Azərbaycan 2015-ci ildə uğurla inkişaf edib
07.01.2016 [10:10]
Prezident İlham Əliyev: 2016-cı ildə də və bundan sonrakı illərdə də Azərbaycan prinsipial siyasətdən dönməyəcək, müstəqil siyasət aparacaq
Dinamik inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Bir sözlə, praqmatik iqtisadi siyasətin nəticəsi kimi əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub.
Ümumiyyətlə, bu gün Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə qismində çıxış edir. Həyata keçirilən davamlı islahatlar isə, qeyd etdiyimiz kimi, müəyyən olunmuş hədəflərə çatmaq üçün strateji zəmin formalaşdırır. Bu kontekstdə ötən ilin yekunları da Azərbaycanın inkişaf və sabitliyinin davamlı olacağına dəlalət edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məqamlara toxunaraq qeyd edib ki, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir: “Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edək, ölkəmizin dinamik inkişafına nail olaq. Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır və yaşayacaqdır. Eyni zamanda, 2015-ci ildə neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, üç dəfə aşağı düşmüşdür. Bunu ilin əvvəlində təsəvvür etmək mümkün deyildi. Ancaq bu, reallıqdır və yenə də Azərbaycanda aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edildi, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdi. Xüsusilə qeyri-neft sənayesinin 7 faizdən çox artması məni xüsusən sevindirir. Bu, onu göstərir ki, əvvəlki illərdə apardığımız siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və neftdən asılılığımız getdikcə daha da azalacaq”.
Sosial sferada mühüm nailiyyətlər əldə edilib
Ötən il həyata keçirilən uğurlu və düşünülmüş siyasət sosial sferada da mühüm nailiyyətlərin əldə edilməsi ilə müşayiət olunub. Ümumiyyətlə, Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sosial siyasət elə şəkildə həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizə qədəri sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur. Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Prezident İlham Əliyev bəhs olunan nitqində bu barədə qeyd edib: “Azərbaycanda sosial məsələlər öz həllini tapır. Baxmayaraq ki, gəlirlərimiz kəskin şəkildə azalmışdır, bir dənə də olsun sosial proqram təxirə salınmadı. Bütün sosial layihələrimiz icra edilmişdir. Bu da siyasətimizin mahiyyətini, yəni mənasını göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz güclü dövlət qururuq, güclü iqtisadiyyat qururuq, eyni zamanda, insanların rifahı bizim üçün həmişə prioritet məsələ olubdur və olacaqdır”.
Cənubi Qafqazın lider dövlətinin beynəlxalq mövqeyi daha da güclənib
Prezident İlham Əliyev onu da qeyd edib ki, 2015-ci ildə ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır: “Mənim xarici səfərlərim, xarici dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu bir daha təsdiqləyir. 2015-ci ildə rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak etmək üçün müxtəlif ölkələrdə olmuşam, 20 xarici səfər həyata keçirmişəm və bu il Azərbaycanda 15 dövlət və hökumət başçısı rəsmi və qeyri-rəsmi səfərlərdə olmuşlar”.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Eyni zamanda, bəhs olunan xarici siyasət strategiyası ölkəmizi etibarlı strateji tərəfdaşa çevirib. Və bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Hazırda rasional xarici siyasət kursu həyata keçirən müstəqil milli dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bizim apardığımız xarici siyasət dünya birliyi tərəfindən yüksək qiymətləndirilir, rəğbətlə qarşılanır. Çünki biz müstəqil siyasət aparırıq. Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını müdafiə edir. Bizə qarşı olan təzyiqlər, hədə-qorxular bizim siyasətimizə zərrə qədər təsir etmir və etməyəcək. Biz heç kimdən və heç nədən qorxmuruq. Bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir və ölkəmizin beynəlxalq nüfuzunu qaldırmaqdır.
Sizi əmin edirəm ki, 2016-cı ildə də və bundan sonrakı illərdə də Azərbaycan prinsipial siyasətdən dönməyəcək, müstəqil siyasət aparacaq və bizə qarşı kampaniya aparmaq istəyənlər bunu nəzərə alsınlar. Onların səyləri əbəsdir, bizim siyasətimizə təsir etmir və heç vaxt etməyəcəkdir”.
