Pakistan mətbuatı: “İlham Əliyev: Biz mədəni və tarixi irsimizlə fəxr edirik”
24.12.2015 [09:41]
Pakistanın “Centreline” jurnalı və “Diplomatic News Agency” informasiya agentliyi tanınmış jurnalist, NATO və Qafqaz üzrə mütəxəssis Mubasşar Əhməd Battinin “İlham Əliyev: Biz mədəni və tarixi irsimizlə fəxr edirik” sərlövhəli məqaləsini yayıb.
Məqalədə 2015-ci ilin iyun ayında Azərbaycanda keçirilən birinci Avropa Oyunlarından bəhs olunur. Bildirilir ki, bu mötəbər yarışlarda altı min idmançı iştirak edib, Azərbaycan idmançılarının oyunlarda ikinci yer tutmaları isə sözün əsl mənasında hamı üçün gözlənilməz olub.
Materialda bu gün Azərbaycanın beynəlxalq aləmdə özünəməxsus yer tutduğu bildirilir. Deyilir ki, ölkənin bütün təşəbbüsləri regional əməkdaşlığın gücləndirilməsinə istiqamətlənib. Qeyd olunur ki, öz enerji təhlükəsizliyini tam təmin edən Azərbaycan bu gün Avropanın enerji ilə təmin olunması istiqamətində irimiqyaslı layihələr həyata keçirir.
Azərbaycanın beynəlxalq aləmdə oynadığı rol dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və məhz buna görə də Azərbaycan 155 ölkənin dəstəyini əldə edərək iki il müddətində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.
Yazıda Azərbaycan rəhbərliyinin siyasi və iqtisadi islahatları paralel aparması uzaqgörən addım kimi qiymətləndirilir. Deyilir ki, məhz buna görə bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib.
M.Ə.Batti Azərbaycan rəhbərliyinin apardığı iqtisadi siyasəti möcüzə adlandırıb. Jurnalist Azərbaycanın bu uğurlarını Ümummilli lider Heydər Əliyevin və Onun siyasi xəttinin layiqli davamçısı İlham Əliyevin adı ilə bağlayır.
Məqalədə məhz İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycanın Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyi, Davos İqtisadi Forumunun məlumatına görə ölkənin qlobal rəqabətə davamlılığına görə 38-ci sırada yer aldığı əksini tapıb.
Yazıda Azərbaycanın karbohidrogen ehtiyatlarının şaxələnmiş boru kəmərləri vasitəsilə dünya bazarına çıxarılması haqqında məlumat verilir, neft və qazdan əldə olunan gəlirin Neft Fondunda cəmləşdiyi vurğulanır.
M.Ə.Batti ölkədə nəqliyyat-kommunikasiya sektorunun inkişaf etdiyini, Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin iqtisadi və siyasi əhəmiyyətini diqqətə çatdırır, Çinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayır.
Məqalədə Prezident İlham Əliyevin sosial və humanitar sahənin inkişafına böyük diqqət yetirdiyi qeyd olunur, yoxsulluq və işsizliyin 5 faizə qədər azaldığı nəzərə çatdırılır. Azərbaycan Prezidenti İlham Əliyevin “qara qızılı insan kapitalına çevirək “ konsepsiyasının özünü doğrultduğu, yüzlərlə azərbaycanlı gəncin dünyanın aparıcı ali məktəblərində təhsil aldığı, elmin və səhiyyənin inkişaf etdiyi diqqətə çatdırılır.
Yazıda Azərbaycanın dünyada artmaqda olan nüfuzunun 2012-ci ildə “Eurovision” kimi mötəbər mahnı müsabiqəsinin, 2015-ci ildə Birinci Avropa Oyunlarının baş tutması, gələn il “Formula-1” üzrə Avropa Qran-pri, 2017-ci ildə İslam Həmrəylik Oyunları, futbol üzrə Avropa Kuboku kimi yarışların keçirilməsinə zəmin yaratdığı bildirilib.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu məsələnin sülh yolu ilə həlli istiqamətində göstərilən səylər haqqında danışılır.
M.Ə.Batti məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin xalq tərəfindən dəstəkləndiyini, bu ilin noyabr ayında keçirilmiş parlament seçkilərində hakim partiyanın qalib gəlməsini bunun sübutu kimi dəyərləndirir.
Azərbaycanın Pakistan ilə münasibətləri haqqında məlumat verən müəllif bildirir ki, Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir.
Jurnalist yazır ki, ölkələrimiz bir-birinin mövqeyini tam dəstəkləyir, bu il Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana səfəri və imzalanan sənədlər, keçirilən biznes forum bu əlaqələrin inkişafına öz töhfəsini verir.
Məqalənin sonunda qeyd edilir ki, Prezident Məmnun Hüseynin səfəri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanın ali “Hilal-e-Pakistan” ordeni ilə təltif olunmasını Mehriban Əliyevanın bu ölkədə həyata keçirdiyi layihələrlə yanaşı, Pakistanın Azərbaycan xalqına olan böyük sevgisinin nəticəsi kimi də qiymətləndirmək olar.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

