Pekində “Azərbaycanın inkişaf yolu” kitabının təqdimatı keçirilib
06.05.2016 [10:09]
Pekində Çin dilində “Azərbaycanın inkişaf yolu” kitabının təqdimatı keçirilib.
Azərbaycanın Çindəki səfirliyinin və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə keçirilən tədbirdə Çinin dövlət qurumlarının, araşdırma mərkəzlərinin, ali təhsil ocaqlarının, müxtəlif təşkilatların, Pekindəki diplomatik korpusun təmsilçiləri, o cümlədən Ukraynanın, Gürcüstanın, Moldovanın səfirləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov, Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının vitse-prezidenti Fen Cunpin, İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədri Lu Ciacun, Uxan Universitetinin professoru Lyu Cayçi, Gürcüstanın Pekindəki səfiri David Aptsiauri və başqaları kitabın Çin ictimaiyyəti üçün Azərbaycan haqqında əsaslı məlumat mənbəyi kimi əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın da hərbi təcavüzü nəticəsində çətin şəraitlə üzləşmişdi. Belə bir dövrdə görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı və Onun uzaqgörən siyasəti, idarəçilik təcrübəsi sayəsində Azərbaycan yox olmaq təhlükəsini aşaraq inkişaf dövrünə qədəm qoydu. Dünyanın iri şirkətləri ilə imzalanmış neft müqavilələri Azərbaycanın hərtərəfli inkişafı üçün yeni imkanlar açdı, Ulu öndərin təşəbbüsü ilə əsası qoyulan və Prezident İlham Əliyevin liderliyi ilə reallaşan irimiqyaslı enerji və nəqliyyat layihələri Azərbaycanı regionun lider dövlətinə çevirdi.
Çıxış edənlər hələ qədim İpək yolu dövründən təməli qoyulmuş Azərbaycan-Çin münasibətlərinin 1994-cü ildə Ulu öndər Heydər Əliyevin Çinə səfəri ilə yeni tarixi dövrə qədəm qoyduğunu bildirərək, ötən dövrdə hər iki tərəfin əlaqələrimizin inkişafına böyük diqqət yetirdiklərini diqqətə çatdırıblar. Qeyd olunub ki, ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri ölkələrimizin əməkdaşlığı üçün yeni imkanlar açıb.
Azərbaycan və Çinin bir çox beynəlxalq məsələlərə münasibətdə mövqeyinin yaxınlığını qeyd edən natiqlər hər iki ölkənin bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini vurğulayıblar. Bildirilib ki, Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsini dəstəkləyən Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm bir hissəsi kimi bu təşəbbüsün reallaşmasına böyük töhfələr verə bilər.
SAM-ın aparıcı elmi işçisi Rəşad Kərimovun tərtib etdiyi kitabda Azərbaycanın tarixinə, coğrafiyasına, mədəniyyətinə, ölkənin son 25 ildə keçdiyi yola, milli dövlət quruculuğuna, iqtisadi inkişafına, neft sənayesinə, gələcək inkişaf planlarına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir tarixindəki əvəzolunmaz roluna, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin son illər dinamik inkişafına, qazandığı uğurlara, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği istiqamətindəki fəaliyyətinə dair ətraflı məlumatlar əksini tapıb. Bundan başqa, kitabda ölkənin sosial-iqtisadi vəziyyətinə dair statistik məlumatlara, son illər Azərbaycanda keçirilmiş nüfuzlu beynəlxalq tədbirlərə, habelə Azərbaycan-Çin münasibətlərinə dair faktlara da geniş yer verilib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

