Azərbaycan məqsədyönlü imic siyasəti vasitəsilə öz dinamik inkişafını nümayiş etdirir
05.02.2016 [09:42]
Rusiyanın nüfuzlu “Mejdunarodnaya jizn” elmi-analitik jurnalında siyasi elmlər namizədi, “Public Diplomacy Group” beynəlxalq konsaltinq şəbəkəsinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) nəzarət-təftiş komissiyasının üzvü İbrahim İbrahimovun “Qlobal imic layihələri Azərbaycanın dövlət brendinin formalaşması vasitəsi kimi” sərlövhəli məqaləsi (bax: https://interaffairs.ru/news/show/14521) dərc olunub.
Məqalə qlobal bazarlar və müasir media dövründə beynəlxalq münasibətlərin əsas vasitəsi kimi dövlət brendinin yaradılması məsələsinə həsr olunub, dövlət brendi anlayışı isə özündə iqtisadi, siyasi və mədəni aspektləri ehtiva edən çoxşaxəli kateqoriya kimi təqdim edilib.
Məqalədə deyilir ki, milli brendinqin rolunun artmasını ilk növbədə modern və beynəlxalq münasibətlər geosiyasəti paradiqmalarının postmodern “obrazlar və təsir dünyası” konsepsiyası ilə əvəzlənməsi şərtləndirir. Müəllif yazır ki, dövlətin beynəlxalq arenada uğur qazanması üçün müasir siyasətçilər brend-menecment vərdişlərinə yiyələnməlidirlər.
Milli brend-menecment sahəsində müasir xarici konsepsiyaların nəzəri bazalarının geniş tədqiqinə əsaslanan müəllif Azərbaycanın dövlət brendinqi strategiyasının konseptual əsaslarının təhlilini aparıb və onları yığcam ifadə edib.
Gənc azərbaycanlı alimin fikrincə, müstəqilliyini 25 il əvvəl bərpa edən Azərbaycan üçün düzgün brendinq strategiyasının qurulması həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyan vacib strateji məsələdir. Məqalədə deyilir: “Sovet İttifaqının dağılması Azərbaycana beynəlxalq humanitar məkanda öz identikliyini formalaşdırmaq, qlobal dünyada öz yerini müəyyən etmək üçün tarixi imkan verdi. Deməli, Azərbaycan brendində dünyaya müraciət yer almalıdır. Bir tərəfdən o, Azərbaycan tarixini, mədəniyyətini əks etdirməli, yəni Azərbaycanın milli kökləri barədə məlumat verməli, digər tərəfdən, gələcəyə tuşlanmalı, ölkənin inkişaf vektorunu, onun müasirliyini nümayiş etdirməli, həm daxili, həm də xarici auditoriyanı ruhlandırmalı, cəlb etməlidir”.
Bu kontekstdə müəllif dövlət brendinin formalaşmasının səmərəli vasitələrindən biri kimi Azərbaycanda qlobal əhəmiyyətli mədəni, idman və siyasi tədbirlərin təşkilinə xüsusi yer ayıraraq yazır: “Bir tərəfdən bu, dövlətin artan iqtisadi qüdrətini nümayiş etdirmək üçün nadir imkan, digər tərəfdən, Azərbaycanın inkişaf vektorunun, dünya birliyində sanballı mövqeni hədəf götürən, yaradıcı inkişafa və beynəlxalq əməkdaşlığa tuşlanan ambisiyalarının göstəricisidir”.
Müəllif hesab edir ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın qlobal proseslərdə tərəfdaşların etibarını və hörmətini qazanan fəal iştirakçı imicini formalaşdırır. Eyni zamanda, imic xarakterli tədbirlərin keçirilməsi çoxsaylı xarici qonaq qəbul etmək üçün zəruri olan infrastrukturun - hava limanlarının, mehmanxanaların, beynəlxalq səviyyəli idman və mədəniyyət qurğularının, mədəniyyət mərkəzlərinin və s. geniş miqyaslı inkişafını tənzimləyərək, ölkənin təkcə siyasi deyil, həm də xarici simasını dəyişir.
Müəllif yazır: “Qlobal əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsinə həm ictimai diplomatiya kontekstində, həm də xarici turizmin inkişafı və ölkənin investisiya cəlbediciliyinin artırılması nöqteyi-nəzərindən baxılmalıdır. Azərbaycanın regional mədəni və siyasi mərkəz kimi təşəkkülü onun bir dövlət kimi cəlbediciliyini və buna müvafiq olaraq, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün onun “yumşaq güc” imkanlarını artırır”.
Müəllif tutarlı arqumentlərlə sübut edir ki, Bakıda dünyanın elmi, siyasi və işgüzar elitasının görkəmli nümayəndələrinin cəlb olunduğu nüfuzlu tədbirlərin müntəzəm keçirilməsi Azərbaycanın mühüm beynəlxalq və humanitar meydan brendini formalaşdırır. Onun fikrincə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu və Qlobal Açıq Cəmiyyətlər Forumu kimi beynəlxalq tədbirlər bu strategiyanın karkasıdır. Azərbaycanda belə diskussiya meydanlarının yaradılması brend yaratmaqdan başqa, ölkənin ictimai diplomatiyasının bir sıra mühüm məsələlərinin həllinə də kömək edir.
Məqalədə idman diplomatiyasının təkcə ölkənin müsbət imicinin formalaşmasında deyil, həm də xarici turizmin inkişafında təsirli mexanizm olduğu vurğulanıb. Müasir dünyada beynəlxalq idman ilə siyasətin qarşılıqlı təsiri şəksizdir. Bu da idmanı “yumşaq gücün” ayrılmaz komponentinə çevirir. Müəllif birinci Avropa Oyunlarının keçirilməsini, qarşıdan gələn Şahmat Olimpiadasını və İslam Həmrəylik Oyunlarını bu baxımdan yüksək qiymətləndirib.
Qeyd edək ki, məqalədə sadalanan, ölkənin brendini formalaşdıran imic aksiyalarının təsiri çoxsəviyyəli xarakter daşıyır. Humanitar forumların keçirilməsi Azərbaycanın ilk növbədə məhdud hədəf auditoriya (dünya intellektual, siyasi və işgüzar elitası) tərəfindən qəbul edilməsinə təsir göstərirsə, mədəni-kütləvi tədbirlər (musiqi müsabiqələri, idman yarışları) geniş auditoriyanı əhatə etməyə imkan verir.
Beləliklə, müstəqilliyini 25 ildən bir qədər əvvəl bərpa edən Azərbaycan Respublikası məqsədyönlü imic siyasəti vasitəsilə müasirliyini, dinamik inkişafını nümayiş etdirir, siyasi, idman və humanitar təşəbbüslərin yeni mərkəzi kimi dünya siyasi xəritəsində öz yerini təsdiq edir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27

