Ermənistanın məqsədi Azərbaycanı dünyaya neqativ təcavüzkar obrazında təqdim etmək idi
07.04.2016 [10:19]
Amerikada çıxan “The Washington Times” qəzetində avstraliyalı siyasi icmalçı, Yaxın Şərqdə, Avrasiyada və postsovet respublikalarında baş verən hadisələrin təhlili üzrə ixtisaslaşan Castin Amlerin məqaləsi dərc edilib. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində münaqişənin genişlənməsindən bəhs edilən bu məqalədə deyilir ki, bu günlərdə regionda zorakılığın artması son iyirmi ildə ən ciddi hadisədir.
Müəllif hesab edir ki, işğal edilmiş ərazilərdə son hadisələr Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtona, Nüvə Təhlükəsizliyi Sammitinə uğurlu səfərinə Ermənistanın reaksiyası ilə bağlıdır. C.Amler yazır ki, Azərbaycan Prezidentinin ABŞ-a dəvət edilməsi qlobal nüvə təhlükəsizliyində və terrorizmə qarşı mübarizədə Azərbaycanın artan strateji rolunun Vaşinqton tərəfindən etiraf edilməsinin göstəricisidir.
C.Amler yazır: “Sabit hökuməti, davamlı iqtisadiyyatı və etnik tolerantlığı ilə seçilən Azərbaycan son dövrlərdə özünün qeyri-sabitliyi ilə məşhurlaşmış Qafqaz regionunda sabitləşdirici qüvvədir və Amerikaya bu səfər yalnız uğur hesab edilə bilər”.
Lakin dünya arenasında güclü və strateji əhəmiyyətli Azərbaycanın məhz bu imici Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionundakı oyuncaq rejimin imicinin tam əksidir. Ekspert vurğulayır ki, təmas xətti boyunca yerləşən kəndlərə erməni silahlı qüvvələrinin hücumları Azərbaycan silahlı qüvvələrini cavab tədbirlərinə təhrik etmək üçün nəzərdə tutulmuşdu və Azərbaycan ordusunun bölmələri belə də etdilər. Müəllif qeyd edir ki, Ermənistanın məqsədi Azərbaycanı dünyaya neqativ təcavüzkar obrazında təqdim etmək idi. C.Amler öz siyasi və iqtisadi müstəqilliyini itirmiş Ermənistan barədə yazır ki, erməni millətçiliyi və Azərbaycana qarşı təcavüz Ermənistanı uçuruma yuvarlayıb. O vurğulayır ki, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məclisinin və Avropa Şurası Parlament Assambleyasının müvafiq qətnamələri buna sübutdur. Sonda ekspert Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin zəruri olduğunu qeyd edir.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43