Gələcək Avropa Oyunlarının yüksək standartlarını məhz Azərbaycan müəyyənləşdirdi
Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirən, davamlı uğurları şərtləndirən amillərdən biri isə ölkəmizin dünyamiqyaslı mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsidir. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərar qəbul edərkən Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi edəcəyinə heç bir şübhə yox idi. Avropanın idman ictimaiyyəti, nüfuzlu araşdırma mərkəzləri, ekspertlər ilk Avropa Oyunlarının keçirilməsi hüququnun iqtisadi baxımdan güclü, siyasi cəhətdən sabit və təhlükəsiz, infrastruktur baxımından müasir ölkələr sırasında olan Azərbaycana, dünyanın idman mərkəzlərindən biri kimi tanınan Bakıya etibar edilməsini qanunauyğun hal kimi xarakterizə etmişdilər. Və gözləntilər özünü doğrultdu, Bakıda keçirilən ilk Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə oldu. Azərbaycanın uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına beynəlxalq miqyasda da böyük maraq müşahidə edildi. Şübhəsiz ki, burada dövlətin, Prezident İlham Əliyevin idmana qayğısı ilə yanaşı, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətini də xüsusilə vurğulamaq lazımdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin üzvləri hazırlıq işlərinə start verilən ilk gündən Avropa idman ailəsinin ölkəmizə göstərdiyi yüksək etimadı doğrultmaq üçün səmərəli fəaliyyət göstərdilər. Bunun nəticəsidir ki, Azərbaycanın birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində gördüyü işlər Avropa Olimpiya Komitəsinin təmsilçiləri tərəfindən yüksək qiymətləndirildi. AOK-un prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimindəki çıxışında Oyunlara hazırlıq sahəsində bütün Bakı heyətinin dünya rekorduna imza atdığını bildirdi.
Beləliklə, gələcək Avropa Oyunlarının yüksək standartlarını məhz Azərbaycan müəyyənləşdirdi. Möhtəşəm açılış və bağlanış mərasimləri dünyaya Azərbaycanın güclü potensialını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev bu barədə vurğulayıb ki, “bu il tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan burada da öz gücünü göstərdi. Altı mindən çox idmançı, minlərlə qonaq ölkəmizə gəlmişdir və ölkəmizin reallıqları ilə özləri tanış ola bilmişdir. Avropa Oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Avropa Oyunları Azərbaycan dövlətinin təntənəsidir. Eyni zamanda, Azərbaycan idmanının təntənəsidir. Çünki bizim idmançılarımız, milli komandamız 56 medal qazanaraq, - onlardan 21-i qızıl medaldır, - komanda hesabında ikinci yerə layiq görülmüşdür. Bu, doğrudan da ölkəmizin böyük zəfəridir və hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, biz bu uğura imza ata bilmişik”.
Dağlıq Qarabağ münaqişəsinin həlli strateji prioritet kimi...
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət kursunun mühüm strateji istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir. Ümumiyyətlə, Azərbaycan münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyət sərgiləyib. Bildiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin qarşıya qoyduğu ən prioritet məsələdir. Azərbaycan konfliktin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Xarici siyasətimizin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, 2015-ci ildə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Bunun da səbəbi xalq üçün aydındır. Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər. Danışıqlarda özlərini qeyri-səmimi aparırlar və müxtəlif bəhanələrlə çalışırlar ki, bu danışıqlar prosesi daim davam etsin”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyi tamamilə aydın və birmənalıdır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayonu işğaldan azad edilməli, soydaşlarımızın yurd-yuvasına qayıtması və təhlükəsiz həyat şəraiti təmin olunmalı, daha sonra Dağlıq Qarabağın statusu məsələsi öz həllini tapmalıdır. Dövlətimizin başçısı bildirib ki, bizim siyasətimiz bundan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir: “İşğalçılar işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır və Azərbaycan vətəndaşları doğma torpaqlara qayıtmalıdırlar”.
