Naxçıvanda şəhid ailələrinə mənzillər təqdim olunub
07.05.2016 [09:24]
Mayın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu ilin aprel ayında Füzuli və Tərtər rayonlarında döyüşlərdə şəhid olan mayor Rasim Məmmədov və leytenant Qabil Orucəliyevin ailələrinə yeni mənzillər təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən şəhid ailələrinin mənzillərlə təmin olunduğunu bildirərək deyib: “Şəhidlərimizin vətən qarşısındakı xidmətləri dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildi, Azərbaycana dost olan ölkələr şəhidlərimizə ehtiramlarını bildirdilər. Bu gün şəhidlərin vətən qarşısındakı şücaətinin nəticəsi olaraq onların ailələrinə mənzillər təqdim olunur. Şəhidlərimizin qəhrəmanlıqları bundan sonra da unudulmayacaq, şəhid ailələri, şəhid övladları daim dövlətimizin himayəsi altında yaşayacaqlar”.
“Şəhid ailələri vətən uğrunda canlarını qurban verən igid oğullarının itkisini ailələrinin faciəsi kimi deyil, xalqın qəhrəmanlıq nümunəsi kimi qarşıladılar”, - deyən Ali Məclisin Sədri göstərdikləri səbir və dözümə görə şəhid ailələrinə təşəkkür edib.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini Azərbaycan Respublikasının Prezidentinin adından şəhid ailələrinə təqdim edib və onlara yeni mənzillərdə firavanlıq arzulayıb.
Şəhid Qabil Orucəliyevin ailəsi adından danışan Məhəmmədəli Kərimov ölkəmizdə şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirərək deyib: “Fəxr edirik ki, qüdrətli və müstəqil Azərbaycanda yaşayırıq. Biz ölkəmizdə həyata keçirilən siyasi xətti dəstəkləyirik. Əminik ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz torpaqlarımızı işğaldan azad edəcəkdir. Şəhid Qabil Orucəliyevin qardaşı İsa Orucəliyev azyaşlıdır. Lakin buna baxmayaraq o, and içib ki, şəhidlik zirvəsinə yüksələn qəhrəman vətən oğullarının qanını yerdə qoymayacaqdır. Müstəqil Azərbaycanla, onun müzəffər ordusu və vətənpərvər gəncləri ilə qürur duyur, göstərilən diqqətə görə şəhid ailələri adından Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıq edirik”.
Sonda Ali Məclisin Sədri şəhid ailələri ilə xatirə şəkli çəkdirib.
Şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Naxçıvan şəhərindəki yeni yaşayış kompleksində yerləşir. Tam təmir olunan mənzillərə bütün mebel avadanlıqları və məişət əşyaları qoyulub, lazımi kommunal-məişət şəraiti yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53

