Əli Əhmədov: Azərbaycanda yaxşı imici olan xarici müəssisələrlə birgə dərman istehsal ediləcək
06.01.2016 [09:40]
“Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün danışıqlara yaxın vaxtlarda başlanacaq”. Bunu “Trend”ə müsahibəsində Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.
Baş nazirin müavini qeyd edib ki, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin ciddi dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır.
Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən Əli Əhmədov bildirib ki, ilkin mərhələdə Azərbaycanda korporasiya əsasında yaxşı imici olan, keyfiyyətli dərman buraxan müəssisələrlə birlikdə dərman istehsalı müəssisələri yaradılacaq. Baş nazirin müavini hesab edir ki, gələcəkdə Azərbaycanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq.
Azərbaycanın yaxın zamanlarda dərman istehsalına başlayacağını güman etdiyini söyləyən Baş nazirin müavini Əli Əhmədovun sözlərinə görə, ölkəmizdə, demək olar, dərman istehsalı yoxdur. Azərbaycanda istifadə edilən dərmanların böyük əksəriyyəti xaricdən gətirilir.
Baş nazirin müavini əlavə edib ki, dərmanların xaricdən gətirilməsi bir tərəfdən, Azərbaycanda daxili bazarın normal şəkildə fəaliyyət göstərməsinə mənfi təsir edir, digər tərəfdən, bunun nəticəsində böyük həcmdə valyuta Azərbaycandan kənara çıxır: “Üçüncü tərəfdən, bu, bütövlükdə milli təhlükəsizlik problemi məsələsinə gətirib çıxarır. Buna görə də Azərbaycanda dərman istehsalı aktual olaraq müzakirə olunur. Çox intensiv şəkildə Azərbaycanda dərman istehsalının təşkil olunması üçün işlər aparılır. Amma burada bir cəhətə diqqət yetirilməlidir. Dərman istehsal edən müəssisələr çoxdur. Amma dərman xüsusi məhsul növüdür, istənilən müəssisənin Azərbaycana gəlib dərman istehsal etməsi də o qədər məqsədəuyğun olmazdı. Ona görə də çalışmaq lazımdır ki, Azərbaycana ciddi reputasiyası olan, keyfiyyətli məhsul hazırlaya bilən müəssisələr gəlsin”.
Dərmanların qiyməti məsələsinin də Azərbaycan Prezidentini, ümumilikdə Azərbaycan hökumətini ciddi şəkildə narahat etdiyini deyən Əli Əhmədov dərmanların qiymətinin tənzimlənməsini vacib hesab edib: “Prezidentin birbaşa tapşırığı ilə, Onun Özünün nəzarəti altında praktika tətbiq edilib, dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənir. Dərmanların qiymətlərinin bu, ya digər formada tənzimlənməsi praktikası, demək olar, əksər dövlətlərdə, o cümlədən Avropa ölkələrinin əksəriyyətində tətbiq olunur. Dərman elə bir məhsuldur ki, onun qiyməti dövlət tərəfindən, yaxud hansısa formada tənzimlənməlidir”.
Baş nazirin müavini əlavə edib ki, dərmanların keyfiyyətinə nəzarət də dövlət tərəfindən ciddi şəkildə həyata keçirilməlidir.
Onun sözlərinə görə, dərmanların keyfiyyətinin yaxşı və ya pis olmasını ondan istifadə edən müəyyənləşdirə bilmir: “Bu, eyni zamanda dərmanın qiymətinə də aiddir. Dərman bu qiymətə dəyər, dəyməz - bunu vətəndaş müəyyənləşdirə bilməz. Belə olan halda dövlət məsələyə müdaxilə etmək məcburiyyətində qalıb”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34