Ümumiyyətlə, danışıqların hazırkı mənzərəsi Azərbaycanın aşkar üstünlüyünü, Ermənistanın isə çətin vəziyyətdə olduğunu göstərir. Sülhün əldə olunması məqsədilə yekun razılaşmanın müzakirəsinə hazır olduğunu bildirən Azərbaycan bununla irəliyə doğru daha bir addım atıb. Bütün bunların qarşılığında Ermənistanın hələ də danışıqları uzatmağa çalışması, konstruktiv mövqe ortaya qoymaqdan imtina etməsi işğalçı ölkənin özünü çətin duruma salıb. İşğalçı ölkə rəhbərliyi anlamalıdır ki, Azərbaycan öz mövqeyində qətidir və bir qarış torpağını belə Ermənistana güzəştə getməyəcək. Dövlətimizin başçısının vurğuladığı kimi: “Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaransın. Dağlıq Qarabağın müstəqilliyini heç vaxt heç kim qəbul etməyəcək. Biz çalışacağıq ki, həm siyasi, diplomatik, həm iqtisadi və digər vasitələrlə ərazi bütövlüyümüzü bərpa edək. Haqq-ədalət bizim tərəfimizdədir, siyasi və iqtisadi güc bizim mövqeyimizi dəstəkləyir, gücləndirir. Əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir”.
Ötən il Azərbaycan demokratik inkişaf yolunda əmin addımlarla irəliləyib
Sadalananlarla yanaşı, ötən il Azərbaycan demokratik inkişaf yolunda da əmin addımlarla irəliləyib. Bu kontekstdə noyabrın 1-də Azərbaycanda keçirilən növbəti parlament seçkiləri də öz demokratikliyi ilə yadda qalıb. Bu, ölkəmizin demokratik prinsiplərin, ənənələrin bərqərar olması yönündə böyük uğurlar əldə etdiyini bir daha təsdiqlədi. Bu amil beynəlxalq müşahidəçilərin də hesabatlarında xüsusi olaraq vurğulandı. Ümumiyyətlə, seçkilərin keçirildiyi şərait, nəticələrin obyektivliyi hər bir ölkədə demokratiyanın hansı səviyyədə inkişaf etdiyini göstərən mühüm faktorlardandır. Gənc müstəqil dövlət olan Azərbaycanda baş tutan növbəti seçki isə ölkəmizin demokratik prinsiplərin, ənənələrin bərqərar olması yönündə böyük uğurlar əldə etdiyini bir daha təsdiqlədi. Belə ki, noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər şəffaflığı və rəqabətliliyi ilə beynəlxalq müşahidəçilərin diqqətini cəlb edib. Əslində, seçkilərin ədalətli keçiriləcəyi qabaqcadan heç kimdə şübhə doğurmurdu. Çünki dövlət bütün namizədlərin seçkiqabağı kampaniyanı sərbəst və aktiv şəkildə həyata keçirməsi üçün hər bir şəraiti yaratmışdı. Fərqli siyasi dünyagörüşünə malik qüvvələrin, siyasi partiyaların prosesdə iştirak etməsi, siyasi mövqeyindən asılı olmayaraq bütün namizədlərə bərabər şəraitin yaradılması və digər çoxsaylı amillər seçkinin obyektiv keçirilməsi üçün lazım olan ilkin şəraiti yaratmışdı. Seçkiöncəsi mühiti müşahidə edən müxtəlif beynəlxalq təşkilatlar da yaradılmış şəraitdən razı qaldıqlarını bildirmişdilər.
Beləliklə, gözlənildiyi kimi, seçkilər yüksək səviyyədə keçirildi. Öz növbəsində, müxtəlif beynəlxalq təşkilatlar bəyanatlarında ölkəmizdə şəffaf və ədalətli seçkinin keçirildiyini, nəticələrin legitim olduğunu təsdiq etdilər. Azərbaycan Prezidenti İlham Əliyev bəhs olunan çıxışı zamanı vurğulayıb ki, 2015-ci ildə parlament seçkiləri keçirilmişdir: “Bu da ölkəmizin inkişafı üçün çox önəmli hadisə idi. Parlament seçkiləri şəffaf, ədalətli keçirilmişdir. Bütün beynəlxalq müşahidəçilər bunu qeyd etmişlər. Azərbaycan xalqının iradəsi öz əksini tapmışdır. Parlament seçkilərinin nəticələri xalq tərəfindən bizim siyasətimizə verilən yüksək qiymətin təzahürüdür. Mən bunu belə qəbul edirəm.
Azərbaycan demokratiya yolu ilə gedir, inkişaf yolu ilə gedir və bu, bizim şüurlu seçimimizdir. Xalq-iqtidar birliyi, milli həmrəylik bu gün ən yüksək səviyyədədir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

