtuluş Gününü qeyd edəcək.
Ulu öndərimizin dediyi kimi: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”.
Misirxan VƏLİYEV
Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvü
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

